DAĞISTAN RESPUBLİKASININ PREZİDENTİ MUXU ƏLİYEVİN AZƏRBAYCANA SƏFƏRİ

AZƏRTAC xəbər verir ki, aprelin 30-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev Azərbaycana birgünlük səfərə gəlmişdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında hörmətli qonağı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Dağıstanın ölkəmizdəki Daimi nümayəndəliyinin rəhbəri Məhəmməd Qurbanov və digər rəsmi şəxslər qarşıladılar.