Dövlət Xidmətində dərman idxalçıları ilə görüş keçirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində dərman vasitələrinin idxalını, topdan və pərakəndə satışını həyata keçirən əsas bazar iştirakçıları ilə görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə dərman vasitələrinin üzərində Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş qiymətlərin qanunvericiliklə müəyyən olunmuş qaydada göstərilməsinin və satışın tənzimlənmiş qiymətlərə uyğun aparılmasının vacibliyi vurğulanıb. Apteklərdə satılan dərman vasitəsi olmayan digər məhsulların da satışında qiymət intizamına əməl edilməsi, malların dəyişdirilməsi və qaytarılması ilə bağlı qanunvericiliyin tələbləri müzakirə edilib.
Görüş iştirakçıları istehlak bazarına nəzarət və istehlakçı hüquqları, eyni zamanda, Dövlət Xidmətinin dərman vasitələri haqqında qanunvericilik sahəsində səlahiyyətləri ilə bağlı məlumatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]