Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAĞISTAN PREZİDENTİ AZƏRBAYCANIN ZAQATALA, ŞƏKİ VƏ QƏBƏLƏ RAYONLARINDA SƏFƏRDƏ OLMUŞDUR

Zaqatala-Şəki-Qəbələ, 25 may (AZƏRTAC). Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 25-də respublikamızın şimal-qərb bölgəsinə gəlmişdir.

Dağıstan Prezidentinin bölgəyə səfəri Zaqatala rayonundan başlamışdır. Zaqatala hava limanında Prezident Maqomedsalam Maqomedovu və onun rəhbərlik etdiyi nümayəndə heyətini rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə səmimiyyətlə qarşılamışdır. Qısamüddətli görüşdən sonra nümayəndə heyəti Şəkiyə yola düşmüşdür.

Şəki ilə tanışlıq bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətindən başlamışdır. Şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı Prezident Maqomedsalam Maqomedovu müəssisənin həyətində mehribanlıqla qarşılamışdır. Sonra Dağıstan nümayəndə heyəti müəssisənin baramaaçan, pambıq sap əyirən, xalça toxuyan sexlərində istehsal prosesi ilə yaxından tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, keçmiş SSRİ-nin ən qabaqcıl istehsalatlarından biri olan bu müəssisə ittifaq dağılandan sonra fəaliyyətini dayandırmışdı. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin Şəkiyə səfərindən sonra ulu öndərin diqqət və qayğısı sayəsində müəssisə fəaliyyətini yenidən bərpa etmişdir. Müəssisənin istehsal sexləri əsaslı şəkildə yenidən qurulmuş, müasir texnologiyalar tətbiq edilmiş, məhsuldar dəzgah və avadanlıq işə salınmış, işçilərin sosial müdafiəsini gücləndirmək üçün əlavə tədbirlər həyata keçirilmişdir.

Qonaqlara müəssisənin iqtisadi göstəriciləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 2009-cu ildə müəssisədə 24,5 ton xam ipək, 18,5 ton burulmuş ipək sap, 544 min kvadratmetr ipək parça, 44,9 min kvadratmetr pambıq parça, 217 min 600 bişmiş kəlağayı, 706 güllü kəlağayı, 405 saçaqlı şərf, 995 ton pambıq ipliyi, habelə 123,5 kvadratmetr təbii ipək xalça və digər məhsullar istehsal olunmuşdur. İstehsal olunan məhsulun ümumi dəyəri 3 milyon 708 min manat, satışın həcmi isə 2 milyon 649 min manat təşkil etmişdir. 2010-cu ilin birinci rübündə isə müəssisədə 1 milyon 570 min manatlıq məhsul istehsal edilmişdir. Hazırda müəssisədə 865 nəfər işçi çalışır.

Sonra qonaqlar çeşidlər zalında müəssisədə toxunan təbii ipək xalçalara, parça, kəlağayı və digər məhsullara baxmışlar. Dağıstan Prezidentinə müəssisədə toxunan ipək xalça hədiyyə edilmişdir. Prezident Maqomedsalam Maqomedov müəssisənin xatirə kitabına ürək sözlərini yazmışdır.

Daha sonra Dağıstan nümayəndə heyəti Xan sarayında olmuşdur. Qonaqlara məlumat verilmişdir ki, Şəki Xan sarayı XVIII əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi memarlıq abidəsidir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilmişdir. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. Sarayın divar rəsmləri əsasən həndəsi və nəbati naxışlardan ibarətdir.

Prezident Maqomedsalam Maqomedov sarayın eyvanından Şəkinin qədim məhəllələrinin mənzərəsini seyr etmişdir. Şəki şəhər İcra hakimiyyətinin başçısı Murad Cabbarlı Dağıstan Prezidentinə Xan sarayının təsvir olunduğu rəsm əsəri hədiyyə etmişdir. Prezident Maqomedsalam Maqomedov isə sarayın rəhbərliyinə Dağıstanın tarixi abidələrindən bəhs edən kitab bağışlamışdır.

Sonra nümayəndə heyəti “Yuxarı karvansara” mehmanxana kompleksinə baş çəkmişdir. Məlumat verilmişdir ki, Şərq memarlığı üslubunda tikilmiş mehmanxana kompleksi şəhərin “Yuxarı baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Karvansara XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmişdir. Ümumi sahəsi 6 min kvadratmetr olan kompleks 300-ə yaxın otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarada ticarətlə məşğul olurmuşlar. Hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.

Qonaqlar karvansaranın həyətində çay süfrəsinə qonaq olmuşlar.

Prezident Maqomedsalam Maqomedov Azərbaycanın dilbər guşələrindən olan Zaqatalaya səfərindən, habelə qədim Şəki şəhəri ilə tanışlığından çox məmnun qaldığını bildirmişdir. Qeyd etmişdir ki, Şəkidə tarixi abidələrin qorunub saxlanmasına, sənətkarlığın inkişafına göstərilən diqqət xüsusilə ürəkaçandır. Qonaq Xan sarayının gözəlliyinə heyran qaldığını gizlətməmiş, bu abidənin çox cəlbedici və təkraredilməz olduğunu bildirmişdir. Nümayəndə heyətinin üzvləri Şəkidən xoş təəssüratla ayrıldıqlarını diqqətə çatdırmışlar.

Şəkiyə səfərini başa çatdıran Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov həmin gün Qəbələyə gəlmişdir.

Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovu Qəbələ şəhərindəki “Qafqaz Resorte” hotelinin qarşısında rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və ictimaiyyət nümayəndələri qarşılamışlar.

Hoteldə nahar edəndən sonra Dağıstan Prezidenti və onu müşayiət edən nümayəndə heyəti “Gilan” piano fabrikinə gəlmiş, burada istehsal prosesi və hazır məhsullarla tanış olmuşdur. Ali qonağa məlumat verilmişdir ki, regionda analoqu olmayan və müasir avadanlıqla təchiz edilmiş fabrikdə ildə 1200-1500 piano istehsal etmək mümkündür. Prezident Maqomedsalam Maqomedov pianoların yığıldığı sexlərə, xüsusi avadanlıqla təchiz edilmiş kökləmə və sazlama otaqlarına baş çəkmişdir. Bu musiqi alətinin yalnız Avstriyada yetişdirilən şam ağacından hazırlandığı barədə qonağa məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 120 nəfərin çalışdığı bu fabrik fəaliyyət göstərdiyi ötən iki ay ərzində 35 piano istehsal etmişdir.

Sonra qonaqlar “Gilan Holdinq”in Qəbələ konserv zavodunun istehsal fəaliyyəti ilə yaxından tanış olmuşlar. Prezident Maqomedsalam Maqomedova məlumat verilmişdir ki, ən müasir texniki avadanlıqla təchiz olunmuş zavodda istehsal edilən təbii meyvə şirələri, müxtəlif mürəbbə və cemlər, turşular və pürelər Azərbaycan bazarına çıxarılmaqla yanaşı, Rusiya, Ukrayna və Belarusa, Baltikyanı respublikalara, Amerika və Avropa ölkələrinə də ixrac edilir. Qafqaz regionunda analoqu olmayan bu istehsal müəssisəsi 2007-ci ildən fəaliyyət göstərir. Ali qonaq on iki hektar ərazisi olan zavodun ayrı-ayrı istehsal sexlərini, məhsul saxlanılan anbarını, laborotoriyasını, sərgi salonunu gəzmiş, təbii meyvə şirələrinin dadına baxmışdır.

Dağıstanın rəhbəri “Qafqaz-Park” Gənclik Mərkəzində olmuş, turizm obyektində istirahət etmişdir. Qonaq regionda bənzəri olmayan istirahət mərkəzinin süni buz meydançasına baxmış, xususi qatarla 16 hektar ərazisi olan parkı gəzmişdir. Qonaqlara dörd tərəfi dağlar və meşələrlə əhatə olunmuş istirahət mərkəzində fəaliyyət göstərən iaşə obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq əyləncə mərkəzləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, 150 nəfərin çalışdığı “Qafqaz-Park” Gənclik Mərkəzində yerli və xarici turistlərin istirahəti üçün yüksək şərait yaradılmışdır.

Sonda “Fitnes” Sağlamlıq Mərkəzi ilə qısa tanışlıq olmuşdur. Qəbələ rayon ictimaiyyətinin nümayəndələri “Fitnes” Sağlamlıq Mərkəzinin həyətində Dağıstanın “Ləzginka” rəqs ansamblının konsetrinə tamaşa etmişlər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları