DÜNYA
ÇİLİDƏ PİNOÇETİN SƏRVƏTİNİN HARADAN TOPLANDIĞINI TƏDQİQ EDİRLƏR
Bakı, 5 iyun (AZƏRTAC). General Auqusto Pinoçetin hakimiyyət dövrünü tədqiq edənlər deyirlər ki, keçmiş hərbi diktatorun sərvətinin yalnız 10 faızi onun hərbi əmək haqqı ilə toplana bilərdi.
Britaniyanın BBC korporasiyasının verdiyi xəbərə görə, Çili Ali Məhkəməsinin icazəsi ilə aparılan tədqiqatın iştirakçıları hesab edirlər ki, Pinoçetin 21 milyon dollarlıq sərvətinin 19 milyonu hansısa digər yollarla əldə edilmişdir.
Pinoçet rejimindən zərər çəkənlərin maraqlarını təmsil edən vəkilin sözlərinə görə, diktatorun silah satışı sövdələşmələrindən haqq aldığı təsdiqlənmişdir. Çili hökuməti 2004-cü ildə Amerika banklarında məxfi hesablar aşkar edildikdən sonra Pinoçetin maliyyə hesablarını yoxlamaq qərarına gəlmişdir.
Xatırladaq ki, Pinoçet 2006-cı ildə vəfat edənə qədər ev dustağı olmuşdur.