Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəzasızlıq sindromunun qırıldığı anlar: Bakıda yekunlaşan məhkəmə prosesinin əhəmiyyəti - ŞƏRH

Cəzasızlıq sindromunun qırıldığı anlar: Bakıda yekunlaşan məhkəmə prosesinin əhəmiyyəti -  ŞƏRH

Bakı, 9 fevral, AZƏRTAC

Hüquq nəzəriyyəsində və bəşəri əxlaq prinsiplərində dəfələrlə təsdiqləndiyi kimi, vaxtında təmin olunmayan ədalət faktiki olaraq ədalət anlayışının özünü mənasızlaşdırır, təcavüzkar üçün isə bir növ “hüquqi toxunulmazlıq” illüziyası yaradır. XX və XXI əsrlərin qovşağında bəşəriyyətin şahid olduğu silahlı münaqişələr və humanitar böhranlar bu həqiqəti bütün çılpaqlığı ilə ortaya qoyub: beynəlxalq ictimaiyyətin gözü qarşısında törədilmiş çoxsaylı ağır cinayətlər ya uzun illər cəzasız qalıb, ya da ədalət mexanizmləri son dərəcə gec işə düşüb.

Cəzasızlıq sindromunu gücləndirən bu kimi hallarda uzun sürən məhkəmə prosesləri zamanı cinayətkarlar çox vaxt məsuliyyətdən yayınaraq gizləniblər. Bu cür sistemli cəzasızlıq halları təkcə hüquqi prosedur pozuntusu deyil, eyni zamanda, münaqişələrdən zərər çəkmiş xalqların psixoloji və mənəvi bütövlüyünə ağır zərbə vurub, onların ədalət duyğusunu zədələyib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Asker söyləyib.

O bildirib ki, cəzasızlıq və ədalətsizlik cəmiyyətlərdə dərin travmaların formalaşmasına, beynəlxalq institutlara və qlobal hüquq sisteminə inamın ciddi şəkildə sarsılmasına səbəb olur. Ermənistan–Azərbaycan münaqişəsi kontekstində 1980-ci illərin sonlarından başlayaraq azərbaycanlı əhalinin Qərbi Azərbaycandakı tarixi torpaqlarından kütləvi deportasiyası ilə başlayan proseslər sonrakı mərhələdə Azərbaycan ərazilərinin işğalı ilə genişmiqyaslı humanitar və mədəni fəlakətə çevrildi.

İşğal, vandalizm aktları və ayaqlar altına atılan Roma Statutu

“Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan xalqı təkcə torpaq itkisi ilə deyil, həm də beynəlxalq vasitəçilərin qərəzli və laqeyd mövqeyi ilə üz-üzə qalmışdı. ATƏT-in Minsk qrupunun uzun illər ərzində nümayiş etdirdiyi fəaliyyətsizlik, münaqişəni “dondurmaq” cəhdləri və təcavüzkarla işğala məruz qalan tərəfi məsuliyyət baxımından bərabərləşdirmə siyasəti beynəlxalq hüququn iflasının ən bariz nümunələrindən biri olub. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin onilliklər boyu icrasız qalması, dünya birliyinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə laqeyd münasibəti regional təhlükəsizliyi ciddi təhdid altına salmışdı. Bu “sükut” dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn fundamental normalarını, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti apararaq mülki infrastrukturu sistemli şəkildə məhv etdi və insanlıq əleyhinə saysız-hesabsız cinayətlər törətdi.

İşğal altındakı ərazilərdə törədilmiş maddi və mənəvi vandalizm aktları təkcə Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinə qarşı yönəlmiş cinayət idi. UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasının (Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında) və onun 1999-cu il İkinci Protokolunun tələblərinə zidd olaraq, işğalçı rejim Azərbaycanın dini, tarixi və arxeoloji abidələrini məqsədli şəkildə məhv etdi. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər şəhərləri, eləcə də yüzlərlə kənd yerlə-yeksan olundu. Ağdam şəhəri tamamilə dağıdılaraq müasir dövrün ən dəhşətli urbisid siyasətinin simvoluna çevrilmişdi.

İşğalçı rejim bununla kifayətlənməyərək tarixin saxtalaşdırılması siyasətini də həyata keçirmişdi. Azərbaycanın qədim Alban irsinə məxsus kilsə və monastır komplekslərinin saxtalaşdırılaraq “erməniləşdirilməsi”, memarlıq quruluşuna müdaxilə edilməsi və qədim kitabələrin silinməsi elmi və mədəni cinayət xarakteri daşıyır. Eyni zamanda, məscidlərin böyük əksəriyyətinin dağıdılması, salamat qalanlardan isə tövlə kimi istifadə olunması Türk-İslam mədəniyyətinə qarşı törədilmiş nifrət cinayətinin açıq təzahürüdür. Bu əməllər Roma Statutunun 8-ci maddəsinə əsasən hərbi cinayətlər kateqoriyasına daxildir və beynəlxalq hüquqi məsuliyyət yaradır. Təəssüf ki, bütün bu cinayətlərə baxmayaraq, beynəlxalq hüquq sistemində məsuliyyət daşıyan bir çox qurumlar uzun müddət susqunluq nümayiş etdirib. Nəticədə bu ədalətsizliyi aradan qaldırmaq məsuliyyəti Azərbaycan dövlətinin üzərinə düşüb”,- deyə A. Asker vurğulayıb.

Bakıda çıxarılan hökm - ədalətin təmini, revanşistlərə ciddi mesaj

Professor əlavə edib ki, Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa etməsindən sonra Bakıda yekunlaşmış tarixi məhkəmə prosesi onilliklər boyu davam edən cəzasızlığa son qoyan mühüm hüquqi mərhələ kimi qiymətləndirilə bilər. Məhkəmə araşdırmaları zamanı təkzibolunmaz sübutlarla müəyyən edilib ki, separatçı rejimin rəhbərləri və hərbi cinayətkarlar bu əməlləri Ermənistanın rəsmi hərbi-siyasi dairələrindən verilmiş birbaşa göstərişlər əsasında həyata keçiriblər. Bu fakt beynəlxalq hüquqda “komandanlıq məsuliyyəti” (command responsibility) prinsipinin tətbiqi üçün kifayət edən hüquqi baza yaradır.

Dinc Azərbaycan şəhərlərinin — Gəncə, Bərdə, Mingəçevir və digərlərinin ballistik raketlərlə hədəfə alınması, mülki əhaliyə qarşı törədilən bəşəri cinayətlər dövlət səviyyəsində həyata keçirilən terror siyasətinin açıq təzahürüdür. Məhkəmə qərarında ekoloji cinayətlərə — ekosid faktlarına da xüsusi yer ayrılıb. Su ehtiyatlarının, xüsusilə Oxçuçay və Araz çaylarının sistemli şəkildə çirkləndirilməsi, nadir meşə örtüyünün məhv edilməsi və təbii sərvətlərin talanı 1976-cı il ENMOD Konvensiyasının ciddi pozuntusu kimi hüquqi qiymətini alıb.

“Bakı Hərbi Məhkəməsinin hökmü təkcə fərdi cinayətkarların cəzalandırılması deyil, eyni zamanda, otuz il ərzində Azərbaycan xalqına qarşı törədilmiş sistemli vandalizmin, hərbi cinayətlərin və insanlıq əleyhinə əməllərin hüquqi müstəvidə təsbitidir. Bu proses beynəlxalq hüququn kağız üzərində qalan normalarının real şəraitdə necə işləməli olduğunu nümayiş etdirib. Şəffaf və hüquqi standartlara uyğun aparılan bu məhkəmə gələcək revanşist meyllərin qarşısını alan güclü preventiv mexanizm kimi də mühüm əhəmiyyət kəsb edir.

İşğalın və müharibənin vurduğu yaralar mənəvi yaralar Azərbaycan dövlətinin həm hərbi, həm də hüquqi müstəvidə qazandığı qələbə ilə sağalmağa başlayıb. Bu hökm, eyni zamanda, beynəlxalq ictimaiyyət üçün açıq mesajdır: heç bir cinayət, onu himayə edənlərin kimliyindən asılı olmayaraq, ədalət mühakiməsindən qaça bilməz”, - deyə Ali Asker əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb