Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Dünya alimləri AzMİU-da – “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə həsr olunan beynəlxalq konfrans keçirilir

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), İstanbul Texniki Universiteti (İTU), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) birgə təşkilatçılığı ilə “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə (MPMMA 2024) həsr olunan beynəlxalq konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək beynəlxalq konfransın əsas məqsədi elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək dəqiq elmlər sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsi olub.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova beynəlxalq konfransın əhəmiyyətinə toxunub, fundamental elmlərə dair tədqiqatların AzMİU-da prioritet istiqamətlərdən olduğunu qeyd edib. Rektor bildirib ki, konfransa Azərbaycan və dünya alimləri tərəfindən böyük maraq var və bu platforma qlobal səviyyədə riyaziyyat, mexanika və tətbiqləri istiqamətində mövcud problemlərin aradan qaldırılması üçün mühüm əhəmiyyətə malikdir.

Professor Gülçöhrə Məmmədova, eyni zamanda, konfransın AzMİU, RMİ və İTU arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu və AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilmək hədəfinə sürətlə yaxınlaşdığını deyib.

Rektor qeyd edib ki, son 20 ildə universitet ciddi inkişaf yolu keçib. Hazırda AzMİU-da 11 mindən çox tələbə təhsil alır, burada təcrübəli professor-dosent heyəti ilə yanaşı, çox sayda gənc mütəxəssislərdən ibarət yüksək səviyyəli kadrlar çalışır. Son dövrlər universitetdə həm mütəxəssis hazırlığı, həm də idarəetmə strukturlarının müasir tələblərə uyğun yeniləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Bakalavriat və magistratura səviyyələrində bütün ixtisas və ixtisaslaşmaların hazırlıq proqramları modernləşdirilib, beynəlxalq əlaqələrin genişləndirilməsi və effektiv istifadəsi təhsilin metodikasına bir çox yeniliklər gətirib. Bunların nəticəsi olaraq mütəxəssis hazırlığının keyfiyyəti yüksəlib, universitetin məzunları əmək bazarında yüksək qiymətləndirilərək öz ixtisasları üzrə yaxşı işlərlə təmin olunub.

AzMİU rəhbəri universitetin Ali riyaziyyat kafedrasının fəaliyyətinə də toxunub. Kafedranın elmi fəaliyyət və elmmetrik göstəriciləri ilə digər kafedralardan fərqləndiyini deyib. Bu konfransın baş tutmasının universitetin riyaziyyat və mexanika sahəsində elmi fəaliyyətinin ilk göstərcisi olduğunu bildirib.

Rektor çıxışı zamanı konfransın nəticələrinin beynəlxalq indeksli jurnallara təqdim olunmasında göstərdiyi dəstəyə görə Humboldt mükafatı alan ilk azərbaycanlı, hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində çalışan professor Məsud Əfəndiyevə minnətdarlığını bildirib və alimlərimizin qlobal arenadakı uğurlarının elmimiz üçün böyük motivasiya mənbəyi olduğunu qeyd edib.

Son illər beynəlxalq konfranslara AzMİU tərəfindən xüsusi diqqətlə yanaşıldığı və impakt faktorlu jurnallarda alimlərin məqalələrinin dərc edilməsində müsbət dinamika yaşandığını diqqətə çatdıran Gülçöhrə Məmmədova bu məqsədlə beynəlxalq konfranslarda iştirak edilməsinin AzMİU üçün prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Çıxışının sonunda həmtəşkilatçılara təşəkkür edən rektor dünya alimləri ilə birgə diskussiyaların aparılmasının elmin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, konfransın işinə uğurlar arzulayıb.

RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov dünyanın tanınmış alimlərini bir araya toplayan konfransın mövzusuna diqqət çəkib. Professor riyaziyyat və mexanikanın tətbiqlərinin bütün sahələrə nüfuz etdiyini söyləyərək adıçəkilən dəqiq elmlərin önəminə toxunub. O, bu gün ayrı-ayrı ölkələrdə çalışan alimlərin birgə elmi işlər aparmasına böyük qiymət verildiyini deyərək beynəlxalq konfransın həmin alimləri bir araya toplamaq, dəqiq elmlər sahəsində mövcud elmi və praktiki problemlərin həll yollarını axtarmaq baxımından əhəmiyyətli olacağını söyləyib.

Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransda İTU-nun Şimali Kipr filialının rektoru professor Murat Sarı da çıxış edib. O, dəqiq elmlərin ölkədə inkişaf etdirilməsinin və dünya təcrübəsindən yararlanmağın önəmini qeyd edib.

Plenar iclaslarda professor Məsud Əfəndiyev, mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev, uzun müddət Avropa Riyaziyyatçılar Cəmiyyətinin sədri olan Pavel Eksner və digər alimlərin məruzələri dinlənilib.

Daha sonra konfrans işini plenar sessiya və seksiyalarla davam etdirib.

Qeyd edək ki, konfransa dünyanın qabaqcıl 21 ölkəsindən, o cümlədən Türkiyə, Böyük Britaniya, İtaliya, Çin, Hindistan, Rusiya, Qazaxıstan və Ukraynadan nüfuzlu alimlərin ən son elmi nailiyyətlərinə dair 100-dən çox elmi məqalə təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

May ayında kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 6259 milyon manat olub

Rüstəm Qasımov: Milli Məclisin seçkiləri daha əvvəl keçirmək barədə qərarı əsaslıdır

Mikayıl Cabbarov: Startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Rövşən Nəcəf: Sartap ekosistemində insan kapitalı çox önəmlidir

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib, rayon mərkəzi ilə əlaqə kəsilib

BŞTİ-də sertifikatlaşdırmanın nəticələri ilə bağlı 93 vətəndaş qəbul edilib

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNƏCƏK

Komitə sədri: Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir

Bakı Slavyan Universiteti Türk Universitetlər Birliyinin üzvü oldu

Fransada seçkilər: İfrat sağçılar öndədir

Nazirlər Kabinetinin şöbə müdiri: Tullantıların istehsalı ilə bağlı dayanıqlı həllərə olan ehtiyac artır

Mustafa Çətinkaya: Azərbaycan-Türkiyə dostluğu dövlət başçılarımızın siyasi iradəsi ilə daha da möhkəmlənir

“Culfa” tankerinin təmiri başa çatıb

Avro-2024: Türkiyə millisinin oyununda vərəqə rekordu, Ronaldo və Kvaratsxeliyadan tarixi göstərici

BMT narkomaniya və narkobizneslə mübarizəyə dair yeni hesabatını dərc edib

Fərid Hacıyev: Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək

“ASAN xidmət” BMT Forumunda xüsusi tədbir reallaşdırıb

Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı işə başlayıb

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Kukla Teatrının beynəlxalq əlaqələri genişlənir

İşğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması üçün infrastruktur qurulur

Azərbaycan millisinin üzvü Rumıniya klubuna keçib

Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə

İyunun 30-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Moskvada Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub

İdman səfiri Orxan Səfərov Sabirabad rayonunda uşaqlarla görüşüb

Forumun sonunda “Sıfır tullantı” Bakı təşəbbüsünün qəbul olunması nəzərdə tutulub

İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatıb

Bəxtiyar Əliyev: Ermənistan regionda sülhə təhdid yaratmamalıdır

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxır YENİLƏNİB VİDEO

“Sabah”ın kapitanı: Çempionlar Liqasında hədəfimiz müntəzəm mərhələyə yüksəlməkdir

Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu işə başlayıb

Gələn həftə MİQ üzrə müsabiqənin test imtahanları başlanır

Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür

Hərbi qulluqçular arasında voleybol üzrə birincilik keçirilib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib YENİLƏNƏCƏK

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb

Amerika Kuboku: Venesuela 1/4 finala vəsiqə qazanıb

Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb

Dünya birjalarında neft ucuzlaşıb

® “AccessBank” QSC tender elan edir

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi davam edir

FHN: İntensiv yağış səbəbindən 12 nəfər təxliyə edilib, avtomobildə qalan 4 nəfərə köməklik göstərilib VİDEO

Şəkidə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs saxlanılıb

DİN Bakıda törədilən qətllə bağlı sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirib

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Saatlıda narkokuryerlər saxlanılıb

Laçında yabanı halda bitən 1 tondan artıq çətənə bitkisi məhv edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilən sürət həddi bərpa edilib

® “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında anlaşma memorandumu imzalanıb

Gəncədə narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb VİDEO

Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb

“Reuters”: Ukrayna Avropa yolundan kənar çıxarsa, Aİ-nin yardımını itirəcək

Boliviyada hərbi çevrilişə cəhd olub

Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-4

Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb VİDEO

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Varşavada qeyd olunub

Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb