Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Bayrağı Günü ərəfəsində Prezident Kitabxanasında “Azərbaycan: dövlət rəmzləri və atributları” adlı elektron nəşrin rus və ingilis dillərində versiyaları hazırlanmışdır

Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının dövlət bayramları sırasına daha bir əlamətdar gün - 9 noyabr - Dövlət Bayrağı Günü daxil olmuşdur. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən rəmzlər və atributlar nəsillərdən-nəsillərə keçərək günümüzədək gəlib çatmışdır. Dövlətçilik tariximizdə və ənənələrimizdə iz buraxan atributlar və fərqləndirici əlamətlər sonradan müəyyən formada rəmzlərimizdə öz əksini tapmışdır.

Tarixi mənbələr, maddi mədəniyyət və memarlıq abidələri, incəsənət əsərləri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, üzərində ərəb hərfləri ilə yazılmış möhürləri və tuğraları olmuşdur. Belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı. XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, Şuşa, Lənkəran, Naxçıvan, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşlar.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin - bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmış, onun Əsasnaməsini təsdiq etmişdir.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Bu il noyabr ayının 9-u ölkəmizdə ilk dəfə olaraq Dövlət Bayrağı Günü dövlət bayramı kimi qeyd olunur.

Azərbaycanın dövlət gerbinin və milli himninin hazırlanması haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin və himnin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilmişdi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini və gerbini qəbul etməyə imkan vermədi. Nəhayət, 1992-ci il mayın 27-də Dövlət himni və 1993-cü il yanvarın 19-da Dövlət gerbi haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə onun möhürü və bir çox medallarının eskizləri də işlənilib hazırlanmış, milli pul vahidləri dövriyyəyə buraxılmışdı.

Azərbaycan Sovet Sosialist Respublikası 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra dövlət atributlarının bir qismini itirsə də, müəyyən dövrdən sonra dövlət bayrağına, dövlət gerbinə və dövlət himninə malik oldu.

1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra dövlət rəmzləri ilə yanaşı, digər atributlar da bir-birinin ardınca bərpa edildi.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasından AZƏRTAC-a bildirmişlər ki, qurumun əməkdaşları tərəfindən hazırlanıb ötən ilin oktyabrında istifadəçilərə təqdim edilən “Azərbaycan: dövlət rəmzləri və atributları” elektron nəşrinin rus və ingilis dillərində versiyaları hazırlanıb Dövlət Bayrağı Günü ərəfəsində istifadəçilərin ixtiyarına verilmişdir. Elektron nəşrin Azərbaycan dilində variantı isə yenidən işlənilmiş, əlavə faktlarla və sənədlərlə xeyli zənginləşdirilmişdir. Elektron nəşrdə müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) və atributlarının yaranmasının tarixçəsi sistem halında izlənilir və milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır. Üç fəsildən - “Rəmzlər”, “Atributlar” və “Elektron resurslar” fəsillərindən ibarət olan elektron nəşrdə dövlət rəmzləri və atributları haqqında tarixi sənədlər, qərarlar, qanunlar, fərmanlar, sərəncamlar və müxtəlif materiallar toplanaraq xronoloji ardıcıllıqla verilir.

Elektron nəşrdə Azərbaycanın xanlıqlar dövrünün Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan bayraqları, çar Rusiyası dövründə Azərbaycanda mövcud olmuş quberniyaların və şəhərlərin gerbləri, Sovet hakimiyyəti illərində mövcud olmuş Azərbaycan SSR-in dövlət rəmzləri və atributları haqqında materiallar toplanmışdır.

Elektron nəşrin “Rəmzlər” fəslində Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni haqqında materiallar xronoloji ardıcıllıqla yerləşdirilmişdir. Hər bir bölmədə ümumi məlumatla yanaşı, rəmzin tarixi haqqında materiallar və rəsmi sənədlər də təqdim olunur.

Elektron nəşrin “Atributlar” fəslində Azərbaycanın digər dövlətçilik atributları - Azərbaycan dili, din, pul, paytaxt, orden və medallar haqqında tarixi arayışlar və sənədlər, habelə, dövlət qurumlarının emblemləri haqqında materiallar öz əksini tapmışdır.

“Konstitusiya” bölməsində istifadəçilər dövlət müstəqilliyi haqqında bəyannamələrlə (1918, 1991) ilə yanaşı, indiyədək qəbul edilmiş Konstitusiyaların (1921, 1927, 1937, 1978, 1995) tam mətnləri ilə də tanış ola biləcəklər.

Hər bir bölmənin sonunda istifadə edilmiş ədəbiyyatın biblioqrafiyası verilmişdir.

Bazanın “Elektron resurslar” bölməsi də yenilənmişdir. Prezident Kitabxanasının fondunda saxlanılan dövlət rəmzləri və atributlarına aid kitabların və dövri mətbuat materiallarının elektron versiyası, habelə dövlət rəmzləri və atributlarına dair materialları özündə əks etdirən saytlar istifadəçilərə təqdim edilir.

Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Bayrağına, Gerbinə və Himninə hörmət ruhunda tərbiyə edilməsi onlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə xidmət edir. Elektron nəşrin rus və ingilis dillərində versiyalarının hazırlanması dövlət rəmzlərimizin təbliği imkanlarını daha da genişləndirir.

Kitabxananın www.preslib.az saytında yerləşdirilən və geniş oxucu kütləsi üçün nəzərdə tutulan elektron nəşr müntəzəm olaraq yenilənir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: Bolqarıstanda mənzil fondunun yenilənməsi prioritet vəzifədir

Bakı Olimpiya Stadionu: WUF13-ə xoş gəlmisiniz! - FOTOREPORTAJ

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Bahar Muradova: Azərbaycan yeni şəhərsalma standartlarının formalaşmasına öz töhfəsini verəcək

Ömər Bulut: Azərbaycan dayanıqlı və əlçatan mənzil istiqamətində mühüm addımlar atır VİDEO

Ömər Bulut: Azərbaycan dayanıqlı və əlçatan mənzil istiqamətində mühüm addımlar atır VİDEO

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

Səfir: Bu cür təbdirlər davamlı şəhərlərin necə həyata keçirilməsinə dair təcrübə mübadiləsi üçün fürsətdir

Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenova

UN-Habitat rəsmisi: Artan bərabərsizlik müasir şəhərlərin əsas problemləridir

Türkiyə rəsmisi: Biz dağıtmağı deyil, qurmağı sevən millətik VİDEO

Türkiyə rəsmisi: Biz dağıtmağı deyil, qurmağı sevən millətik VİDEO

Lui Akolit: Dayanıqlı şəhər inkişafı həyat şəraitinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Qlobal Saziş Şəbəkəsinin nümayəndəsi: Dayanıqlılıq artıq səhmdar dəyərinin bir hissəsidir

Nazir: Azərbaycan dayanıqlı şəhərlər qurmaq üçün dünya şəhər gündəliyinə kömək etməkdə çox böyük rol oynaya bilər

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir

Malavili nümayəndə: Azərbaycan urbanizasiya sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunə ola bilər VİDEO

Malavili nümayəndə: Azərbaycan urbanizasiya sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunə ola bilər VİDEO

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir VİDEO

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir VİDEO

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır VİDEO

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır VİDEO

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası işə başlayıb

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb VİDEO

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb VİDEO

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində

Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir

Türkiyə NATO üçün Rumıniyaya kimi uzanan yanacaq kəmərinin tikilməsini təklif edib

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

Sudan rəsmisi: İnanırıq ki, WUF13-dəki təcrübə şəhərlərimizin bərpası istiqamətindəki səylərə böyük töhfə verəcək

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır

Nigeriyada 17 polis öldürülüb

Ömər Bulut: Türkiyə şəhərsalmada dayanıqlılıq modelini qlobal səviyyəyə çıxarır

Sudan rəsmisi: WUF13-ün şüarı xalqımızın istəkləri və reallıqları ilə tam üst-üstə düşür

Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNİB VİDEO

Anaklaudia Rossbax: WUF13 yeni müttəfiqliklər qurmaq üçün mühüm platformadır

Ousman Bojanq: Bakı şəhərsalma sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunədir

Anar Quliyev: Gənclər peşəkar proseslərə, şəhərlərin qurulmasına və gələcəyin formalaşdırılmasına öz töhfələrini verirlər

Lans Braun: Ağ Şəhər layihəsində ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılması mühüm addımdır VİDEO

Lans Braun: Ağ Şəhər layihəsində ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılması mühüm addımdır VİDEO

Estoniya rəsmisi: Şəhərlərdə təhlükəsizlik urban inkişafın əsas göstəricilərindən biridir

Qabonlu nazir: Azərbaycan mənzil və urbanizasiya sahəsində inkişafa dəstək göstərir

Anaklaudia Rossbax: WUF13 çərçivəsində mənzil böhranı ilə bağlı konkret həll yollarının tapılması üzərində işləyirlər VİDEO

Anaklaudia Rossbax: WUF13 çərçivəsində mənzil böhranı ilə bağlı konkret həll yollarının tapılması üzərində işləyirlər VİDEO

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 500-dən çox PUA vurulub

Yaponiyanın rəsmisi: Son illərdə daha tez-tez baş verən təbii fəlakətlərə qarşı infrastrukturun təkmilləşdirilməsi vacibdir

Xabi Alonso “Çelsi”nin yeni baş məşqçisi təyin olunub

Nazir: Anqolada urbanizasiya dayanıqlı iqlim və iqtisadi artım aləti olmalıdır

Şərqi Timorun nümayəndəsi: Azərbaycan qlobal əməkdaşlığın inkişafına töhfə verir

Şamaxı WUF13 çərçivəsində xarici qonaqlara Azərbaycanın turizm zənginliyini nümayiş etdirəcək - REPORTAJ

Ruandanın dövlət naziri: Ruanda və Azərbaycan şəhərsalma sahəsində ortaq anlayışa sahibdir VİDEO

Ruandanın dövlət naziri: Ruanda və Azərbaycan şəhərsalma sahəsində ortaq anlayışa sahibdir VİDEO

ADSEA-nın əməkdaşları gücləndirilmiş iş rejimi şəraitində ərazilərdən yağış sularını kənarlaşdırırlar

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır VİDEO

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır VİDEO

Beynəlxalq Davamlı İnkişaf İnstitutunun rəsmisi: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir VİDEO

Beynəlxalq Davamlı İnkişaf İnstitutunun rəsmisi: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir VİDEO

Qambiyanın regional qubernatoru: Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində böyük potensialı var

Milli koordinator: Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir VİDEO

Milli koordinator: Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir VİDEO

Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNİB VİDEO

 Bu saata olan əsas xəbərlər

Hindistan nümayəndəsi: Aztəminatlı ailələr üçün mənzil xərclərini azaltmaq olar

"Sabah" basketbol klubunun yeni baş məşqçisi məlum olub

Kanada rəsmisi: Ümumdünya Şəhərsalma Forumu mühüm platformadır

Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib VİDEO

Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib VİDEO

Say Samal: Kamboca ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur VİDEO

Say Samal: Kamboca ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur VİDEO

Kanadanın nazir müavini: Yeni Şəhərsalma Proqramı şəhər inkişafına yanaşmanı daha inklüziv edib

Türkiyənin bələdiyyə sədri: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq

Hindistanlı iştirakçı: Şəhərlərin tikilməsi və inşası ilə bağlı bütün ölkələr lazımi məlumatları öyrənməlidir VİDEO

Hindistanlı iştirakçı: Şəhərlərin tikilməsi və inşası ilə bağlı bütün ölkələr lazımi məlumatları öyrənməlidir VİDEO

İran rəsmisi: Gələcəkdə daha təhlükəsiz şəhərlərin qurulması üçün praktik və tətbiq oluna bilən həllərə ehtiyac var VİDEO

İran rəsmisi: Gələcəkdə daha təhlükəsiz şəhərlərin qurulması üçün praktik və tətbiq oluna bilən həllərə ehtiyac var VİDEO

Yağıntılı hava şəraiti gün ərzində davam edəcək – PROQNOZ

WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası başlayıb

Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var

BMT-nin koordinatoru: Azərbaycanın həyata keçirdiyi layihələr digər ölkələr üçün faydalı təcrübə ola bilər

Kriştof Şerski: Şəhərsalmada sosial vəhdət, iqtisadi şanslar və dayanıqlığın hər kəs üçün bərabər olmasına çalışmalıyıq VİDEO

Kriştof Şerski: Şəhərsalmada sosial vəhdət, iqtisadi şanslar və dayanıqlığın hər kəs üçün bərabər olmasına çalışmalıyıq VİDEO

Kambocanın Baş nazirinin müavini: Azərbaycan şəhərlərin inkişafı üçün ümumi prinsiplərin formalaşdırılmasına töhfə verəcək VİDEO

Kambocanın Baş nazirinin müavini: Azərbaycan şəhərlərin inkişafı üçün ümumi prinsiplərin formalaşdırılmasına töhfə verəcək VİDEO

Anar Quliyev: Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib VİDEO

Anar Quliyev: Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Nazir: Konqo 2026–2036-cı illər üzrə urbanizasiya planı hazırlayır

Məhəmməd Kulibali: Dayanıqlı şəhər inkişafının təmin olunması üçün “Yeni Şəhər Gündəliyi” adlı sənəddən istifadə olunur

Nyu-Yorkda Azərbaycan diasporunun da iştirakı ilə Türk Günü Yürüşü keçirilib

Çexiyalı nazir: Mənzil təminatı sosial həmrəyliyin və iqtisadi imkanların əsas elementidir

BMT-nin nümayəndəsi: 1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır VİDEO

BMT-nin nümayəndəsi: 1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır VİDEO

WUF13-də Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilir VİDEO

WUF13-də Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilir VİDEO

On üçüncü Malayziya Planı çərçivəsində bir milyon əlverişli mənzilin tikintisi hədəflənib

Anaklaudia Rossbax: Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətini tətbiq edib VİDEO

Anaklaudia Rossbax: Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətini tətbiq edib VİDEO

Anar Quliyev: Sessiya çərçivəsində Bakının Baş planına dair təqdimat da təşkil olunacaq

Malayziya naziri: Dayanıqlı şəhərsalma bizim üçün milli zərurətdir VİDEO

Malayziya naziri: Dayanıqlı şəhərsalma bizim üçün milli zərurətdir VİDEO

Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir VİDEO

Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir VİDEO

Qay Rayder: Yeni şəhərsalma gündəliyinin uğurlu icrası üçün növbəti onillik həlledici olacaq VİDEO

Qay Rayder: Yeni şəhərsalma gündəliyinin uğurlu icrası üçün növbəti onillik həlledici olacaq VİDEO

UN-Habitat-ın icraçı direktoru Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşünün təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib VİDEO

UN-Habitat-ın icraçı direktoru Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşünün təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib VİDEO

Anar Quliyev: Mənzil məsələsinə yalnız tikinti, inşaat deyil, həmçinin ətraflı şəhər siyasəti kimi baxılmalıdır

Milli koordinator: WUF13 çərçivəsində ilk dəfə nazirlərin iclası üçün ayrıca gün ayrılıb VİDEO

Milli koordinator: WUF13 çərçivəsində ilk dəfə nazirlərin iclası üçün ayrıca gün ayrılıb VİDEO

Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzurda innovativ investisiyalar dayanıqlı iqtisadi inkişafı sürətləndirəcək

BMT: WUF13 qlobal mənzil böhranı ilə bağlı mühüm həll yolları təklif edə bilər

Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacib olacaq

Anaklaudia Rossbax: UN-Habitat gündəliyin həyata keçirilməsində üzv dövlətləri və tərəfdaşları dəstəkləməyə hazırdır VİDEO

Anaklaudia Rossbax: UN-Habitat gündəliyin həyata keçirilməsində üzv dövlətləri və tərəfdaşları dəstəkləməyə hazırdır VİDEO