İQTİSADİYYAT
“Caspian Energy Club” və Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib
![](/files/galleryphoto/2024/1/1200x630/1706714550508569213_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17067145505891628036_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706714551406704471_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17067145516378759954_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170671455179767906_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17067145513503749453_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17067145512490210335_1200x630.jpg)
Bakı, 31 yanvar, AZƏRTAC
Bu gün “Caspian Energy Club” və Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “CEO MeetUp Logistics & Trade” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev o, cümlədən Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran Həbibovun çıxışları ilə başlanıb.
Daha sonra tədbir avtomobil daşımaları və ölkədaxili logistika mövzularında panel iclasları ilə davam edib. Panel iclaslarında sahibkarların və müvafiq dövlət qurumlarının əməkdaşları çıxış ediblər.
Sonunda “Caspian Energy Club”a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim edilib.