Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir
Bakı, 5 iyul, AZƏRTAC
Türkiyə parlamentinin mülki aviasiya qanunlarına etdiyi dəyişikliklər nəticəsində hava limanlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bundan sonra hava limanının əməkdaşları aeroportdan verilən yazılı əmr əsasında təhlükəsizlik qüvvələrinin nəzarəti altında insanlara və onların baqajlarına vizual baxış keçirə biləcəklər.
Dəyişikliklərə əsasən, xüsusi qurğularla yoxlama hər hansı səbəbdən başa çatmadıqda sərnişinin özü və əşyaları əl ilə yoxlanılacaq. Buna razılıq verməyən sərnişinlərin hava limanına daxil olmasına və ya təyyarəyə minməsinə icazə verilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]