İDMAN
Culia Momoli: İlk Avropa Oyunlarında iştirak imkanı əldə etdiyim üçün çox şadam
![Culia Momoli: İlk Avropa Oyunlarında iştirak imkanı əldə etdiyim üçün çox şadam](/files/2015/2/1200x630/14338460534719433520_1200x630.jpg)
Roma, 9 iyun, AZƏRTAC
İtaliya “Bakı-2015”-də çimərlik voleybolu üzrə yarışlarda həm qadınlardan, həm də kişilərdən ibarət yığma ilə mübarizə aparacaq. Bu ölkəni ilk Avropa Oyunlarında çimərlik voleybolu üzrə təmsil edəcək qadınlardan ibarət komandanın üzvü Culia Momoli yarışla bağlı fikirlərini bölüşüb: “İlk Avropa Oyunları kimi önəmli bir idman tədbirində iştirak imkanı əldə etdiyim üçün çox şadam. Şübhəsiz, bu yarışda yüksək nəticə göstərmək üçün bütün gücümü səfərbər edəcəyəm. İtaliyanı bu cür mötəbər idman tədbirində təmsil etdiyim üçün qürur duyuram. Əminəm ki, “Bakı-2015”-də İtaliya yığması uğurlu çıxışı ilə yadda qalacaq”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]