Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAHİ SƏNƏTKAR RƏŞİD BEHBUDOVUN XATİRƏ GECƏSİNDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Müstəqil Azərbaycanın onuncu ildönümü münasibətilə keçirilən bayram mərasimləri sırasında Azərbaycanın böyük oğlu, dahi sənətkar Rəşid Behbudovun xatirə gecəsinin gözəl, təntənəli şəraitdə keçirilməsi qədim tarixə malik Azərbaycan xalqının nə qədər zəngin mədəniyyətə malik olduğunu və dünya mədəniyyəti xəzinəsinə necə böyük şəxsiyyətlər verdiyini nümayiş etdirir.

Rəşid Behbudov nadir bir insandır, nadir şəxsiyyətdir. Azərbaycan mədəniyyəti tarixində bənzərsiz bir incəsənət ustasıdır. Bizim tədqiqatçılar Rəşid Behbudovun yaradıcılığı, onun qoyduğu irs haqqında indiyə qədər kitablar yazıblar, bundan sonra da yazacaqlar. Hesab edirəm ki, XX əsrdə Azərbaycan mədəniyyətinin inkişaf etməsində nə qədər onun böyük xidmətləri olduğu zaman keçdikcə daha da dərindən dərk olunacaqdır. Ancaq bugünkü xatirə gecəsi Azərbaycan xalqının, müstəqil, azad Azərbaycanın Rəşid Behbudov yaradıcılığına və onun xatirəsinə həsr olunmuş, ona verilmiş bir qiymətdir.

Rəşid Behbudov öz təkraredilməz, məlahətli səsi ilə, xarici görünüşü ilə, artistlik istedadı ilə böyük musiqiçi və gözəl müğənni idi. Rəşid Behbudovun Azərbaycan mədəniyyətinə gəlməsinin bir neçə mərhələsi var. Onların hər biri bizim xalqımızın mədəniyyətini, musiqisini, mahnı sənətini, incəsənətini yüksəldib və onlara yeni-yeni forma vermişdir.

Mən Rəşid Behbudovu ilk dəfə 1943-cü ildə, İkinci dünya müharibəsinin o ağır dövründə Bakıda Zabitlər evində dinləmişəm. Ondan sonra mən Rəşid Behbudovun sənətinə, onun səsinə vurğunam və bütün ötən illər onun mahnıları, onun ifa etdiyi gözəl rollar, onun gözəl səsi məni həmişə heyran edibdir.

Rəşid Behbudov Azərbaycan səhnəsində ilk dəfə görünəndən dərhal böyük hörmət və şöhrət qazandı. Təbiidir ki, bunlar hamısı onun fitri istedadı ilə bağlı idi. Xalq dilində buna Allah vergisi deyirlər. Çünki bir adamda bu qədər gözəl xüsusiyyətlərin yüksək səviyyədə cəm olması həddən ziyada nadir bir hadisədir. Bunlara görə də Rəşid Behbudov Azərbaycan mədəniyyətinin ən dəyərli incilərindən biri kimi, xalqımızın tarixinə əbədi həkk olunubdur.

Rəşid Behbudov mərhum Tofiq Quliyev ilə birlikdə Azərbaycanda ilk estrada mahnılarının yaradıcısı olubdur. Bilirsiniz ki, 40-cı illərdə artıq estrada musiqisi çox cazibədar olmuşdu. Ancaq bir çox hallarda bu, ümumi, trafaret xarakteri daşıyırdı. Ancaq Rəşid Behbudov özünəməxsus ustalığı ilə həm müasir estrada mahnılarını çox gözəl ifa edirdi, həm də Azərbaycan musiqi folklorundan, Azərbaycan xalq musiqisindən gözəl mahnıları götürüb onları müasirləşdirirdi və müasir estrada səviyyəsinə qaldırırdı. Yəni deyə bilərəm ki, Rəşid Behbudov Azərbaycanın xalq mahnıları ilə, musiqi folkloru ilə, müasir estrada mahnılarının Azərbaycan xüsusiyyətləri daşıyan sintezini yarada bilmişdir.

Hesab edirəm ki, bu, bizim musiqi tariximizdə, incəsənət tariximizdə xüsusi yer tutur. Xatırlayın, o, bizim qədim xalq mahnılarını elə müasirləşdirirdi, elə gözəl ifa edirdi ki, adam heyran qalırdı - bu, qədim xalq mahnısıdır, ya müasir estrada mahnısıdır. O, heç vaxt öz milli köklərindən ayrılmamışdır. Onun o dövrdə ifa etdiyi mahnıların hamısı milli xarakter daşımışdır. Azərbaycanın milli folklorundan, xalq dilindən gələn sözləri mahnılarında o qədər şirin, o qədər məharətlə ifa edirdi ki, adamı ikiqat, üçqat sevindirirdi, mənəvi zövq verirdi.

Bu gün burada, səhnədə bizim gözəl qızlarımız Rəşid Behbudovun daim oxuduğu “Ləbu-ləb” mahnısını çox yaxşı ifa etdilər. Amma Rəşid Behbudovun ifası tamamilə başqa idi. Mən nəyə fikir verdim? Rəşid Behbudov üslubuna. Məsələn, mahnılardan birində sözlər var: “İrəhmin gəlsin, nənə”. Azərbaycan ədəbi dilində “rəhmin gəlsin” deyilir. Amma xalq lap keçmişdən “rəhmin gəlsin” əvəzinə, “irəhmin gəlsin” deyir. Yəni o, mahnıları müasirləşdirəndə onların xalqa xas olan xüsusiyyətlərini, ləzzətli məqamlarını heç vaxt itirmirdi. O, mahnını oxuyanda bilmirdin ki, qədim xalq mahnısı oxuyur, yaxud da müasir estrada mahnısı oxuyur. Ona görə də Rəşid Behbudovun bu sahədə yaradıcılığı, hesab edirəm, Azərbaycan musiqi tarixində xüsusi yer tutur.

Rəşid Behbudov müğənni kimi, musiqiçi kimi çoxşaxəli bir insan idi. O, ilbəil öz üzərində işləyərək yaradıcılığını daim inkişaf etdirirdi, daim zənginləşdirirdi. Uzun illər onun musiqisinin pərəstişkarı olan bir şəxs kimi, indi bu salonda oturub bütün o dövrləri xatırlayanda mən düşünürəm ki, Rəşid Behbudov sənəti hər mərhələdə nə qədər inkişaf edirdi, irəli gedirdi.

Rəşid Behbudovun həyatında, sənət fəaliyyətində ən görkəmli yer dahi Üzeyir Haçıbəyovun “Arşın mal alan” operettasının ekrana köçürülməsində ifa etdiyi Əsgər roludur. Məlumdur ki, Üzeyir Hacıbəyov “Arşın mal alan” əsərini XX əsrin əvvəllərində yazıbdır. Deyə bilərəm ki, o, bir əsrdir yaşayır, gələcək əsrlərdə də yaşayacaqdır. Çünki o qədər mənalı-məzmunlu, həm də gözəl musiqiyə malik olan bir əsərdir ki, heç vaxt öz aktuallığını itirmir və nə qədər təkrar olsa da, insanı, musiqi sevən, sənət sevən insanı heç vaxt yormur. Əksinə, hər dəfə insana sevinc gətirir, insana ilham verir.

“Arşın mal alan” operettası Üzeyir Hacıbəyov onu yaradandan bəri daim Azərbaycan səhnəsində nümayiş etdirilibdir. Təkcə Azərbaycanda yox, tarixdən bilirəm, keçən əsrin 20-30-cu illərində hətta bir neçə mərkəzi Asiya ölkələrində və bizə dilcə yaxın olan başqa ölkələrdə “Arşın mal alan” operettası səhnədə çox uğurla göstərilirdi. Ancaq dahi bəstəkar Üzeyir Hacıbəyovun, dahi müğənni Rəşid Behbudovun və Azərbaycanın çox böyük rejissorlarından biri Rza Təhmasibin hələ o ağır dövrdə, -1944-cü ildə, müharibə qurtarmamışdı, - “Arşın mal alan”ı ekranlaşdırması və təbiidir, təkcə səhnədən ekrana keçirməsi yox, yeni quruluşda verməsi böyük bir hadisə idi. Səhv etmirəmsə, 1945-cı ildə bu film artıq işıq üzü gördü. Qısa bir müddətdə təkcə Azərbaycanı yox, demək olar ki, keçmiş SSRİ-nin bütün şəhərlərini, bölgələrini, respublikalarını fəth etdi.

Bir sənətkar kimi Rəşid Behbudovun xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, gözəl səsi ilə yanaşı, mahnının sözlərini də gözəl tələffüz etmək qabiliyyəti var idi. Bəzən mahnını oxuyurlar, sözlər bir-birinə toqquşur, qavramaq mümkün olmur. Amma Rəşid Behbudov, ümumiyyətlə, bütün mahnıları ifa edərkən, sözləri o qədər aydın, səlist, o qədər düzgün tələffüs edirdi ki, bu, onun sənətini daha da yüksəldirdi.

Ancaq bununla bərabər bir xüsusiyyəti də ondan ibarət idi ki, o, Azərbaycan dilini gözəl bilərək, eyni zamanda rus dilini də gözəl bilirdi. Ümumiyyətlə, onun başqa xalqların dillərində mahnılar ifa etmək qabiliyyəti, demək olar ki, dünyada heç bir sənətkara nəsib olmayıbdır.

“Arşın mal alan” filmi Azərbaycanda tarixi bir hadisə kimi meydana çıxdı. Ancaq əgər bu, təkcə Azərbaycan çərçivəsində qalsaydı, təbiidir ki, indi biz bunun haqqında bu qədər danışa bilməzdik. Ancaq onu rus dilinə tərcümə etdilər. Ən əsas cəhət ondan ibarətdir ki, Rəşid rus dilində də özü oxuyurdu, onun səsi idi, onun mahnıları idi. Beləliklə, o, keçmiş Sovetlər İttifaqında bütün xalqlara tanış olan, xalqların bildiyi rus dilində hər yeri gəzdi.

Mənim yaxşı xatirimdədir, o illər Leninqradda oxuyurdum. Orada “Arşın mal alan” filmi o qədər böyük müvəffəqiyyətlə gedirdi ki, insanlar o filmə bir daha, bir daha baxmaq istəyirdi. Amma iş təkcə bunda deyil. Rəşid Behbudovun o filmdə oxuduğu mahnıları insanlar gözəl bir musiqi kimi qəbul etmişdilər və çox yerlərdə oxuyurdular. Hətta bəzən ailələrdə, şənliklərdə, görüşəndə bir də görürdün ki, məsələn, bir rus Rəşid Behbudovun mahnısını böyük sevgi və məhəbbətlə ifa edir. Bu, Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini, mahnısını ilk dəfə dünyaya tanıdan bir əsər oldu. Yəni o yaranandan filmə çevrilənə qədər, onun haqqında film yaranana qədər bir mərhələ idi. Bizim xalq və bizə yaxın xalqlar bu əsəri yaxşı bilirdilər. Amma onu filmə çevirib, rus dilinə tərcümə edəndən sonra və Rəşid özü həmin mahnıları rus dilində gözəl ifa edəndən sonra bütün dünyanı dolaşdı. Demək olar ki, Azərbaycan musiqisini, mədəniyyətini, incəsənətini, mahnısını dünyaya açan, yəni geniş kütlələrə açan ikinci belə hadisə olmamışdır.

Bilirsiniz, ümumiyyətlə, mədəniyyət, xüsusən musiqi mədəniyyəti, mahnı xalqları başqa xalqlar qarşısında ən gözəl, ən aydın tanıdan bir sahədir. Söz yox ki, hər bir ölkədə hansısa bir alimin ixtirası, hansısa başqa bir hadisə dünya tarixinə daxil olur. Amma onların hamısı, əksəriyyəti, demək olar ki, müəyyən xalqların, yaxud millətlərin, ölkələrin çərçivəsində qalır.

Məsələn, dünyada ən məşhur alimlərdən biri Eynşteyn çoxlarına məlumdur, amma çoxlarına da məlum deyildir. İndi bu zalda soruşsan ki, onu kim yaxşı tanıyır, yəqin çox az adam tapılar. Ancaq mədəniyyət, yəni musiqi mədəniyyəti, mahnı mədəniyyəti təkcə bizim üçün deyil, bütün xalqlar üçündür. O qədər cazibədardır ki, dünyada xalqı bütün başqa nailiyyətlərindən dahar yaxşı tanıdır.

Yenə də xatırlayıram. 50-ci illərdə SSRİ-yə, o cümlədən Azərbaycana ilk dəfə Hindistanın “Avara” filmi və Rac Kapur gəldi. O vaxta qədər biz heç bilmirdi ki, Hindistanın mahnısı nədir, musiqisi nədir və onun filmi nədir. Amma “Avara” filmi ilə və böyük aktyor, artist Raç Kapur ilə Azərbaycanda Hindistanı əvvəlki dövrlərdən daha da çox tanıdılar. Belə misallar çəkmək olar. Ancaq dünya miqyasında bunlar azdır.

Amma Rəşid Azərbaycan mədəniyyətini, Azərbaycan xalqını təkcə “Arşın mal alan” filmi ilə tanıtmayıbdır. Rəşid dünyanın bir çox ölkələrinə səyahət edib, böyük-böyük salonlarda konsertlər veribdir və Azərbaycan musiqisini, mahnılarını öz gözəl üslubu ilə, gözəl ifası ilə o ölkələrin insanlarının qəlbinə salıbdır.

Deyə bilərəm ki, Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir. Ikinci beləsi olmayıbdır.

Yenə bir hadisə yadıma düşür. Bir dəfə bizim bir neçə yoldaşlar, o cümlədən mən Rəşid Behbudovun evinə getmişdik. Oturub söhbət edirdik, çay içirdik. O, Türkiyə səfərindən qayıtmışdı. O vaxt hələ televiziya yox idi. Radio musiqini o qədər də geniş verə bilmirdi. Rəşid Behbudov, demək olar ki, bizim mədəniyyət xadimlərindən Sovet vaxtı Türkiyəyə gedən ilk Azərbaycan elçisi, müğənnisi olubdur.

Niyazi də xarici ölkələrə çox gedibdir, bəzi opera, balet əsərlərini tamaşaya qoyubdur. Amma Rəşid Behbudov geniş kütlə içərisində, böyük salonlarda Azərbaycan mahnılarını oxuyubdur. Bilirsiniz ki, Azərbaycan mahnıları bizim qardaş türk xalqı üçün nə qədər böyük zövq verir, onda nə qədər maraq doğurur. Eləcə də türk mahnıları, türk musiqisi Azərbaycanda sevildiyi kimi.

Xatırlayıram, Rəşid Behbudov maqnitofonu işə saldı, orada oxuduğu bir mahnını səsləndirdi. Onun birinci xüsusiyyəti bundan ibarət idi ki, o, getdiyi yeri hansısa bir mahnı ilə mütləq birləşdirirdi. Hansı mahnı olduğunu xatırlaya bilmirəm, amma onun hər bəndi qurtarandan sonra o, çox gözəl səsi ilə deyirdi: “İstanbul-Bakı, İstanbul-Azərbaycan, Türkiyə-Azərbaycan”. Hansı ölkəyə gedirdisə, mütləq səfərindən əvvəl oranın gözəl mahnılarından bir neçəsini o ölkənin xalqının dilində hazırlayırdı, gedib orada oxuyurdu və böyük hörmət qazanırdı. Bu barədə çox demək olar.

Mən sadəcə, öz xatirələrimi, hamısını da yox, bəzilərini, deyirəm. Çünki hamı bilməlidir, gələcək nəsillər də bilməlidir ki, Rəşid Behbudov Azərbaycan xalqına, onun dünyada tanınmasına nə qədər böyük xidmətlər göstəribdir.

Mənim böyük qardaşım, rəhmətlik akademik Həsən Əliyevlə bir neçə dəfə söhbətdə onun dediyi sözlər mənim yadımdan heç vaxt çıxmır. O deyirdi ki, biz yüz ildir dünyaya neft veririk, amma biz bununla özümüzü dünyaya tanıda bilmədik. Ancaq bir nəfər, bir insan - Rəşid Behbudov öz mahnıları ilə, yəni Azərbaycan mahnıları və musiqisi ilə Azərbaycanı bütün dünyaya tanıtdı. Çox düzgün deyilmiş sözlər idi. Mən bunu heç vaxt yadımdan çıxartmaram. Çünki bu, həqiqətdir.

Rəşid Behbudov, demək olar ki, vokal sənətinin bütün sahələrində özünü çox məharətlə göstəribdir. “Sevil” operası... Xatırlayıram, 1953-cü ildə bizim opera və balet teatrında “Sevil” operasının premyerası idi. Təbiidir ki, mən orada idim. Mən Rəşid Behbudovun belə mərasimlərinin çoxuna gedirdim. Fikrət Əmirovun yazdığı “Sevil” operası çox böyük təsir bağışladı. Onu da demək istəyirəm ki, Üzeyir Hacıbəyovun yazdığı “Koroğlu” operasından sonra da Azərbaycanda opera janrında əsərlər yaranıbdır. Amma ondan sonra “Sevil” operası qədər çox dəyərli, yüksək musiqiyə, professional musiqiyə malik olan opera olmamışdır.

Bu, bəlkə də mənim subyektiv fikrimdir. Ancaq hesab edirəm ki, bu, həqiqətə yaxındır. Rəşid Behbudov orada Balaş rolunu çox məharətlə ifa etdi. Biz Cəfər Cabbarlının “Sevil” pyesini çox yaxşı bilirdik. Gənclik vaxtlarımda bizim teatrlarda “Sevil” pyesini tamaşaya çox qoyurdular. Ona görə də Cəfər Cabbarlının yaratdığı “Sevil” pyesi bizim beynimizdə bir dram əsəri kimi qalmışdı. Amma eyni zamanda onun dram xüsusiyyətini saxlayaraq, opera yaratmaq, əlbəttə ki, bizim böyük bəstəkarımız Fikrət Əmirovun ən uğurlu nailiyyətlərindən biridir. “Sevil” operası o vaxt çox böyük əks-səda yaratdı və uzun müddət də səhnədə idi. Son vaxtlarda da səhnədə olmuşdur.

O vaxt da mən düşünürdüm və indi bu düşüncələrim haqqında demək istəyirəm. Mənə belə gəlir ki, Üzeyir Hacıbəyov “Koroğlu” operasını yazarkən, - məlumdur ki, o, bir xeyli müddət bu operanın yazılmasına hazırlaşıbdır,- böyük sənətkarımız Bülbülü nəzərdə tutubdur. Bülbül və Koroğlu rolu... Elə bil ki, Koroğlu rolu Bülbül üçün yaranıbdır. Ona görə də Koroğlu əsəri o vaxtdan, 1938-ci ildən indiyə qədər səhnədədir. Bundan sonra da səhnədə olacaqdır. Yeni-yeni ifaçılar meydana çıxır. Çox gözəl opera və vokal ustaları meydana çıxır və Koroğlu rolunu ifa edirlər. Amma hamısı çalışır ki, o rolu Bülbül kimi ifa etsin. Çünki bizim hamımızın hafizəsində Koroğlu həmin səhnədə, atın üstündə Bülbülün gözəl, məlahətli səsi ilə beynimizdə həkk olunubdur.

Eləcə də Fikrət Əmirov “Sevil” operasını yazarkən... Əgər Rəşid Behbudov olmasaydı, bəlkə də o, “Sevil” operasını yaza bilməzdi, yəni yazardı, amma onu ictimaiyyətə, insanlara, cəmiyyətə o səviyyədə təqdim edə bilməzdi.

Beləliklə, mən dedim, Rəşid Behbudovun yaradıcılığı çoxşaxəlidir. Estrada, ondan sonra xalq mahnılarının müasirləşdirilməsi və estrada vasitəsilə çox gözəl ifa olunması.

“Arşın mal alan” daim yaşayacaqdır. Mən indi bu filmin kadrlarına baxdım. Çox təəssüf etdim ki, vaxt keçdikcə o kadrlar köhnəlir. Mən hesab edirəm ki, bizim Mədəniyyət nazirliyi və bu sahə ilə məşğul olan başqa təşkilatlarımız gərək belə ölməz əsərləri bərpa etsinlər. Kitab daim yaşayır, ancaq film də daim yaşamalıdır, indi müasir texnika, texnologiya imkan verir ki, onlar əvvəl yarandıqları kimi bərpa edilsin. Bunu mütləq etmək lazımdır.

“Arşın mal alan” Azərbaycan mədəniyyəti tarixinin ən böyük nailiyyətlərindən biridir. Ona görə o film yaşamalıdır. O film yaşamalıdır ki, Üzeyir Hacıbəyovun nə qədər böyük insan olduğunu gələcək nəsillər də görsün. Rza Təhmasibin nə qədər böyük rejissor olduğunu görsün. Rəşid Behbudovun nə qədər istedadalı müğənni olduğunu gələcək nəsillər görsün. Biz mütləq bunu etməliyik. Biz bunların hamısını görmüşük. Amma gələcək nəsillər haqqında düşünmək lazımdır. Mütləq düşünmək lazımdır.

Mən Rəşid Behbudovun yaradıcılığı haqqında bəzi fikirlərimi bildirdim. Amma xatirələrim də çoxdur. Mənim onunla şəxsi dostluq münasibətim vardı. Hələ Azərbaycanın rəhbəri olmazdan xeyli əvvəl onunla şəxsi münasibətim, dostluğum vardı. Bu dostluqda məni ona bağlayan onun gözəl sənəti idi. O isə nədənsə, mənə də müəyyən qədər, hansı səbəblərə görəsə çox hörmət edən bir insan idi. Hələ o vaxt ki, mən respublikanın rəhbərliyində deyildim.

Xatirimdədir, bir dəfə, - indi “Şəhriyar” klubu adlanır, orada - xaricdən gəlmiş hansısa məşhur müğənninin konserti vardı, mən konsertə getmişdim. Orada kiçik bir loja var, onda mən artıq Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim, yaxud ondan əvvəl idi, hər halda 60-cı illərin ortaları, bəlkə də əvvəli idi. Rəşid də orada idi. Bir yerdə dinlədik. Sonra oradan çıxdıq, piyada gedirdik. Rəşid, bilirsiniz, dənizkənarı evdə yaşayırdı, mən isə, yəqin bilirsiniz harada yaşamışam. Azərbaycan prospekti ilə Bülbül prospektinin kəsişdiyi yerdə, tində bir ev var, orada yaşayırdım, üçotaqlı mənzilimiz vardı.

Oradan keçirdik, dedim, Rəşid gedək bir çay içək. Dedi ki, çox məmnuniyyətlə. Bizim evə qalxdıq, oturduq, çay içdik, söhbət etdik. Mənim həyat yoldaşım mərhum Zərifə xanım bizə xidmət etdi. Mən Rəşidə bir neçə mahnı haqqında öz fikrimi dedim. Nədənsə, birdən mən ondan soruşdum ki, sən nə üçün Rauf Hacıyevin “Azərbaycan” mahnısını indiyədək oxumursan? O dedi ki, nədənsə heç düşünməmişəm. Dedim, o mahnını sən bilirsən? Dedi ki, əlbəttə bilirəm. Zərifə xanım oturdu, pianoda onu çaldı. Rəşid başladı bu mahnını bir balaca oxumağa. Bundan 10-15 gün keçəndən sonra o, mənə telefon etdi və dedi ki, bu mahnı artıq hazırdır. O mahnı bu gün, mən bu səhnəyə qalxmazdan öncə burada filmdə səsləndi. Çox gözəl bir mahnıdır. Rauf Hacıyevin şair Ənvər Əlibəylinin sözlərinə yazdığı mahnıdır.

O mahnını çoxları oxuyurdu. Amma onu Rəşid kimi o vaxt da heç kim oxumayıbdır, bu gün də heç kəs oxuya bilmir. Necə ki, Bülbül oxuduğu kimi indi heç kəs oxuya bilmir. Necə ki, Rəşid oxuduğu kimi indi heç kəs oxuya bilmir.

Müslüm Maqomayev bizim aramızdadır. Bu gün bu konserti təşkil edənlərdəndir. Amma “Azərbaycan” mahnısını, - sözləri bizim böyük şairimiz Nəbi Xəzrinindir, musiqisi Müslüm Maqomayevin özününküdür, - onun kimi heç kim oxumur. Ona görə də bizim müğənnilər heç onu oxumağa çalışmırlar. Çünki o mahnı Müslüm Maqomayevin ifası kimi bizim beynimizdə qalıbdır. O mahnını onun kimi heç kəs bu gün də oxumur, gələcəkdə də oxumayacaqdır. Bu da vaxtilə, 70-ci illərdə yaranmış bir mahnıdır. Müslüm Maqomayev də mənim yaxın dostlarımdan biridir və onun gənc vaxtlarından ona yaşca böyük bir insan kimi mən çox himayədarlıq etmişəm. 1974-cü, ya da 1975-ci il idi, o həmin mahnını bu salonda birinci dəfə oxudu, sonra da onun notları üzərində yazdı ki, “sənə ithaf edirəm”. Mən dedim ki, bunu sən heç kimə demə. Mən bunu qəbul edirəm, evdə saxlayacağam. Çünki Sovet vaxtında belə şeylər çox böyük qısqanclıq yarada bilərdi. Qısqanclıq yaradardı ki. Müslüm Maqomayev kimi böyük bir müğənni Heydər Əliyevə mahnı ithaf edibdir. Amma indi bunu açıram. Çünki indi mümkündür.

Rəşid Behbudov insan kimi də çox maraqlı bir insan idi. Yəni çoxları onu səhnədə görübdür, amma mən onunla bir yerdə çox olmuşam. Adi şəraitdə də. 1970-ci ildə,- mən bir il idi ki, Azərbaycana rəhbər seçilmişdim, - biz böyük bir nümayəndə heyəti ilə Qazaxıstana getdik. O vaxt Qazaxıstanın 50 illik yubileyi qeyd olunurdu. SSRİ-nin rəhbəri Brejnev oraya gəldi. Ona görə də bütün müttəfiq respublikaların birinci şəxsləri ora gəlmişdi. Bu, Azərbaycanın rəhbəri kimi başqa yerə mənim ilk səfərim idi. Mən nümayəndə heyətinə Rəşid Behbudovu da saldım. O vaxt, o, həm müğənni idi, həm də SSRİ Ali Sovetinin deputatı idi, tanınmış bir adam idi. Mən nümayəndə heyətinin tərkibinə onu salaraq, birincisi, ona öz dostluq münasibətimi göstərdim, ikincisi də, dedim ki, elə bu, bizim nümayəndə heyətini daha da bəzəyəcəkdir. Çünki onu bizdən daha çox, yaxşı tanıyırlar.

Oraya getdik. Harada bir yerdə olurduqsa, hamı “Rəşid Behbudov, Rəşid Behbudov, Rəşid Behbudov” - deyirdi. Onda mən gördüm ki, kiçikdən böyüyə qədər hamı ona nə qədər məhəbbət bəsləyir.

Bir yerdə, bir oteldə yaşayırdıq. Bir gün axşam gəldik yemək yeməyə. Bilirsiniz ki, Qazaxıstanda at əti ən mötəbər yeməklərdən biridir. At ətindən mən yedim. Dedim ki, Rəşid, sən də ye. Dedi bu nədir? Dedim bu, çox gözəl quzu ətidir. Rəşid böyük həvəslə götürüb yedi. Qurtarıb ayağa duranda, dedim ki, Rəşid bildin ki, sən nə yedin? Dedi yox, sən dedin ki, quzu ətidir. Dedim ki, sən at əti yemisən. O, çox pərişan oldu, bir təhər oldu... Sən niyə bunu etdin, filan etdin... Məndən narazı oldu. İndi bağışlayın, üzr istəyirəm, olan şeyləri deyirəm, sonra gedib öz otağında qusmuşdu. Yəni, bax bu millilik də onda var idi. Öz millətinə xas olmayan bir şeyi, yeməkdə də olanda, o, qəbul edə bilmirdi. Mən ondan çox soruşardım: sən nə yeyirsən? Deyirdi ən çox sevdiyim dovğadır. Yəni, elə hər gün dovğa yeyirsən? Deyirdi ki, hər gün dovğa yeyirəm. Onun xanımı burada oturubdur, bəlkə o, məndən yaxşı bilir. Amma mən onun dediyi sözləri deyirəm.

Sonra Rəşid bu Mahnı Teatrını yaratmağa başladı. Onun da çətinlikləri vardı. Bilirsiniz, insan həyatdan gedəndən sonra onun qiyməti daha da artır. İnsanlar daha da obyektivləşirlər. Amma o vaxt onun da problemləri vardı. Bizim mədəniyyət aləmində, bilirsiniz ki, qısqanclıq var, filan var, feşməkan var... Qısqanclıq ola bilər. Amma Rəşid Behbudov kimi bir adama qısqanclıq etmək, bu, ağılsızlıqdır. Çünki qısqanclıq edəndə, sən heç olmasa, özünə bərabər, ya özündən bir pillə yuxarı adama qısqanclıq et. Qısqanclıq edən adam, elə bil ki, özünü böyük, ən yüksək mərtəbədə duran bir şəxsiyyətlə müqayisə edir və qısqanclıq edir. Ona görə də onun belə problemləri olurdu. Bəzən mənə şikayət edirdi. Ancaq hər dəfə mən bütün bu problemlərinin həll olunmasında ona kömək edirdim. Ona görə yox ki, mənim onunla şəxsi münasibətim vardı, ona görə ki, o, Azərbaycan üçün ən dəyərli insanlardan biri idi.

Mahnı Teatrını yaradarkən deyirdi ki, mənə bir bina lazımdır. Dedim ki, get tap, harada əlverişli bina olsa, səni təmin edək. Yaxud, dedim yeni bir bina tikək. Dedi yox. Gedib indiki bu binanı göz altına aldı. Gəlib mənə dedi. Orada da hansısa bir layihə institutu yerləşirdi. Öyrəndim ki, elə onlar üçün də ora darısqaldır. Amma o, oranı bəyəndi. Mən layihə institutunu oradan köçürdüm, oranı təmir etdirdim. İndi Rəşid Behbudov adına Mahnı Teatrı oradadır. Çox da gözəldir, böyük deyil, amma çox yığcamdır, elə bil ki, Rəşidin ruhu həmişə oradadır.

Mən son illər, Moskvada olarkən də bəzən, o, Ali Sovetin sessiyalarına gələndə görüşürdük. Amma sonra mənim onunla əlaqəm kəsildi. Təbiidir, onun həyatdan köçməsi bizim hamımızı çox kədərləndirdi, məyus etdi. Ancaq o həyatdan getməyibdir. O yaşayır, bizim qəlbimizdə yaşayır, onun sənəti yaşayır, onun mahnıları yaşayır. Bu gün, bu xatirə gecəsini keçirərək biz onun xidmətlərini, Azərbaycan dövlətinin, müstəqilliyinin onuncu ildönümündə bir daha yad edirik. Sağ olun.

/Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı/.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır