CƏMİYYƏT
Daxili işlər orqanları ötən gün törədilmiş 94 cinayətin üstünü “isti izlər”lə açıblar
![Daxili işlər orqanları ötən gün törədilmiş 94 cinayətin üstünü “isti izlər”lə açıblar](/files/2022/1/1200x630/16436099571010252156_1200x630.jpg)
Bakı, 31 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) yanvarın 29-da və 30-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 94 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 57, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.