SİYASƏT
Cuzeppe Marino: “Azərenerji” ilə birgə işləyərək gələcəkdə Azərbaycanın enerji təhlükəsizliyinizə daha böyük töhfə verəcəyik
![Cuzeppe Marino: “Azərenerji” ilə birgə işləyərək gələcəkdə Azərbaycanın enerji təhlükəsizliyinizə daha böyük töhfə verəcəyik](/files/2023/1/1200x630/167629616663683992_1200x630.jpg)
Bakı, 13 fevral, AZƏRTAC
Bu gün imzalanmış razılaşmaya əsasən, “Azərenerji” ilə birgə işləyərək gələcəkdə Azərbaycanın enerji təhlükəsizliyinizə daha böyük töhfə verəcəyik. “Ansaldo Energia” bütün texnologiyaları və səyləri ilə bu işə töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marino Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.
Şirkətin artıq Bakıda öz nümayəndəliyini açdığını bildirən Cuzeppe Marino qeyd edib ki, bu, Azərbaycanın bütün sənaye peşəkarları ilə onların italiyalı həmkarları arasında əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq.
“Cənab Prezidentin (Prezident İlham Əliyev-red.) burada qeyd etdiyi kimi, yeni stansiya 800 milyon kubmetrə yaxın təbii qaza qənaət edilməsinə imkan yaradacaq. Bunun sayəsində ənənəvi enerji mənbələri ilə yanaşı, təmiz enerjiyə keçid təmin ediləcək. Bu, uzaqgörən bir siyasətdir, planlarınız bizə aydındır və istərdik ki, hər zaman innovasiyalarımızı gətirərək elektrik enerjisi istehsalının daha da təkmilləşdirilməsinə çalışaq. Bununla bərabər, həmçinin bərpaolunan enerji mənbələrini də yaddan çıxarmaq olmaz. Əlbəttə, biz istərdik ki, buraya yeni texnologiyalarla bərabər yatırımlar da edək”, - deyə “Ansaldo Energia” şirkətinin prezidenti vurğulayıb.