SİYASƏT
Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cəbhə xəttində vəziyyət gərgin olaraq qalır.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 11-də saat 11:00-dan 11:05-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, saat 15:25-dən 15:32-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Qaralar kəndində, saat 20:20-dən 20:25-dək və saat 21.10-dan 21.15-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində, saat 20.40-dan 21.15-dək İcevan rayonunun ərazisindəki Saraqtiqaş dağında yerləşən mövqelərdən Qazax rayonunun adsız yüksəkliklərində və Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Erməni silahlı birləşmələri aprelin 12-də saat 02.10-dan 02.20-dək isə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.