DÜNYA
Çox yaşamaq istəyirsiniz? Velosiped sürün
Bakı, 2 sentyabr (AZƏRTAC). Hamıya çoxdan məlumdur ki, müntəzəm surətdə velosiped sürmək sağlamlığa və ömür uzanmasına müddətinə yaxşı təsir göstərir.
Kopenhagendəki Bispebjerg Universitet xəstəxanasının professoru Piter Şnorun rəhbərliyi ilə alimlər bu mövzuda maraqlı tədqiqat aparmışlar.
Onlar 20 il əzrində 21 yaşından 90 yaşınadək hər iki cinsdən olan və hər gün velosiped sürən 5 min adamı müşahidə etmişlər. Məlum olmuşdur ki, velosipedi sürətlə sürən kişilər onu asta sürən kişilərdən 5,3 il çox yaşamışlar. Orta sürətlə gedənlər isə 2,9 il çox ömür sürmüşlər. Qadınlar üçün bu göstəricilər müvafiq surətdə 3,9 və 2,2 ildir.
Beləliklə, məhz velosipeddə intensiv hərəkət insan ömrünü daha da uzadır. Özü də “intensivlik” anlayışı, əlbəttə, nisbidir və fiziki qabiliyyətdən, yaşdan asılıdır. Yəni insanın yüngülcə təngnəfəs olduğu sürəti onun üçün yetərincə intensiv sürət hesab etmək olar.
Nəticədə tövsiyələr çox sadədir: velosipeddə çox gəzin, onu kifayət qədər sürətlə sürün və ehtiyatlı olun.