CƏMİYYƏT
Cəlilabad və Astarada baş verən yol-nəqliyyat hadisələri üç nəfərin ölümünə səbəb olmuşdur
Bakı, 22 iyun (AZƏRTAC). Cəlilabad rayonunda Göytəpə şəhər sakini Eldar Kazımovun və Masallı rayon sakini Cavid Hacıyevin idarə etdikləri “VAZ-21011” markalı avtomobillər toqquşmuşdur. E.Kazımovun avtomobilindəki sərnişin - Göytəpə şəhər sakini Ümid Həsənov ağır xəsarət alaraq həyatını itirmişdir.
Astara rayonunun Maşxan kəndində isə İran vətəndaşı Bağeri Behzad Cəlil oğlunun idarə etdiyi “İveco NT-36-330” markalı avtomobillə Şiyəkəran kənd sakini Nəsir Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşmuşdur. Nəticədə N.Həsənov və qızı Natavan hadisə yerində keçinmişlər. Sürücünün avtomobildəki nəvələri Rəşad və Əli xəstəxanaya yerləşdirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.