Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Bakı, 2 iyul, AZƏRTAC

Bu gün ölkəmizdə bərqərar olan yüksək ictimai-siyasi sabitliyə görə Azərbaycan polisinə minnətdar olan hər bir vətəndaşımız milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirir.

Gündəlik həyatımızda kriminal elementlərlə qarşılaşmadığımız üçün polisin fəaliyyətini qabarıq şəkildə görməyə bilərik. Amma hər bir Azərbaycan vətəndaşı bu fikirlə həmrəydir ki, bugünkü əmin-amanlığımız, bizi əhatə edən təhlükəsizlik mühiti həm də polisin gözəgörünməz, önləyici fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydanın keşiyində mətanətlə, ayıq-sayıq dayanan Azərbaycan polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında böyük fədakarlıq göstərir.

Bu fikirləri Milli Məclisin VI çağırış deputatı Cavanşir Feyziyev Azərbaycan Polisi Günü ilə əlaqədar AZƏRTAC-a açıqlamasında söyləyib.

O xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanına əsasən, iyulun 2-si Azərbaycan Polisi Günü elan edilib. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyulun 2-də Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanları təsis edilib.

Azərbaycan polisinin 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində dayandığını, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində ictimai asayişin qorunmasında polisin fədakar əməyini vurğulayan Cavanşir Feyziyev xüsusilə diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Həmin dövrdə Heydər Əliyev böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib.

Cavanşir Feyziyevin sözlərinə görə, şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizdə inkişafın yeni mərhələsinə qədəm qoyulduğunu vurğulayan C.Feyziyev deyib ki, dövlətimizin başçısının lider mövqeyi ilə yanaşı, bölgədə ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Prezidentin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.

Vətən savaşında qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının - Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələrinin müstəsna xidmətləri olub. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını böyük şücaətlə yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr endirməklə onun yüzlərlə canlı qüvvə və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar.

Vətən müharibəsinin ilk saatlarında Murovdağ istiqamətində olan əlverişli nöqtələr, o cümlədən Murov zirvəsi əməliyyatları zamanı “Pələng” və “Şahin” Xüsusi Təyinatlı Dəstələri savaşıb, şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olub.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində, ümumilikdə 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb, 4 hərbçisi isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimada daha bir nümunədir. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

“Son zamanlar müxtəlif dövlətlər və onların strukturları, Azərbaycana münasibətdə daim təxribatçı mövqe tutan, daxildə iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmaq üçün səylər göstərirlər. Azərbaycan polisi silahlı yolla mütəşəkkil cinayətkar qrupların Azərbaycanın konstitusion quruluşuna çıxanlara qarşı qətiyyətlə mübarizə aparır.

Bu gün biz Azərbaycanın gənc nəslini narkotik vasitələrlə zəhərləməyə çalışanların və ifrat düşmənçilik tendensiyaların şahidi oluruq. İmanını, dinini itirən belə şəxslərin Azərbaycana gətirməyə çalışdığı “ağ ölüm”lə mübarizə istiqamətində Azərbaycan polisinin əməyi olduqca təqdirəlayiqdir.

Bütün bu dəyərləndirmələri ilə yanaşı Cavanşir Feyziyev daha bir məqamı xüsusi diqqətə çatdırıb ki, Laçın-Xankəndi yolunda təşkil olunan ekofəalların aksiyasında Azərbaycan polisi nümunəvi xidmət göstərdi. Polis əməkdaşları aksiya iştirakçılarının təhlükəsizliyini və mühafizəsini yüksək səviyyədə təmin etdi.

Statistika da göstərir ki, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir. Belə ki, ölkəmizin kriminal indeksi Litva, İspaniya, Macarıstan kimi Avropa İttifaqı ölkələrindən daha aşağıdır.

Beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan yaradır.

DİN-in şəxsi heyəti cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qoruyur və respublikada ictimai asayişin, əmin-amanlığın keşiyində mətanətlə və ayıq-sayıq dayanır.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.

Bu gün ölkəmizdə hökm sürən yüksək ictimai-siyasi sabitliyə görə Azərbaycan polisinə minnətdar olan hər bir vətəndaşımız milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə ürəkdən inanır”, - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Baş Prokurorluq: Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib

Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb