İDMAN
Çimərlik futbolu yarışında Azərbaycan yığması İsveçrə millisi ilə qarşılaşıb[YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/1435243362527722194_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435243362621934538_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352433621823513573_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352433623514455006_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352433621452816416_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352433621320851876_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352433621495053672_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435243362320997041_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435243362921224403_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352568542227649241_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352568554493134203_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352568552025830339_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352568556490347594_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352568556159832585_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352568552384647470_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352568554504359631_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435256855659731784_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435256855111126558_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435256855951319634_1200x630.jpg)
"A" qrupunun digər oyununda Azərbaycan və İsveçrə milliləri qarşı-qarşıya gəlib. Yığmamız bu qarşılaşmadan 4:7 hesabı ilə məğlub ayrılıb.
20:46
“B” qrupunun digər oyununda Rusiya ilə İtaliya milliləri qarşı-qarşıya gəlib. Qarşılaşma 6:4 hesabı ilə İtaliya millisinin xeyrinə başa çatıb.
18:54
“A” qrupunda Portuqaliya yığması ilə Ukrayna millisi qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Əsas hissəyə əlavə edilən vaxtda Portuqaliya millisi daha inamlı təsir bağışlayıb və bir qol vuraraq oyunun qalibi olub.
Qrupun digər oyununda isə Azərbaycan və İsveçrə milliləri qarşı-qarşıya gələcək.
17:04
“B” qrupunda Macarıstan yığması ilə İspaniya millisi qarşılaşıb. Görüş İspaniyanın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda isə Rusiya və İtaliya milliləri qarşı-qarşıya gələcək.
16:33
Bakı, 25 iyun, Nihat Budaqov, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu yarışlarının ikinci günündə - iyunun 25-də qitənin 8 ölkəsinin yığma komandası medallar uğrunda mübarizəni davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu gün “A” qrupunda Portuqaliya-Ukrayna və Azərbaycan-İsveçrə, “B” qrupunda isə Macarıstan-İspaniya və Rusiya-İtaliya qarşılaşmaları keçiriləcək.