Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 15-də, təkbətək görüşdən sonra, Dövlət iqamətgahında

Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Prezident EMOMƏLİ RƏHMONOV görüşü açaraq dedi ki, Azərbaycan dövləti başçısının Tacikistan Respublikasına rəsmi səfəri xalqlarımızın kökləri əsrlərin dərinliklərinə gedən qarşılıqlı münasibətlərinin yeni tarixində mühüm mərhələdir. Azərbaycan xalqının böyük oğlu, tacik-fars ədəbiyyatının klassiklərindən biri kimi ehtiram bəslənilən və Rudəki, İbn Sina, Sədi və digərləri ilə birlikdə dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş Nizami Gəncəvinin yaradıcılığı buna parlaq sübutdur. Mədəniyyətlərin qarşılıqlı nüfuzu və qarşılıqlı zənginləşməsi daimi prosesdir. Bu baxımdan Tacikistanın təxminən üç min nəfərdən ibarət Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirmək istəyirəm. Onun nümayəndələri cəmiyyətimizin inkişafına sanballı töhfə vermiş və verirlər. Bugünkü Azərbaycan tərəqqi və quruculuq yolu ilə inamla irəliləyən dinamik inkişaflı ölkədir. Bu uğurların əsasını hamımızın dərin hörmət bəslədiyi, regionda və dünyada çox böyük nüfuza malik olmuş mərhum Heydər Əliyeviç qoymuşdur. Mən indicə uzun illər birgə işimizi xatırladım. Həm də təkcə birgə işimizi yox. Xatırladım ki, Heydər Əliyeviç Moskvada işləyərkən Tacikistana sənaye komplekslərinin, hidroenergetikanın inkişafı üçün çox güclü kömək göstərirdi. Biz hər dəfə görüşərkən o, Tacikistanın necə inkişaf etdiyi ilə maraqlanırdı.
Tacikistan xalqının bunu heç zaman unutmayacağını vurğulayan Prezident Rəhmonov belə bir faktı da xatırlatdı ki, Tacikistan Respublikası yaradıldıqdan sonra ilk daxili işlər nazirlərindən biri azərbaycanlı olmuşdur. Azərbaycan diasporu ziyalılarının hələ çox nümayəndələrini misal göstərmək olar. Əminəm ki, Sizin simanızda Azərbaycan xalqı bu nəcib işin layiqli davamçısına malikdir. Əziz həmkarım, doğma torpağınızın tərəqqisi və xalqının firavanlığı naminə Sizə ürəkdən yeni-yeni uğurlar arzulamaq istəyirəm.
Tacikistan rəhbəri dedi ki, biz Azərbaycanla münasibətlərin hər vasitə ilə inkişafında maraqlıyıq, bütün istiqamətlərdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsi üçün mümkün olan bütün işləri görmək niyyətindəyik. Qarşılıqlı münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltməkdən ötrü sənədlər hazırlamışıq və onların imzalanması ənənəvi dostluq münasibətlərimizin daha da inkişaf etməsinin hüquqi bazası üçün əsas qoymalıdır. Həmin sənədlər sırasında dostluq və əməkdaşlıq haqqında müqaviləni xüsusi vurğulayan dövlət başçısı bildirdi ki, burada respublikalarımız arasında ikitərəfli münasibətlərin əsas prinsipləri təsbit olunmuşdur. Bu münasibətlər beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri, qarşılıqlı hörmət, hüquq bərabərliyi əsasında inkişaf edəcəkdir. Müqavilə uzunmüddətli perspektiv üçün nəzərdə tutulan əməkdaşlığımızın sanballı binasının qurulacağı bünövrə olmalıdır.
Bu, beynəlxalq aləmdə əməkdaşlığımıza da, regional strukturlar çərçivəsində və ikitərəfli əlaqələr formatında qarşılıqlı əlaqələrimizə də aiddir.
Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial olduğunu bildirən Tacikistan rəhbəri dedi ki, əmtəə dövriyyəsi keçən il rekord səviyyəyə çatmış və 140 milyon dollardan artıq olmuşdur. Tacikistanda təbii sərvətlərin, o cümlədən də enerji daşıyıcılarının zəngin ehtiyatları var. Azərbaycanlı tərəfdaşlarımızın zəngin təcrübəsi, malik olduqları texnologiyalar və sərmayə imkanları bu sahələrdə faydalı əməkdaşlıq üçün baza ola bilər. Ölkəmizdə hidroenergetika potensialının artırılmasına, faydalı qazıntılar, o cümlədən neft və qaz hasilatına və digər sahələrə dair layihələr hazırlanmışdır və Rusiya, Çin, İran və bir sıra digər ölkələrlə birlikdə iş aparılır. Biz Azərbaycanın da bu prosesdə fəal iştirak etməsində maraqlıyıq.
Humanitar sahədə əməkdaşlıqdan danışan Emoməli Rəhmonov dedi ki, biz elmi, yaradıcılıq və təhsil müəssisələri arasında bilavasitə münasibətləri, insanlar arasında əlaqələri hər vasitə ilə təşviq edəcəyik. Düşünürəm ki, Tacikistanda Azərbaycan və Azərbaycanda Tacikistan mədəniyyəti günlərinin keçirilməsi bu sahədə qarşılıqlı əlaqələrə kömək edəcəkdir.
Prezident Rəhmonov bildirdi ki, Tacikistan Cənubi Qafqazda vəziyyəti də izləyir və planetin bu mühüm regionunda problemlərin ancaq dincliklə həllinə tərəfdardır. Azərbaycan və Ermənistan xarici siyasət idarələri başçılarının Cenevrədə keçirilən sonuncu görüşü Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olacağına və region ölkələrinin münasibətlərinin normallaşacağına müəyyən nikbinlik və ümid doğurur. Hörmətli həmkarım İlham Heydəroviçlə biz bu məsələləri müzakirə etdik - ancaq danışıqlar, dialoq. Həm də ona görə ki, hazırda Cənubi Qafqazda inkişafın başlıca hərəkətverici qüvvəsi məhz Azərbaycandır. Biz çox sevinirik ki, son illərdə Azərbaycan iqtisadi inkişafın belə səviyyəsinə nail olmuşdur. Bu, yaxşıdır.
Taciklərin atalar sözündə deyilir ki, əgər qonşunun işi yaxşıdırsa, deməli, sənin də işin yaxşıdır. Həqiqətən, indiki bu çətin zəmanədə, qışda Gürcüstanın vəziyyəti çox ağır olduğu vaxtda Azərbaycanın siyasi rəhbərliyi tərəfindən yardım əli uzadıldı və qonşu ölkə qazla təmin edildi. Hətta burada, Mərkəzi Asiyada biz, xalqımız buna çox müsbət reaksiya verdik.
Prezident Emoməli Rəhmonov çıxışının sonunda dedi: Hörmətli İlham Heydəroviç, ölkəmizə səfərinizə, xalqlarımızın dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi, dövlətlərimizin tərəqqisi naminə səmərəli işinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz Tacikistan-Azərbaycan əməkdaşlığının gələcəyinə nikbinliklə baxırıq və ölkələrimizin potensialından istifadə üçün lazım olan bütün işləri görməyə hazırıq. Əminəm ki, səfəriniz buna güclü təkan verəcəkdir.
Əziz dostlar, icazə verin, ümumi bayramımız Novruz ərəfəsində sizin hamınızı ürəkdən təbrik edim, sizə möhkəm cansağlığı və ölkələrimizin tərəqqisi, xalqlarımızın firavanlığı naminə yeni-yeni uğurlar arzulayım.
X X X
Sonra Azərbaycan Prezidenti İLHAM ƏLİYEV çıxış edərək, rəsmi səfərə dəvətə görə Prezident Emoməli Rəhmonova təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, bu, Azərbaycan Prezidentinin Tacikistana ilk rəsmi səfəridir. Gözəl torpağınızda olduğumuz ilk dəqiqələrdən biz qonaqpərvərlik hiss edirik. Bu, bir daha göstərir ki, xalqlarımızın qarşılıqlı münasibətlərinin qədim tarixi, ortaq mədəniyyətləri və ənənələri var. Xalqlarımız bu ənənələri çoxəsrlik əməkdaşlıqla yaşatmışlar və onlar indi inkişaf edərək, möhkəmlənir. İki müstəqil dövlət - Tacikistan və Azərbaycan azadlıq, öz potensialını möhkəmlətmək yolu ilə inamla gedir.
Mən bu imkandan istifadə edərək, Sizi özünüz üçün əlverişli vaxtda ölkəmizə rəsmi səfərə dəvət etmək, aramızda olan fəal dialoqu davam etdirmək istəyirəm. Çox istərdim ki, səfər zamanı Sizin ölkəmizin regionlarına, o cümlədən dahi Azərbaycan şairi Nizaminin vətəni və onun məzarının yerləşdiyi Gəncə şəhərinə də getmək imkanınız olsun. İstərdim ki, qədim tarixi, xalqlarımızı birləşdirən kökləri bir daha duyasınız.
Həqiqətən, bu gün biz Sizinlə bu barədə danışdıq. Ümumi tarix çox şey deməkdir. Biz özgünlüyümüzü, öz dilimizi, öz mədəniyyətimizi, ənənələrimizi məhz bu tarixi köklər sayəsində qoruyub saxlamışıq. Dövlətlərimizin həm iqtisadi, həm də siyasi müstəvidə əməkdaşlığı belə möhkəm bünövrəyə əsaslanır. Ümidvaram ki, səfərim zamanı imzalanacaq sənədlər fəal əməkdaşlıq üçün çox geniş imkanlar açacaqdır. Siyasi baxımdan biz müttəfiqlərik, bütün təşkilatlarda - BMT-də, ATƏT-də, İslam Konfransı Təşkilatında, MDB-də və digər forumlarda bir-birimizi dəstəkləyirik. İqtisadi baxımdan bizdə əmtəə dövriyyəsi kifayət qədər yüksək səviyyədədir və qarşıdakı illərdə onu artırmağa ümid edirik.
Azərbaycan Prezidenti bildirdi ki, humanitar sahədə əməkdaşlıq məsələlərində də aramızda tam fikir birliyi var. Bir-birimizi daha yaxşı tanıya bilməyimiz üçün ölkələrimizdə mədəni tədbirlər keçirilməsi ideyasına mən də qoşuluram.
        Dövlətimizin başçısı dedi ki, Azərbaycanda bizim həll etdiyimiz çox mühüm məsələlər, ilk növbədə, energetika ilə bağlıdır və onlar sırf Cənubi Qafqaz regionunun çərçivəsindən çox tez-tez kənara çıxır və Mərkəzi Asiya, Avropa regionuna da potensial surətdə yayıla bilər. Biz bu istiqamətdə neft-qaz kəmərlərinin, habelə nəqliyyat infrastrukturunun tikintisi üçün çoxmilyardlıq layihələr həyata keçirmişik. Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlayırıq. O da Asiya ilə Avropa arasında körpüyə çevriləcəkdir. Düşünürəm ki, gələcəkdə həmin dəmir yoluna qoşulmaq Tacikisan üçün də maraq doğuracaqdır. Regional əməkdaşlığın bu elementi onda iştirak edəcək bütün ölkələrə sərfəli olacaqdır. 
        Prezident İlham Əliyev vurğuladı ki, regionda etimad tədbirlərinin, təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmlə mübarizə - bütün bu məsələlər bizi narahat edir. Təəssüf ki, indi gördüyümüz kimi, dünya bu hədələrdən müdaxilə edilməyib, heç bir ölkə özünü tam təhlükəsiz hiss etmir, xüsusən də bizim region. Çünki burada həm daxildə, həm də ətrafda münaqişələr, təhdidlər mövcuddur. Ona görə də təbii ki, bu təhdidləri minimuma endirməklə, fəaliyyəti uzlaşdırmaqla məşğul olmalı olan strukturların qarşılıqlı əlaqəsi mühüm prioritetdir.
Biz sülh, sabitlik şəraitində yaşamaq və öz dövlətimizi, müstəqilliyimizi möhkəmlətmək, adamlarımız üçün daha yaxşı həyat şəraiti yaratmaq istəyirik. Əlbəttə ki, bunun üçün, ilk növbədə, təhlükəsizlik gərəkdir.
Narkotrafiklə əlaqədar məsələ bizi də narahat edir, çünki narkotrafikin bir hissəsi bizim ərazimizdən də keçir və bununla mübarizə üçün bizdə də fəal tədbirlər görülür. Odur ki, bu sahədə ölkələrimizin səylərinin əlaqələndirilməsi böyük fayda gətirərdi. Biz də BMT-nin müvafiq qurumları, digər təşkilatlarla əməkdaşlıq edir və narkotrafikin qarşısına güclü sipər çəkmək üçün öz tərəfimizdən mümkün olan bütün işləri görürük. Əlbəttə ki, bundan ötrü çox ciddi tədbirlər görmək, sərhədlərdə infrastruktur yaratmaq, yeni sərhədlər yaratmaq gərəkdir. Regionumuzda yeni sərhəd infrastrukturu yaradılmasına böyük tələbat var, çünki Azərbaycanla qonşu ölkələr arasında sərhədlər, əslində, şəffafdır. Ona görə də bu fəaliyyəti təkmilləşdirmək üçün böyük investisiyalar, habelə bu fəaliyyəti təkmilləşdirmək işində beynəlxalq təşkilatlarla əməkdaşlıq lazımdır.
Dövlətimizin başçısı Cənubi Qafqaz regionunda separatçı hərəkatlardan danışaraq dedi ki, bunların nəticəsində həm Gürcüstanın, həm də Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur və bu, təhlükənin başlıca amilidir. Artıq on ildən çoxdur ki, Azərbaycan ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdir. Bu, çox böyük humanitar fəlakətdir. Səkkiz milyon yarım əhalinin bir milyonu erməni təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş adamlardır.
Prezident İlham Əliyev dedi ki, biz məsələni nizama salmağa çalışır və ATƏT çərçivəsində danışıqlar aparırıq. Amma, təəssüf ki, nəticələrdən danışmaq hələlik tezdir. Biz beynəlxalq hüququn prinsipləri və normalarını əsas tuturuq. Azərbaycanın ərazi bütövlüyünü dünyanın bütün dövlətləri, habelə Birləşmiş Millətlər Təşkilatı tanımışdır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Lakin erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən bu qətnamələr yerinə yetirilmir. Ona görə də beynəlxalq hüququn aliliyi və ərazi bütövlüyü prinsipləri, əlbəttə, bu münaqişənin və oxşar münaqişələrin həlli zamanı əsas kimi götürülməlidir.
O ki qaldı millətlərin öz müqəddəratını təyin etmək hüququna, - erməni tərəfi ona tez-tez əl atır. Deməliyəm ki, erməni xalqı artıq öz müqəddəratını təyin etmişdir, onun Ermənistan dövləti var. Əgər Ermənistanın məntiqini götürsək, onda hər bir milli azlıq öz müqəddəratını təyin edəcək və bununla da ölkələrin ərazi bütövlüyünü pozacaqdır. Bunun nəyə gətirib çıxaracağı yaxşı məlumdur. Bu, fəlakətə gətirib çıxaracaqdır.
Ona görə də Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, amma məhz beynəlxalq hüququn normaları və prinsipləri əsasında. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən çıxarılmalıdır, Dağlıq Qarabağ erməniləri isə vahid Azərbaycan dövləti çərçivəsində yüksək özünüidarə və muxtariyyət statusu ala bilərlər.
Biz MDB çərçivəsində, digər beynəlxalq təşkilatlar çərçivəsində forumlarda tez-tez ünsiyyətdə olur, tez-tez görüşürük, Emoməli Rəhmonovla bizim aramızda çox yaxın, çox səmimi münasibətlər yaranmışdır. Mənim buraya səfərim, ümidvaram, Tacikistan Prezidentinin yaxın vaxtlarda cavab səfəri əlaqələrimizi daha da möhkəmləndirəcəkdir.
Təəssüf ki, müstəqillik əldə edildikdən sonra Tacikistanda da, Azərbaycanda da xalqlarımız daxili münaqişələrdən, vətəndaş müharibəsindən çox əziyyət çəkdilər. Biz bunu da yaşadıq, amma, xoşbəxtlikdən, bu, o qədər də uzun sürmədi. Bu proses sizdə daha sürəkli, daha qanlı oldu və ölkənin bərpası üçün çox böyük səylər göstərməli oldunuz. Bunu necə uğurla etməyiniz onu göstərir ki, rəhbərliyin siyasəti düzgündür, əhali tərəfindən dəstəklənir. Dostlarınız və qonşularınız uğurlarınızı gördükdə sevinirlər.
Belə səmimi qəbula görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Tacikistanda olmağıma çox şadam. Ölkənizə bu mənim nəinki ilk rəsmi, həm də, ümumiyyətlə, birinci səfərimdir. Ümidvaram ki, bundan sonra tez-tez görüşəcək və ünsiyyətdə olacağıq. Ümumi bayramımız - Novruz bayramı ərəfəsində öz adımdan bütün qardaş Tacikistan xalqına ən xoş arzularımı da yetirmək istəyirəm.
X   X   X
AZƏRTAC-ın müxbiri xəbər verir ki, geniş tərkibdə görüşdən sonra hökumətlərarası sənədlərin imzalanması mərasimi olmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər