Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan onlayn iclası keçirilib

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 7-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Kollegiya iclasını açan DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin qurduğu uğurlu strategiya nəticəsində ölkədə ictimai-siyasi sabitlik mövcuddur, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mühiti qorunub saxlanılır və mütərəqqi tarixi ənənələr daha da inkişaf etdirilir. Hazırda dünyanın üzləşdiyi koronavirus pandemiyasının qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, yoluxucu xəstəliklə bağlı vəziyyət nəzarət altında saxlanılır. Ötən gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə dövlət başçısının qeyd etdiyi kimi həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sağlamlığı, maddi və mənəvi cəhətdən dəstəklənməsi dayanır. Pandemiyanın ölkəmizin iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər görüldüyü kimi, dövlətimiz dini sahəyə də diqqət və qayğısını əsirgəmir. Komitə sədri vurğulayıb ki, pandemiya dövründə dini qurumlara dövlət qayğısı və dəstəyi davam etdirilib, 2020-ci il iyunun 2-də Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb. Həmçinin hər zaman olduğu kimi, pandemiya dövründə də dövlətimiz dini ibadət ocaqlarının, ziyarətgahların təmir və bərpa olunması istiqamətində fəaliyyətini dayandırmayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda olarkən Pirsaat Baba ziyarətgahının yenidən qurulması və Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar. Bütün bunlar dövlətimizin dinimizə və mənəvi dəyərlərimizə olan həssas münasibətinin göstəricisidir.

Komitə sədri vurğulayıb ki, bu həssas dönəmdə Dövlət Komitəsinin, tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulub, Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ianə ediblər.

Komitə tərəfindən həyata keçirilən yerli və beynəlxalq tədbirlərə toxunan Mübariz Qurbanlı qeyd edib ki, cari ilin müvafiq dövrü ərzində Dövlət Komitəsi tərəfindən ayrıca və digər qurumlarla birgə ümumilikdə 50-yə yaxın tədbir həyata keçirilib. Mart ayının ikinci yarısından hesabat dövrünün sonunadək olan müddətdə sosial izolyasiya ilə bağlı tələblərdən irəli gələrək vətəndaşlarla canlı ünsiyyət formatında keçirilməsi planlaşdırılmış dini maarifləndirmə xarakterli bir sıra tədbirlər onlayn formatda davam etdirilib. Azərbaycan İlahiyyat İnstitutu və Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin birgə təşkilatçılığı ilə “Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli”, Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfranslar baş tutub. Mübariz Qurbanlı diqqətə çatdırıb ki, mövcud şəraitin tələblərindən irəli gələrək pandemiyaya qarşı mübarizəyə dəstək məqsədilə Dövlət Komitəsinin Mərkəzi Aparatının və bölgə şöbələrinin əməkdaşları sosial şəbəkələr vasitəsilə maarifləndirmə işləri aparıb, Azərbaycan dövlətinin pandemiya ilə bağlı həyata keçirdiyi siyasəti təbliğ edilib. Dövlət Komitəsi tərəfindən müxtəlif dini konfessiyaların nümayəndələrinə, din xadimlərinə koronavirusa qarşı mübarizədə cəmiyyətdə həmrəylik nümayiş etdirmələri üçün internet resursları, sosial şəbəkələr, yaxud televiziyalara canlı yayım vasitəsilə qoşulmaqla maarifləndirmə işlərini aparmaları tövsiyə edilib. Bundan başqa, Dövlət Komitəsi səlahiyyətləri çərçivəsində ölkənin bütün bölgələrində karantin qaydalarının tələblərinə riayət olunması istiqamətində zəruri tədbirlər görüb və pozuntu halları aşkarlandığı anda dərhal qarşısı alınıb.

Çıxışında iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatdan danışan Komitə sədri yüksək şərəf və ləyaqətlə Vətənimiz uğrunda şəhid olan qəhrəman oğullarımızla bütün Azərbaycanın fəxr etdiyini qeyd edib. Azərbaycan Ordusunun hərbi qüdrəti, qətiyyəti və cəsarəti sayəsində Ermənistanın məkrli və çirkli təxribatının qarşısının qətiyyətlə alındığını bildirən M.Qurbanlı ölkəmizin növbəti dəfə həm hərbi, həm də diplomatik cəhətdən uğurunu nümayiş etdirdiyini deyib. Hərbi vətənpərvərlik, Vətən sevgisi, şəhidlik məqamı ilə bağlı maarifləndirmə işinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayan DQİDK sədri ilin əvvəlindən Silahlı Qüvvələrin şəxsi heyətinin maarifləndirilməsi istiqamətində Müdafiə Nazirliyi ilə birgə keçirilən tədbirlərin hazırda davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, hesabat dövründə məlumat bankının yenilənməsi və məlumatların dəqiqləşdirilməsi prosesi və statistikaların müəyyənləşdirilməsi həyata keçirilib. Son hesablamalara görə, ölkə ərazisində 2253 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə vardır ki, onların 115-də Ramazan ayında və dəfn mərasimlərində ayin icra olunur. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur.

Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 942 dini qurum fəaliyyət göstərir. Onlardan 907-si İslam, 35-i qeyri-islam təmayüllü (24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru) dini qurumlardır.

Bildirilib ki, ötən müddətdə koronavirus pandemiyası ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ölkəmizdəki bütün dini konfessiyaların rəhbərlərinin iştirakı ilə toplantı keçirilib, dini icmalara və dindarlara karantinin tələblərinə əməl olunması, kütləvi şəkildə toplaşmamaları, dini ayinlərini evlərində yerinə yetirmələri ilə bağlı tövsiyələr və çağırışlar edilib. Daxil olan məlumatlara və monitorinqlərin nəticəsinə görə, karantin dövründə ölkədəki ibadətxanalarda kütləvi tədbirlərin keçirilməsi halları qeydə alınmayıb. Hazırda məscidlərdə azan verilir, bəzi müsəlman və xristian din xadimləri tərəfindən onlayn moizələr oxunur. Müsəlman icmaları Ramazan ayı, xristian icmaları Pasxa, yəhudi icmaları Pesaxla bağlı tədbirlərini sosial şəbəkələr vasitəsilə həyata keçiriblər. Müsəlman icmalarla yanaşı, qeyri-müsəlman icmalar da xüsusilə pandemiya dövründə qaydalara əməl etməklə, cəmiyyətimizin maariflənməsində fəal iştirak edir, koronavirusla mübarizədə həmrəylik nümayiş etdirirlər.

Hesabat dövründə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən şöbə müdiri vurğulayıb ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1732 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 73 adda dini ədəbiyyata baxılaraq, onlardan 1-nin çapı məqsədəuyğun sayılmayıb. Həmçinin 176 adda (253 321 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən Dövlət Komitəsinə göndərilmiş 115 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallardan 26-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən olunub. Eyni zamanda, ötən dövr ərzində 3 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.

Hesabat dövründə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etməklə ikinci dəfə “Könüllü fəaliyyət” layihəsinin, o cümlədən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nına əsasən, Dövlət Komitəsi yanında İctimai Şuranın yenidən formalaşdırılması prosesinin icrasına başlayıb.

Sonra çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov hesabat dövründə görülən işlər barədə məlumat verərək qeyd edib ki, pandemiya ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində ölkə üzrə tədris və təlim-tərbiyə prosesi mart ayından etibarən dayandırılıb. Mart ayının əvvəlinə kimi tədris ənənəvi üsulla, mart ayının sonlarından etibarən təlim-tərbiyə prosesi onlayn şəkildə davam etdirilib. Yaz semestrinin yay imtahan sessiyası yeni qaydalara uyğun olaraq onlayn formada, əsasən şifahi şəkildə keçirilib. Avqust ayının əvvəlindən 2019-2020-ci tədris ilinin ikinci semestrində dərslərdə iştirak edə bilməyən tələbələr üçün “Microsoft Teams” platforması vasitəsilə onlayn dərslər başlayıb. A.Şirinov, həmçinin İnstitutda ilk dəfə olaraq doktoranturaya qəbul imtahanının keçirildiyini və Dinşünaslıq və Dinin tarixi və fəlsəfəsi proqramları üzrə 2 nəfər doktorantın qəbul olunduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu məzunlarının diplomları Türkiyə Respublikası Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu - YÖK) tərəfindən tanınmış və bu da öz növbəsində, tələbələrə Türkiyədə magistratura və doktorantura pillələri üzrə təhsil alma imkanını yaradır.

Həmçinin hesabat dövrü ərzində tədris prosesinin tələbinə əsasən dərslik və fənn proqramlarının hazırlığı sahəsində işlər davam etdirilib. Belə ki, 1 dərslik, 1 kitab (həmmüəllif) çap olunub, 1-i çapda, 10-u nəşrə hazır, 7-si üzərində iş gedir. Həmçinin Türkiyənin İstanbul şəhərində təqdimatı keçirilmiş, Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyə türkçəsinə transliterasiyası İnstitutun İslamşünaslıq kafedrasının müdiri tərəfindən həyata keçirilib.

Daha sonra Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 2020-ci ilin yanvar-iyun ayları ərzində fəaliyyətinə dair hesabatla Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edib. O bildirib ki, hesabat dövrü ərzində 984 nəfər din xadiminə Fond tərəfindən aylıq maddi dəstək göstərilib. Maddi dəstək göstərilən din xadimlərindən 212 nəfəri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsaitin 22 qeyri-islam dini icmaların hesabına köçürülməsi prosesi yekunlaşmaq üzrədir. Ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimində Fond tərəfindən aprel ayında 161 şəhid ailəsi və aztəminatlı ailələrə ərzaq yardımı təşkil edilib. Həmçinin iki Qarabağ qazisinə hər birinə 1000 manat olmaqla maddi yardım göstərilib. Bununla yanaşı, infeksiya ilə birbaşa mübarizə aparan 60-dan çox tibb işçisinə Fondun hədiyyələri təqdim edilib. Fondun əməkdaşları və maddi dəstək göstərdiyi din xadimləri tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 40784 (qırx min yeddi yüz səksən dörd manat) vəsait köçürülüb. Ramazan bayramı münasibətilə may ayında ölkə üzrə ümumilikdə 166 şəhid ailəsinin üzvləri və müharibə əlillərinə bayram sovqatı (ərzaq) paylanılıb, Qurban bayramı münasibətilə Fond tərəfindən 16 şəhər və rayonda 32 böyük baş heyvan kəsilərək 2000-ə yaxın şəhid və aztəminatlı ailələrə verilib. M.İsmayılov həmçinin qeyd edib ki, Qurban bayramı ərəfəsində ölkəmizdə məzhəblərarası qardaşlığın möhkəmlənməsi, dini tolerantlığın qorunub saxlanılmasında fəal rol oynayan 10 din xadimi Fond tərəfindən mükafatlandırılıb. Hesabat dövründə Fondun dəstəyi ilə həyata keçirilən “Qarabağ üçün oxu 3” layihəsinin də təqdimatı keçirilib. İyul ayının əvvəlində gənclər arasında tarixi abidələrimizin təbliğı məqsədilə "Tarixin şahidləri" müsabiqəsinə start verilib. İlin ikinci yarısında da pandemiya səbəbilə Fond maarifləndirmə sahəsində görəcəyi işləri daha çox audio, video, çap və internet vasitəsilə həyata keçirəcəkdir. Önümüzdəki aylarda tariximiz, ənənələrimiz, dəyərlərimiz, vətənpərvərlik və s. mövzularla əlaqəli video-çarxların hazırlanması və yayılması nəzərdə tutulub. Həmçinin bu mövzularla bağlı müxtəlif kitab və kitabçaların nəşri də əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Sumqayıt bölgəsi üzrə şöbənin müdiri Yalçın Abdullayev, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov bölgələr üzrə mövcud dini durum haqqında məlumat verərək Dövlət Komitəsinin bölgə şöbələri tərəfindən dini icma üzvləri və din xadimlərinin iştirakı ilə onlayn formatda keçirilən tədbirlər, maarifləndirmə işləri barədə danışıblar. Bildirilib ki, tədbirlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda bütün dini ibadətgahlarda dini ayinlərin icrasının dayandırılması və yas mərasimlərinə qoyulan qadağalar barədə dini maarifləndirmə işlərinin aparılmasından bəhs edilib, QMİ-nin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyi vurğulanıb.

Sonda Dövlət Komitəsinin 2020-ci ilin ikinci yarısı üçün fəaliyyət planı, gələcək hədəflər, problem və perspektivlər geniş müzakirə edilib, kollegiyanın gündəliyində olan məsələlər və İş Planı ilə bağlı qərarlar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir