İQTİSADİYYAT
“Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə riayət olunmalıdır
Bakı, 12 sentyabr (AZƏRTAC). Son günlər Azərbaycanda fəaliyyət göstərən saytlara kiberhücumlar təşkil olunmuşdur. Bu hadisələr davam edir və təkrarlanır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə demişdir.
E.Vəlizadə bildirmişdir ki, bütün bunlardan müvafiq orqanlar və informasiya resurslarının sahibləri nəticə çıxarmalıdırlar. Resursun yaradılması zamanı onun texniki parametrlərini formalaşdırmaq, davamlılığını yoxlamaq lazımdır.
Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"in təsdiq olunduğunu deyən nazir müavini bildirmişdir ki, bu, əslində cəmiyyətə bir çağırışdır. Həm özəl qurumlar, həm də ictimai təşkilatlar saytlarını yaradarkən həmin tələblərə riayət etməlidirlər.