Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlifbamızın keçdiyi yol

Əlifbamızın keçdiyi yol

Bakı, 1 avqust, AZƏRTAC 

Əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılıb. Bununla belə, tarixdə Azərbaycanın mədəni inkişafına, tərəqqisinə, eləcə də ədəbi dilin inkişafına maneçilik törədən əlifbalar da olub. Məhz bu baxımdan haqlı olaraq, Azərbaycanın tərəqqipərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbaların (əsasən ərəb əlifbası) islah edilməsi və ya digər daha mükəmməl yazı sistemi ilə əvəz olunması uğrunda illərlə və müntəzəm mübarizə aparıblar. Tarixi sənədlərdən də məlum olduğu kimi, bütün türk dünyasında, eləcə də Azərbaycanda bu işi başladan və əlifbanın dəyişdirilməsi ilə bağlı ilk təşəbbüs göstərən Mirzə Fətəli Axundzadə olub.

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun AZƏRTAC-a təqdim etdiyi “Əlifbamızın keçdiyi yol” məqaləsində əks olunub.

Məqalədə bildirilir ki, M.F.Axundzadənin ərəb əlifbasının islahatı haqqında düşündüyünü onun 1854-cü ildə yazdığı bəzi məktublarında görmək olar. Bu yolda planlı, sistemli fəaliyyətə isə o, 1857-ci ildən başlayıb. M.F.Axundzadə tərcümeyi-halında yazırdı: “1857-ci il miladidə islam əlifbasını dəyişdirmək üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyişdirməyin vacib məsələ olduğunu həmin kitabçada göstərdim”.

Maarifpərvər M.F.Axundzadə kiril və ərəb əlifbaları ilə paralel şəkildə işlədiyinə görə ərəb əlifbasının qüsurunu görür və XIX əsr Şərqindəki, daha doğrusu, Azərbaycandakı elmi geriliyi və savadsızlığı bununla əlaqələndirirdi.

M.F.Axundzadəyə görə, ərəb əlifbasının nöqsanları aşağıdakılardan ibarət idi:

- Hər bir danışıq səsi üçün xüsusi əlamət tələb olunduğu halda, ərəb dilindəki səslərin hamısının ifadəsi üçün lazım olan hərflər bu əlifbada çatışmır.

- Bir çox sait səslər samitlərin yanında yazılmır və bunun nəticəsində oxucu sözü müəyyənləşdirməkdə çətinlik çəkir və bu da əlavə vaxt itkisinə səbəb olur.

- Bəzi hərflər eyni şəkildə yazılır və bir-birindən yalnız nöqtələrlə fərqlənir: nöqtə düşdükdə hərflərin fərqləndirilməsi oxucunun ehtimalına verilir, bunun nəticəsində mütaliə zamanı qarışıqlıq və çətinlik yaranır.

- Bu əlifba ilə hər hərf sözün başında, ortasında, axırında və təklikdə ayrı-ayrı şəkillərdə yazılır, hərf yerinə görə də dəyişir ki, bu da yazıb-oxumaq işini çətinləşdirir.

Məhz bu şərtlər daxilində M.F.Axundzadə ərəb əlifbasının islahı yolunda 10 ildən çox ciddi mübarizə aparıb.

Uzunmüddətli səylərinə baxmayaraq, M.F.Axundzadə nəinki əlifbanın dəyişdirilməsinə, hətta onun islah olunmasına da nail ola bilmədi.

Azərbaycanda ərəb əlifbası yerinə latın əlifbası əsasında yeni bir sistemin qəbul edilməsinə dair Mirzə Kazımbəyin də fikirləri mövcuddur. O, 1870-ci illərdə M.F.Axundzadənin əlifba islahatı fəaliyyətini dəstəkləyənlərin önündə gedənlərdəndir.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı. Bu sahədə ilk addım müvafiq hüquqi bazanın yaradılması oldu. 1918-ci il iyunun 27-də milli hökumətin qərarı ilə yeni və ən yeni dövrdə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verildi və dövlət orqanlarında kargüzarlığın bu dildə aparılmasına başlanıldı. 1918-ci il avqustun 28-də Azərbaycan dilində savadlı milli kadrlar hazırlanması məqsədilə ölkədəki təhsil müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olundu. Azərbaycan dilində fəaliyyət göstərən ali təhsil müəssisələrinin yaradılması və Azərbaycan əlifbasının islahatı üçün ilk addımların atılması da 1918-1920-ci illər müstəqillik dövrünün əsas nailiyyətlərindəndir.

Bu baxımdan həmin dövrü son 200 ildə Azərbaycan dilinin funksional inkişafında dönüş nöqtəsi hesab etmək olar. Belə ki, XX əsrin sonrakı onilliklərində bu sahədə baş verən proseslər 1918-1920-ci illərdə əsası qoyulmuş tendensiyaların xeyli dərəcədə inkişafı və dərinləşməsinin təzahürü idi.

Məhz sonrakı proseslərdə bütün türk dünyasında başlanan milli ədəbi dil, əlifba kimi məsələlərin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Tədqiqatımızın bu hissəsində Cümhuriyyətin 23 aylıq hakimiyyəti dövründə qəbul olunmuş qərarlar haqqında geniş şəkildə danışmaq istəyirik. Azərbaycan Xalq Cümhuriyyətinin dillə bağlı ilk qərarı 1918-ci il iyunun 21-də “Azərbaycan Respublikası Nazirlər Şurasının bəyannaməsinin dərc olunması haqqında” qəbul etdiyi qərardır. Sənəddə qeyd olunurdu ki, hökumətin deklarasiyasının (bəyannaməsinin) türk və rus dillərində dərci qərara alınsın. Əlbəttə, qərarın adından da göründüyü kimi, Cümhuriyyət hökumətinin bütün bəyannamələri türk və rus dillərində dərc olunmalı idi. Rus dilinin həmin dövr üçün işlək olması məlum idi, ancaq həmin dövrdə türk dilində də bəyannamələrin dərc olunması cəmiyyətdə çox yüksək səviyyədə qiymətləndirilməklə Cümhuriyyətin Azərbaycan türk dilinə verdiyi dəyəri göstərirdi.

Yeni yaranmış Cümhuriyyətin cəmi bir ay sonra - 1918-ci il iyunun 27-də dövlət dilini qəbul etməsi son dərəcə mühüm addım idi. “Dövlət lisanı türkcə qəbul edilərək müvəqqəti hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında" Nazirlər Şurasının qərarında deyilirdi: “Dövlət lisani-türk dili qəbul edilərək içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin”.

Cümhuriyyətin dillə bağlı qeyd olunan qərarı mövcud vəziyyət nəzərə alınaraq verilmişdi. Belə ki, həmin qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrdə çalışanlar dövlət dilini lazımi səviyyədə öyrənənədək hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə (müsaidə) verilirdi.

Dövlət dilini Azərbaycan (türk) dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklarativ bir sənəd deyildi; qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı olaraq parlamentin iclaslarında müzakirə olunur, Azərbaycan (türk) dilini bilməyənlərin bu dili öyrənməsi üçün kurslar təşkil edilirdi. Bundan başqa, Cümhuriyyət hökuməti həmin məqsədlə dövlət büdcəsindən 351 min manat vəsait də ayırmışdı. Bu qərardan sonra Cümhuriyyətin Daxili İşlər naziri Behbud xan Cavanşir “Azərbaycan” qəzetinə müsahibəsində dövlətin dil siyasətinin əsaslarını bu cür şərh etmişdi: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.

Qeyd etdiyimiz kimi, Cümhuriyyət hökuməti qısa zaman kəsiyində dil, tədris və təhsillə bağlı bir çox qərarlar qəbul etmişdi. Azərbaycanda XIX əsrin sonlarında M.F.Axundzadə ilə başlayan ərəb əlifbasının islah edilməsi, yeni əlifbanın (latın) qəbulu kimi məsələlər XX əsrin əvvəllərində də aktuallığını saxlamaqda idi. Ərəb əlifbasının islah edilməsi və latın əlifbasına keçid məsələləri Cümhuriyyət dövründə də çox qızğın şəkildə müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal Fərhad Ağazadə olub. O, həmin dövr mətbuat səhifələrində tez-tez əlifba ilə bağlı məqalələrlə çıxış edir, müxtəlif müəlliflər tərəfindən təklif olunan əlifba layihələri haqqında məlumatlar verir, əlifba məsələsini mətbuatın diqqət mərkəzində saxlayırdı. Artıq əlifba məsələsinin kifayət qədər müzakirə obyektinə çevrildiyini görən hökumət məsələyə müdaxilə edir və 1919-cu il martın 21-də öz nümayəndəsi Xudadat bəy Məlikaslanovun məruzəsi dinlənilir. Nəticədə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının “Ərəb əlifbası islahatı üzrə komissiyanın yaradılması haqqında” 427 nömrəli qərarı qəbul edilir. Qərarda Xudadat bəy Məlikaslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması Xalq Maarifi nazirinə həvalə edilir və bu qərara uyğun olaraq Xalq Maarifi naziri yanında xüsusi komissiya yaradılır.

Fərhad Ağazadə bu komissiyanın üzvü olsa da, o vaxt müəyyən səbəblərdən (böyük ehtimalla xəstəliyinə görə) komissiyanın iclaslarında iştirak edə bilmir. Buna baxmayaraq, fikirlərini “Azərbaycan” qəzetinin 276, 278, 281, 294, 296 və 302-ci nömrələrində çap etdirdiyi “Əlifba tarixində türklərin vəziyyəti” və “Dilimizin türkləşməyinə çarələr” adlı silsilə məqalələrində bildirir. O, bu yazılarında ərəb əlifbasının faydasızlığını sübut edir və inkişafa nail olmaq üçün latın əlifbasına keçidin yeganə düzgün yol olduğunu ciddi dəlillərlə əsaslandırır.

Hökumət tərəfindən yaradılan komissiyada 3 layihəyə baxılır. Bunlardan biri Abdulla bəy Əfəndizadənin, digəri Məhəmməd ağa Şahtaxtlının, biri də Abdulla Tağızadə ilə Mir Əbdüləziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi.

Uzun müddət davam edəm müzakirələrdən sonra Abdulla bəy Əfəndizadənin layihəsi qəbul edilir və onun “Son türk əlifbası” adı ilə çapına icazə verilir. Layihənin ölkə miqyasında tətbiq edilməsi üçün parlamentə müraciət edilir. Lakin bu məsələnin parlamentdə müzakirəsinə imkan olmur və 1920-ci il aprelin 28-də Azərbaycanda hakimiyyət çevrilişi baş verir və layihə tətbiq olunmur.

Beləliklə, “Son türk əlifbası” tətbiq olunmamış qalır. Bu haqda Fərhad Ağazadə yazır: “Abdulla bəyin əsəri olan “Son türk əlifbası” həm ərəb, həm də latın hərfləri ilə çap edilib ortalığa çıxmışdı isə də, aprel döndərişi səbəbilə məktəbə, məişətə tətbiq edilməyib, boş-boşuna əllərdə qalmışdı”. Təbii ki, bundan sonra müəyyən müddət əlifba məsələsi arxa plana keçir və məsələnin müzakirəsi müvəqqəti olaraq unudulur.

Cümhuriyyət dövründə dil, əlifba, tədrislə bağlı qəbul olunan qərarlar həmin dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Cümhuriyyətin 23 ay öz mövcudluğunu qoruyub saxlaya bilməsinə baxmayaraq, bunun müqabilində həmin dövrdə qəbul olunan qərarlar sonrakı dövrdə dil və təhsillə bağlı bir çox məsələlərdə öz aktuallığını qoruyub saxladı. Bundan başqa, dillə bağlı başladılan dil siyasəti Cümhuriyyət süqut etdikdən sonra da davam etdi.

Bundan sonra əlifba məsələsində daha praktik addımlar atılır. 1921-ci ilin dekabr ayından başlayaraq Nəriman Nərimanovun təşəbbüsü ilə dil və əlifba məsələlərinə həsr edilmiş müzakirələr keçirilir. Bu müzakirələr zamanı iki cərəyan yaranır: “latınçılar” və “ərəbistlər”. “Latınçılar” komissiyasının ümumi tərkibi 8 nəfərdən ibarət idi: F.Ağazadə (sədr), X.M.Aslanov, A.Tağızadə, M.Ə.Əfəndizadə, H.Şahtaxtlı, A.Əmirov, Ə.Pepinov və H.İsrafilbəyov. “Latınçılar” komissiyasına F.Ağazadənin sədr seçilməsi onun əlifba məsələsində latınçılar arasında böyük hörmət və söz sahibi olduğunu göstərirdi. Azərbaycanda istifadə olunan ərəb əlifbasına müəyyən dəyişikliklər etməklə bu əlifbanın saxlanılmasının o dövrdə xeyli tərəfdarı olsa da, əlifbanın yeni latın əlifbası ilə əvəz olunmasını yeganə düzgün yol hesab edənlər daha sistemli və əsaslı dəlillər gətirməklə bu mübarizədən qalib çıxmağa çalışırdılar.

Azərbaycanda 1922-ci ildən fəaliyyət göstərən Yeni Türk Əlifba Komitəsinin apardığı işlər nəticəsində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 27 iyun tarixli qərarı ilə yeni əlifba məcburi və dövlət əlifbası hesab olundu.

Komitənin hazırladığı latın əsaslı əlifba 33 hərfdən ibarət idi. Yeni əlifba ilə 1922-ci il sentyabrın 21-də Bakıda ilk mətbu orqan olan “Yeni yol” qəzeti nəşr olunur. Qəzet ilk sayında yeni əlifbanın hazırlanmış olduğunu xalqa elan edir və əlifba heyəti üçün beş səhifədən ibarət bir təbrik mesajı nəşr edir.

Belə bir dövrdə, təbii ki, SSRİ-də yaşayan başqa türk-tatar xalqlarının bu məsələyə münasibəti və bu prosesin həmin xalqlar arasında yayılması diqqətdən kənarda qala bilməzdi. Bu məsələdə real mənzərəni öyrənmək üçün 1924-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri S.Ağamalıoğlunun rəhbərliyi ilə xüsusi nümayəndə heyəti yaradıldı və bu heyət Simferopol, Daşkənd, Orenburq, Ufa və Kazan şəhərlərinə səfər edərək, orada yeni əlifbanın tərəfdarları və əleyhdarları ilə görüşlər keçirdi.

Bu səfərin yaranma zərurəti, səfər zamanı aparılan görüşlər, bu görüşlərdə ayrı-ayrı türk-tatar xalqları arasında yeni əlifba ideyasının həyata keçirilməsi yolunda meydana çıxan çətinliklər və bunların aradan qaldırılması tədbirləri və s. haqqında yeni əlifba ideyasının həyata keçirilməsinin fəal iştirakçısı, milliyyətcə özbək olan Xalid Səid 1929-cu ildə Bakıda nəşr etdirdiyi “Yeni əlifba yollarında əski xatirə və duyğularım” memuarında geniş bəhs edir. Qeyd edək ki, bu kitab birləşmiş yeni türk əlifbası ilə Azərbaycan dilində dərc olunan ilk kitabdır. X.Səid türk xalqları arasında yeni əlifba ilə bağlı yaranmış vəziyyəti qısaca olaraq belə qiymətləndirirdi: “1924-cü ilin axırlarında SSRİ daxilindəki cümhuriyyətlərdən Azərbaycan, Krım, Dağıstan, Başqırdıstan cümhuriyyətləri, Gürcüstan türkləri yeni əlifbanı qəbul edəcəklərinə dair son sözlərini vermişdilər. Qazaxıstan və Tatarıstan da qəbul edəmiyəcəklərini qəti olaraq bildirmişdi. Ancaq məsələ hələ tamamilə həll edilməmiş, ayrı-ayrı cümhuriyyətlər tərəfindən vaqe olan təklifə görə, ümumi bir qurultay çağırılmasının qəti surətdə lazım olduğu anlaşılmışdı”.

Bu işlərin davamı olaraq 1926-cı il fevral ayının 26-dan martın 5-nə qədər Bakıda “İsmailiyyə” binasında Birinci Türkoloji Qurultay keçirilir. Azərbaycandan da çoxlu sayda elm adamının iştirak etdiyi qurultay çox yüksək səviyyədə təşkil edilir.

Qurultayın ən çox müzakirə olunan əlifba məsələsi ilə bağlı iştirakçıların çıxışlarından sonra yeni əlifbanın qəbul edilib-edilməməsi səsverməyə qoyuldu. Bu tarixi səsvermə nəticəsində 101 nəfər latın əlifbası tərəfdarlarının təkliflərinə, 7 nəfər ərəb əlifbası tərəfdarlarının təklifinə səs verdi, 9 nəfər isə bitərəf qaldı və beləliklə də, latın əlifbasının bütün türk-tatar respublikalarında tətbiqi yolunda çox ciddi bir qərar qəbul edildi: “Yeni türk (latın) əlifbasının ərəb əlifbası və islah olunmuş ərəb əlifbası üzərində üstünlüyünü və texniki asanlığını, eləcə də ərəb əlifbası ilə müqayisədə yeni əlifbanın mədəni, tarixi və tərəqqi baxımından böyük əhəmiyyətini nəzərə alaraq, qurultay yeni əlifbanı qəbul edir və onun həyata keçirilmə yollarını hər bir türk-tatar respublikasının öz öhdəsinə buraxır”.

Qurultayın bu məsələdə çox uğurlu işlər görmüş Azərbaycanın təcrübəsindən yararlanması da türk-tatar və başqa xalqlara tövsiyə edilmişdi.

Bu qurultaydan sonra təxminən 1 il ərzində demək olar ki, türk-tatar xalqlarının yaşadıqları bütün ərazilərdə yeni əlifbanın həyata keçirilməsi üçün yerli əlifba komitələri yaradıldı.

Azərbaycanda 1922-1933-cü illərdə tətbiq edilən latın əlifbasının ilkin forması aşağıdakı şəkildə idi: a, b, c, ç, d, e, ə, f, g, h, i, ı, j, k, l, m, n, ŋ, o, ɵ, p, q, o, r, s, t, u, v, x, y, z, ƶ, ʒ.

1933-cü ildə birləşdirilmiş yeni türk əlifbasına uyğun yeni Azərbaycan-latın əlifbası layihəsi hazırlanır. 33 hərflik layihədə ı hərfi ь ilə, ʒ hərfi də ş ilə dəyişdirilir. Həmçinin ķ samiti q ilə, k samiti ka samiti ilə, ġ samiti o ilə qarşılanmağa başlayır. Y hərfi 1922-ci ildə tərtib edilən əlifbada u saitini, yeni tərtib qaydalarına uyğun olaraq isə ü saitini təmsil edir. U hərfi 1922-ci ildə qəbul edilən əlifbada ü saitinin qarşılığı kimi işlənirdisə, 1933-cü ildən etibarən u saitini təmsil edirdi. 1922-ci ildə qəbul edilən əlifbada ç hərfi ç səsinin, c hərfi də c səsinin qarşılığı kimi işlənmiş, 1933-cü ildən etibarən ç hərfi c səsini, c hərfi də ç səsini qarşılamaq üçün istifadə edilib.

Azərbaycanda əlifba məsələsinin üçüncü mərhələsi rus-kiril hərflərinin qəbul edilməsi ilə başlayır. Azərbaycan-kiril əlifbası 1939-cu ildə təsdiq olunsa da, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan (1922) sonra kiril əlifbasının tətbiqi məsələsi tez-tez gündəliyə gətirilib. Ancaq latın əlifbası tərəfdarlarının çoxluğu kiril əlifbasının 1920-ci illərdə qəbul edilməsinə mane olub.

1939-cu il mayın 8-də keçirilən iclasda rus-kiril əlifbasının Azərbaycan dilinə uyğunlaşdırılması və Azərbaycan-kiril əlifbası layihəsi müzakirə edilir. İclasda rus-kiril əlifbasının latın əlifbasından daha üstün olması qeyd edilir. Kiril əlifbasının Azərbaycan dilində istifadə olunan hərflərdən üstün olduğu dilə gətirilir. Buna sübut olaraq latın əlifbasındakı 25 hərfə qarşılıq kimi kiril əlifbasında 32 hərfin olması göstərilir. Həmçinin iclasda kiril əlifbasının üstünlükləri qeyd olunur, gələcəkdə tətbiq ediləcəyi təqdirdə onun müsbət yönləri haqqında geniş şəkildə danışılır. “Təbii ki, bu və buna bənzər iclasların mahiyyəti SSRİ-də yaşayan türk xalqlarının kiril əlifbasına keçmələrinin sürətli şəkildə reallaşdırılmasını həyata keçirmək və bunun “elmi, akademik” dairələr tərəfindən qəbul edilməsini göstərmək son dərəcə böyük əhəmiyyətə malik idi”.

1939-cu il noyabrın 15-də Azərbaycan Ali Soveti Xalq Komissarlığı 1940-cı il yanvarın 1-dən etibarən Azərbaycanda rus əsaslı kiril əlifbasına keçmək haqqında qərar qəbul edir. Beləliklə, kiril əlifbası Azərbaycanda rəsmən istifadə olunmağa başlanır.

Əlifbaya bir də ʼ (apostrof) əlavə edilmişdi. Bu əlifba daha öncəki dövrdə istifadə edilən qeyri-rəsmi Azərbaycan-kiril əlifbalarından çox fərqli deyil. Sadəcə, çox gərgin müzakirələr nəticəsində rus-kiril hərfləri əlifbaya əlavə edilmişdi. Bunun müsbət tərəfi isə əlifbada ҹ, ғ, ҝ, ү hərflərinin yer tuta bilməsindədir.

Təsdiq olunan hərf sayının 36 olması qəbul edilmişdi. Əlavə edilən hərflərdən rus dilindən qəbul edilən sözlərin yazılışında xətalara yol verilməməsi üçün istifadə edilməsi nəzərdə tutulmuşdu. Yeni tərtib edilən əlifba bir çox tənqidlərə məruz qalır. Tənqidçilərdən M.A.Şirəliyev əlifbada qarışıqlığa səbəb olan e, ц, ю, я səslərinin Azərbaycan dili üçün yararsız olduğunu söyləyir. M.A.Şirəliyevin yeni qəbul edilən əlifbadakı hərflərə belə müxalif yanaşması ondan irəli gəlirdi ki, əgər bu hərflər alınma sözlərin düzgün yazılışında istifadə edilmək üçündürsə, o zaman alınma sözlər də (rus mənşəli sözlər) keçdiyi dilin qanunlarına uyğun olaraq işlənməlidir.

1955-1958-ci illərdə aparılan davamlı müzakirələrdən və M.Şirəliyev, Ə.Dəmirçizadə, Ə.Rüstəmov, Z.Budaqova kimi dilçi mütəxəssislərin kəskin etirazı və əsaslı izahlarından sonra Azərbaycan əlifba və imla komissiyası (S.Vurğun, İ.İbrahimov, M.D.Dadaşzadə, M.Ş.Şirəliyev, Ə.M.Dəmirçizadə, D.Z.Qaciyev, M.A.Paşayev, M.Y.Quluzadə, R.A.Rüstəmov, M.Q.Hüseynzadə, C.H.Əfəndiyev, A.A.Orucov, A.S.Cəfərov, A.Q.Mahmudov) 1958-ci ildə əlifbadan ю, я, й, э səslərini çıxarır.

Əlbəttə, Azərbaycan tarixinin ən mürəkkəb dövrünü əhatə edən 1980-1990-cı illərdə bütün sahələrdə olduğu kimi, Azərbaycan dili ilə bağlı da ciddi və qızğın müzakirələr gedirdi. Böyük Azərbaycan tarixçisi akademik Z.Bünyadov isə 1989-cu ildə Azərbaycan dilinin latın əlifbası ilə yazılmasına ehtiyac olduğunu ifadə edirdi. Bu dövrdə əlifba məsələsi ilə bağlı dəyişikliklə əlaqədar hərəkat da geniş vüsət almışdı. Əlifba məsələsi ilə bağlı yaranan fərqli yanaşmalar Azərbaycan ziyalılarını iki hissəyə bölmüşdü: ərəb və latın əlifbasını müdafiə edənlər.

Azərbaycanda latınlaşma hərəkatının rəhbərlərindən olan Firudin Cəlilov 1990-cı ildə “Azərbaycan” qəzetində nəşr etdirdiyi “Ziyanın yarısından” adlı məqaləsində yazırdı: “Azərbaycan xalqı latın əlifbasını öz istəyi ilə, kiril əlifbasını isə təzyiq altında qalaraq qəbul etmişdir. Azərbaycan xalqı son iki yüz ildə bütövlüyünü, müstəqilliyini, milli ənənələrini, imanını, inancını, oğullarını, milli adını, soyadını, yazı mədəniyyətini itirdi. Xalqın mədəniyyətinə ziyan vuran, eyni dildə danışan doğmalarından uzaq salan bir əlifbanı çətin vəziyyətdə olsaq belə dəyişdirməliyik. Anadoludakı qardaşlarımız bir başqa əlifbada, Arazın o tərəfindəkilər də bir başqa əlifbada, biz isə hər ikisinin başa düşmədiyi bir əlifbada “tarix” yazırıq.

Bu mübahisəli məsələlər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1991-ci ildə dekabrın 25-də keçirilən iclasında həll edildi. Müzakirələr nəticəsində “Latın əlifbası əsaslı Azərbaycan əlifbasının islah edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi. Bu Fərmandan sonra bütün dövlət idarələrində, mətbuatda, məktəblərdə, özəl iş yerlərində, rəsmi sənədlərdə və s. sahələrdə latın əlifbasının istifadə edilməsinə keçildi və bunlar haqqında mətbuatda da çox geniş məlumatlar verildi.

Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi haqqında 2001-ci ildə iyulun 4-də Sərəncam verən Heydər Əliyev həmin il avqustun 9-da imzaladığı Fərmanla Azərbaycan əlifbası və Azərbaycan dili gününü təsis etdi. Məhz həmin tarixdən etibarən Fərmana uyğun olaraq, hər il avqustun 1-də Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH