Əlcəzairdə təyyarə qəzası nəticəsində 100-dən çox insan həlak olub
Bakı, 11 aprel, AZƏRTAC
Əlcəzairdə hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində azı 105 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, En-Nahar telekanalının yaydığı məlumata görə, “İl-76” təyyarəsi yerli vaxtla saat 8 radələrində (Bakı vaxtı ilə 11.00), havaya qalxdıqdan bir neçə dəqiqə sonra Blida vilayətində qəzaya uğrayıb. Kənd təsərrüfatı tarlasına düşən təyyarə yanıb.
Al-Arabia telekanalı Əlcəzairin hərbi mənbələrinə istinadla məlumat verir ki, təyyarədə 200 nəfərədək insan olub. Onların əksəriyyəti hərbçilərdir. Qəzadan sağ qurtaranların olmadığı bildirilir. Əlcəzair mülki müdafiə xidmətinin xüsusi dəstələri hadisə yerinə göndərilib.
Ölkənin hakimiyyət orqanları hələlik qəza ilə bağlı rəsmi məlumat verməyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]