Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində şəhid olan əməkdaşı Ülvi Hacıyevin xatirəsi anılıb

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində şəhid olan əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş "Ən yüksək rütbəli gömrükçü" anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı günündə təşkil olunub.

Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Vətən müharibəsi şəhidinin şərəfli həyat yolu haqqında məlumat verilib. Bildirilib ki, Ülvi Hacıyev 2020-ci ilin iyul ayında Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatdan sonra könüllü olaraq orduya yazılıb. Müharibənin ilk günlərindən cəbhəyə yollanan Ülvi Hacıyev Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 19-da Şuşa şəhərinin 10 kilometrliyində baş verən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Anım mərasimində Milli Məclisin deputatı Rəşad Mahmudov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən danışıb. Qeyd olunub ki, şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına 30 ildir düşmən tapdağında olan torpaqlarımız azad olundu, dünyaya nəyə qadir olduğumuzu sübut etdik. O, şəhidlərimizin şərəfli həyat yolunun gələcək nəsillər tərəfindən davam etdiriləcəyini və azad edilən ərazilərimizin göz-bəbəyi kimi qorunub saxlanılacağını diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin əməkdaşları general-mayor Təmkin Xəlilov, Fərhad Babayev, Aydan Kərimova şəhid gömrük işçisi Ülvi Hacıyevin öz işini sevdiyini və nümunəvi işçi olduğunu qeyd ediblər. Bildirilib ki, hər kəsə nəsib olmayan şəhidlik məqamı bütün rütbə və zirvələrdən yüksəkdir. Müqəddəs amallar uğrunda həmin zirvəni fəth edənlərin ölmədiyi və əbədiyyət qazandığı diqqətə çatdırılıb. Çıxış edənlər dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlardan söhbət açıblar. Şəhidlərin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim yaşadılacağı, onların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə örnək olacağı qeyd edilib.

Sonra şəhidin atası Şirin Hacıyevə Dövlət Gömrük Komitəsinin 30 illiyi yubiley medalı təqdim edilib.

Xalq artisti Fidan Hacıyeva, Xalq şairi Vahid Əziz, şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova və başqaları çıxış edərək Azərbaycan Ordusunun 44 gün ərzində tarix yazdığını, alnımızdakı ləkənin şəhid və qazilərin canı, qanı bahasına təmizləndiyini vurğulayıblar. Çıxış edənlər 44 günün qəhrəmanlarının bir zamanlar yıxılan qürurumuzu dirçəltdiyini qeyd ediblər.

V.Əziz içərisində Ülvi Hacıyevə həsr olunan şeirin də yer aldığı kitabını şəhidin anası Həmidə Qurbanovaya təqdim edib.

Ülvi Hacıyevin döyüş yoluna dair videoçarx nümayiş olunub, silahdaşları onunla bağlı xatirələrini bölüşüblər.

Sonda şəhidin anası Həmidə Qurbanova çıxış edərək gömrük əməkdaşlarının peşə bayramlarını təbrik edib, tədbiri təşkil edənlərə minnətdarlığını bildirib. "Ülvi cəbhəyə könüllü getdi, şəhid olmaq isə öz arzusu idi. Oğlum öz arzusuna çatdı. Mən onunla həmişə fəxr etmişəm. Şəhadəti ilə duyduğum fəxarət və qürur hissini dəfələrlə artırdı. Elə bir oğulu itirmək nə qədər çətin olsa da, mən daim başımı dik tutacağam", - deyə H.Qurbanova bildirib.

Mərasimdə, həmçinin bədii hissə nümayiş etdirilib, mahnı və şeirlər səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib, rayon mərkəzi ilə əlaqə kəsilib

BŞTİ-də sertifikatlaşdırmanın nəticələri ilə bağlı 93 vətəndaş qəbul edilib

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNƏCƏK

Komitə sədri: Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir

Bakı Slavyan Universiteti Türk Universitetlər Birliyinin üzvü oldu

Fransada seçkilər: İfrat sağçılar öndədir

Nazirlər Kabinetinin şöbə müdiri: Tullantıların istehsalı ilə bağlı dayanıqlı həllərə olan ehtiyac artır

Mustafa Çətinkaya: Azərbaycan-Türkiyə dostluğu dövlət başçılarımızın siyasi iradəsi ilə daha da möhkəmlənir

“Culfa” tankerinin təmiri başa çatıb

Avro-2024: Türkiyə millisinin oyununda vərəqə rekordu, Ronaldo və Kvaratsxeliyadan tarixi göstərici

BMT narkomaniya və narkobizneslə mübarizəyə dair yeni hesabatını dərc edib

Fərid Hacıyev: Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək

“ASAN xidmət” BMT Forumunda xüsusi tədbir reallaşdırıb

Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı işə başlayıb

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Kukla Teatrının beynəlxalq əlaqələri genişlənir

İşğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması üçün infrastruktur qurulur

Azərbaycan millisinin üzvü Rumıniya klubuna keçib

Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə

İyunun 30-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Moskvada Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olunub

İdman səfiri Orxan Səfərov Sabirabad rayonunda uşaqlarla görüşüb

Forumun sonunda “Sıfır tullantı” Bakı təşəbbüsünün qəbul olunması nəzərdə tutulub

İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatıb

Bəxtiyar Əliyev: Ermənistan regionda sülhə təhdid yaratmamalıdır

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxır YENİLƏNİB VİDEO

“Sabah”ın kapitanı: Çempionlar Liqasında hədəfimiz müntəzəm mərhələyə yüksəlməkdir

Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu işə başlayıb

Gələn həftə MİQ üzrə müsabiqənin test imtahanları başlanır

Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür

Hərbi qulluqçular arasında voleybol üzrə birincilik keçirilib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib YENİLƏNƏCƏK

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb

Amerika Kuboku: Venesuela 1/4 finala vəsiqə qazanıb

Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb

Dünya birjalarında neft ucuzlaşıb

® “AccessBank” QSC tender elan edir

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi davam edir

FHN: İntensiv yağış səbəbindən 12 nəfər təxliyə edilib, avtomobildə qalan 4 nəfərə köməklik göstərilib VİDEO

Şəkidə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs saxlanılıb

DİN Bakıda törədilən qətllə bağlı sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirib

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Saatlıda narkokuryerlər saxlanılıb

Laçında yabanı halda bitən 1 tondan artıq çətənə bitkisi məhv edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilən sürət həddi bərpa edilib

® “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında anlaşma memorandumu imzalanıb

Gəncədə narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb VİDEO

Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb

“Reuters”: Ukrayna Avropa yolundan kənar çıxarsa, Aİ-nin yardımını itirəcək

Boliviyada hərbi çevrilişə cəhd olub

Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-4

Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb VİDEO

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Varşavada qeyd olunub

Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb

Azərbaycan gəncləri UNEP-in rəhbəri ilə müzakirələr aparıb

Nazir müavini: Azərbaycan Ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir

Şəkidə güclü külək əsib, infrastruktura ciddi ziyan dəyib

“By Youth For Youth” Beynəlxalq Forumu öz işini yekunlaşdırıb

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib VİDEO