CƏMİYYƏT
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər yaxalanmışlar
Bakı, 13 aprel (AZƏRTAC). Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər yaxalanmışlar.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan Ramil Məmmədov Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Aqil Nuriyev yaxalanmışdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İlkin Durmuşov da eyni rayonun polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.