CƏNAB HEYDƏR ƏLİYEV MÜDRİKLİYİ AZƏRBAYCANI DÜNYADA NÜFUZLU BİR DÖVLƏTƏ ÇEVİRMİŞDİR
AZƏRTAC VASİTƏSİLƏ DÖVLƏTİMİZİN BAŞÇISINA
ÜNVANLADIQLARI MÜRACİƏTDƏ BELƏ DEYİLİR
Möhtərəm cənab Prezident!
Biz, Göyçay rayonunun mədəniyyət işçiləri Sizin müdrikliyiniz və alicənablığınız sayəsində rifahımızın yaxşılaşması üçün dövlətimizin həyata keçirdiyi tədbirlərdən dərin sevinc və məmnunluq hissi duyuruq.
Milli mədəniyyətimizin sürətli inkişafı və onun bütün dünyada tanınması Sizin bu sahəyə tükənməz qayğınızla bağlıdır. Müstəqil Azərbaycanın tərəqqisi və rifahı naminə gördüyünüz heyrətamiz işlərin nəticəsidir ki, bu gün dövlətimizin bayrağı bütün qitələrdə dalğalanır, respublikamız Avropa Şurası Parlament Assambleyasının rəhbərliyində təmsil olunur. Azərbaycanın mədəniyyəti, incəsənəti, idmanı dünyanı heyrətdə qoyur.
Dövlətinin, millətinin xoşbəxtliyinin təminatını Sizin rəhbərliyinizdə görən rayonumuzun mədəniyyət işçiləri 2003-cü ilin payızında keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi ürəkdən dəstəkləyir və Sizə səs verəcəyini bildirirlər.
Biz, son vaxtlar “Yeni Müsavat”, “Hürriyyət”, “Müxalifət” kimi üzdəniraq qəzetlərdə mətbuat tarixində indiyədək görünməmiş təhqir, böhtan və yalanların sahiblərinə öz etirazımızı bildirir və ölkənin hüquq mühafizə orqanlarından bu cür bədnam hallara son qoyulması üçün təsirli tədbirlər görülməsini tələb edirik. Müqəddəs qanunlarımızı, Azərbaycan Respublikasının Konstitusiyasını kobud şəkildə pozanların, böhtançıların məqsədi cəmiyyətdə qarşıdurma yaratmaq və sabitliyi pozmaqdır. Onlara qarşı kəskin etirazımızı bildirir və Sizin varlığınızı Azərbaycanın əbədiliyi və varlığı kimi qiymətləndiririk.
Allah-təaladan Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Göyçay mədəniyyət işçilərinin 2003-cü il iyulun
28-də keçirilən yığıncağında qəbul edilmiş
müraciəti 117 nəfər imzalamışdır.