Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elimizin əziz bayramı Novruzun müjdəçiləri - çərşənbələr

Bakı, 25 fevral (AZƏRTAC). Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz ulu yurdumuza öz mübarək qədəmlərini basır.

Fevralın 25-də Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki - su çərşənbəsi bayram edilir.

Bu bayram ərəfəsində elimizin adət-ənənələri, icra etdiyi ayin və mərasimlər nəsildən-nəslə keçərək dövrümüzə gəlib çatmışdır. Bu gün də həvəslə təşkil olunan mərasimlərin tarixi, söykəndiyi qaynaqlar istər yaşlı, istərsə də gənc nəsil üçün maraq doğurur.

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilin AZƏRTAC-a təqdim etdiyi “Elimizin əziz bayramı Novruzun müjdəçiləri - çərşənbələr” məqaləsi yəqin ki, bir çox suallara cavab tapmaqda hamımıza yardımçı ola bilər. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Azərbaycan folklorşünaslığının ən az öyrənilən sahələrindən biri də Novruz bayramından əvvəl qeyd olunan çərşənbələrdir. Bu baxımdan hazırda çərşənbələrin təqvim əsaslarının araşdırılmasına ciddi ehtiyac vardır. Çünki çərşənbə mərasimlərinin ayin əsası onun təqvimdəki yeri və mənası ilə əlaqəlidir. Çərşənbələrin hansı təqvimə aid olması haqqında folklorşünaslığımızda aydın fikir yoxdur. Bunun əvəzində isə çərşənbələrin təqvim xarakterini açmaq üçün heç bir elmi əsası və xalq təqvimi ilə bağlılığı olmayan məhəlli adların müxtəlif variantlarından bəhs olunur. Məsələn, Novruz bayramına bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincisinə “birinci çərşənbə”, “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “su çərşənbəsi”, ikincisinə “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”, üçüncüsünə “üçüncü çərşənbə”, “ölü çərşənbə” (məzar ziyarətinə görə), “yel çərşənbəsi”, dördüncüsünə “axır çərşənbə”, “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi” və s. deyilir.

“Novruz” sözünün mənasının “yeni gün” olduğu məlumdur. Çərşənbənin isə aydın izahı yoxdur. Çərşənbənin “çəhar şənbə” sözündən olduğunu nəzərə alsaq, onu “dörd şənbə” və ya “dördüncü şənbə” kimi hərfi tərcümə etmək olar. Lakin bu da bizə aydın bir məlumat vermir.

İndi İranda işlənən hicri təqviminin həftə adlarına diqqət etsək, orada “şənbə” sözünün sıx işləndiyini görürük: yekşənbə, doşənbə, seşənbə, çeharşənbə, pəncşənbə, şənbə. Milad təqviminə görə, buradakı “çümə” “beşinci gün”, “yekşənbə” “bazar günü”, “çeharşənbə” isə “üçüncü gün”dür. Bu, Azərbaycanda işlənən həftə adlarındakı “çərşənbə”dir.

“Çeharşənbə” sözündəki “çehar” 4 deməkdir. “Şənbə”nin mənası isə aydın deyildir. Lakin bunun qədim bir substrat olduğu müşahidə edilməkdədir. Bu, Şərqdə istifadə olunmuş qədim təqvimlərdən biridir və bu təqvimin əlamətdar günü “şənbə”dir. Bunun sami xalqlarında “şabbat” forması qalmaqdadır. Slavyanlarda “Subbota”nın da eyni kökdən qaynaqlandığını düşünmək olar. Ola bilər ki, bu altıgünlük “həftə”nin altıncı və ya istirahət günü olmuşdur. Yaxın əsrlərə qədər Rusiyada beşgünlük “həftə”nin olduğu da tarixi faktdır.

“Şabbat”ın şənbə şəklində İran ərazisində yaşayan xalqlarda və türklərdə işlənməsi mümkündür. Yəhudilərdə “şabbat” indi də qeyd olunur. “Şabbat”ın iudaizmlə bağlı dini mənası vardır. Ola bilər ki, İslamdan əvvəl Xəzər xaqanlığının əhalisinin iudaizm dininə mənsub olması sonralar bu xalqların təqvimində öz izlərini qoymuşdur. Amma biz “şənbə”ni həftənin altıncı günü deyil, “dörd şənbə” adı ilə ikinci günündən üçüncü günə keçən axşam qeyd edirik. Görünür, burada bir neçə təqvim kəsişməsi vardır. Bizim də XI-XIX əsrlər boyunca işlətdiyimiz hicri təqvimi, XX əsrdən istifadə etdiyimiz miladi təqvimi ilə yanaşı, iudaizm dövründə işlənmiş təqvim də bu və ya digər şəkildə özünü göstərir. İudaizmdən gələn “şabbat”, xristianlıq və İslam mühitində ikinci plana keçir. Xristian slavyanlar “subbota”nı deyil, daha çox xristian mahiyyəti daşıyan və İsa Məsihlə bağlı olan “Dirilməni” (voskreseniye), müsəlmanlar isə “şənbə”ni və ya “şərşənbə”ni deyil, islami həmrəylik nümayiş etdirən “cümə”ni qeyd edirlər. Digər tərəfdən, “çərşənbə”nin mübarək gün olması ilə bağlı ənənə də unudulmamışdır.

Şənbənin altıncı gün olduğunu bilirik. Bu da dünyanın altı gündə yaradıldığı və ən sonda insanın yaradılması haqqında dini bilgilərlə əlaqəli görünür. Dünyanın altı gündə yaradılması “şənbə”ni, dünyanı yaradan dörd ünsürün - suyun (ab), odun (atəş), havanın (bad), torpağın (xak) da “şənbəlik” həftə sistemində yaradılması “çərşənbə”ni (dörd şənbə) müqəddəsləşdirir. İstər ilkin kosmoqoniya, istər xalq təqvimi, istərsə də dini bilgi kimi bu fikir özünü doğruldur. Lakin bu, yenə də “şənbə”nin xalq inanclarında hami ruh və ya başqa bir kult elementi ilə bağlı olmasını və onun arxaik ayin əsaslarının mövcudluğunu istisna etmir.

Qədim zamanlarda “Novruz”un gəlişi - əmək mövsümünün başlaması idi və insanları sevindirirdi. Onlar qoyun-quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması arzusu ilə müxtəlif nəğmələr yaratmışlar. Bu novruzqabağı nəğmələr üç yerə ayrılır: çillə nəğmələri, ilaxır çərşənbə nəğmələri, bayram nəğmələri.

Novruza hələ 90 gün qalmış, yəni qışın böyük çilləsinin girməsi ilə bağlı çillə şənlikləri keçirilər və müxtəlif nəğmələr oxunardı. Bəzi bölgələrdə həmin nümunələrə “Çilləkəsdi”, “Çillə” və ya “Çillədən çıxma” nəğmələri də deyilərdi. Erkən düşüncədə qış çillələrə (böyük çillə 40 gün, kiçik çillə 20 gün) və boz aya (30 gün) bölünür. Təsəvvürdə qışın bir çox obrazlarına müxtəlif münasibət ifadə edilir. Bu xüsusiyyət çillə nəğmələrində də özünü göstərir.

Araşdırmalarda çillə və çərşənbələr belə aydınlaşdırılır: “Qədim etiqadlara görə qış çillələrə bölünür. Bunlardan birincisi qışın girməsi ilə başlanan böyük çillədir ki, qırx gün davam edir. İkincisi, xalqın öz ifadəsi ilə deyilsə, “qışın oğlan çağı”dır ki, kiçik çillə adlanır və böyüyün yarısı qədər, yəni iyirmi gün davam edir. Nəhayət, qışın son ayı gəlir ki, bu da hər biri yeddi gündən ibarət dörd balaca çilləyə bölünür. Yuxarıda deyildiyi kimi, bu bölgünün əsaslandığı yeddi və qırx rəqəmlərinin müqəddəsliyi islamiyyətdən də, zərdüştlikdən də qədimdir. Son ayın dörd yeddi günlük çilləyə bölünməsi isə, ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür hava, torpaq, su və oddur. Qədim etiqadlara görə, son ayın hər həftəsində guya ki, bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə də, ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlər Azərbaycanında bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi bir şəkildə qeyd edilirmiş. Qurtaran ilin axır çərşənbəsində isə bütün evlərin həyətində tonqal qalanır, hamı odun üstündən tullanaraq “Ağırlığım, uğurluğum”, yaxud “Azarım, bezarım, tökül bu odun üstünə”,- deyirmiş.

Tədqiqatlardan aydın olur ki, Novruz bayramı öz mərasimləri ilə birlikdə, zaman-zaman Azərbaycanda hakim kəsilmiş dinlərin hamısından çox sadə təsərrüfat bayramı, yəni qışın yola salınması, yazın qarşılanması bayramı olmuşdur. Məhz buna görədir ki, xalqımız müxtəlif dinlərin, məzhəblərin, siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis etdikləri bir çox bayramları, mərasimləri unutmuş, Novruzu isə insanı əməyə, zəhmətə, maddi nemətləri yaratmağa çağıran təsərrüfat bayramı kimi əsrlər boyu yaşatmışdır. Azərbaycan xalqı indi də hər il həvəslə bu əziz bayramı gözləyir, onu sevinclə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir. Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.

Novruzqabağı nəğmələrin müəyyən bir hissəsini çərşənbələrlə bağlı ayin və mərasim nəğmələri təşkil edir. Yeni ilin, yeni günün - Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Bu həftələr Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi, Torpaq çərşənbəsi adlanır.

Xalq mərasimlərinin el arasında fərqli adlandırılması ənənəsi də olmuşdur. Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günün, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üzgü”, ikinci üçünə “doğru üzgü”, sonuncusuna isə “ilaxır çərşənbəsi” deyilirdi. Bu çərşənbələrin hamısının özünə məxsus adət və ənənələri olduğu göstərilir. Qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunlar indi qismən unudulmuşdur.

“Kosa-Kosa” ilin axır çərşənbəsi günü icra edilir. Bir sıra sehr və əfsun ayinləri əsasında qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq, onu elliklə yola salır, yeni ilin, yəni yazın ilk gününü elliklə bayram edir. Bütün əkinçi xalqların mövsüm nəğmələrinin və bununla bağlı mərasimlərin araşdırılmasından aydın olmuşdur ki, ümumiyyətlə, qədim insan bir fəslin qurtarıb ikinci bir fəslin başlanmasını birincinin ölməsi, daha əvvəl ölmüş olan ikincisinin isə dirilməsi şəklində təsəvvür etmişdir.

Məsələn, “Kosa-Kosa” animizmə əsaslandığı halda, ondan sonrakı dövrlərin məhsulu olan ikinci nəğmə daha çox əfsunla bağlıdır. Burada Novruz bayramına artıq bizim başa düşdüyümüz mənada, doğrudan-doğruya yazın ilk günü kimi baxılmaqdadır. “Kosa-Kosa” oyununun mövsüm nəğmələrində birinci qurtaranı yola salmaq, ikinci yeni başlananı qarşılamaq ünsürləri vardır.

Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşmışdır.

Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün - suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır.

İlaxır çərşənbələrin birincisi su çərşənbəsidir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar.

Su ilə bağlı sınamalar:

İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər.

Çərşənbədə evə süpürgə çəkmək olmaz.

İnanclar:

Süfrəyə su dağılması aydınlıqdır.

Su içən adamı qəfil vurmazlar.

Su içən adamı danışdırmazlar.

Lal axan sudan keçməzlər.

Yuxuda su görmək aydınlıqdır.

Səfərə çıxan adamın arxasınca su atarlar.

Odu su ilə söndürmək günahdır.

Su ilə bağlı atalar sözləri:

Suyun lal axanı, adamın yerə baxanı.

Su bir yerdə qalanda iylənər.

Su gələn arxa bir də gələr.

Su səhəngi suda sınar.

Su murdarlıq götürməz.

Su ilə bağlı türkəçarələr:

Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən, övladı olar.

Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən, qorxusu keçər.

Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər.

Su ilə bağlı alqışlar:

Qamən axan görglü suyun qurumasın!

Qara başım qurban olsun, suyum, sana!

Su ilə bağlı tapmacalar:

Ay gedər, ha il gedər,

Gecə gündüz yol gedər.

Od çərşənbəsi ilaxır çərşənbələrin ikincisidir. Buna xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Od müqəddəs hesab edilirdi. Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır.

Odla bağlı ata sözləri:

Od qalar köz olar, qız qalar söz olar.

Od qalayıb oda düşmüşük.

Od yanan yerdən tüstü çıxar.

Odla bağlı inanclar:

Çərşənbədə ocağı boş qoymazlar.

Ocaqda kül titrəyəndə od xeyrə oynayır deyirlər”.

Odla bağlı alqışlar:

Ocağın bərəkətli olsun.

Ocağın nurlu olsun.

Ocağın odlu olsun.

Ocağına nur çilənsin.

Ocağın sönməsin.

Odla bağlı qarğışlar:

Oda düşəsən.

Od-ocağa həsrət qalasan.

Ocağın qazan görməsin.

Odla bağlı tapmacalar:

Evdən - evə qızıl yaylıq.

Yel çərşənbəsi ilaxır çərşənbənin üçüncüsüdür. O, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır.

Yellə bağı atalar sözləri:

Yelə tüpürsən öz üstünə qayıdar.

Yel qayadan nə aparar?

Yelnən gələn selnən gedər.

Yel əsib qoz tökülüb.

Yellə bağlı tapmacalar:

Hər yan ələk-vələkdir,

İsti tamam kələkdir.

Dəyirmana can verər,

Xırmana da gərəkdir.

Yellə bağlı inanclar:

Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və yel babanı çağır. Əgər yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları ağaca toxunsa diləyin yerinə yetər.

Torpaq çərşənbəsini “torpaq - çillə - beçə çərşənbəsi” də adlandırırlar. O, xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə - suri” adları ilə də tanınır.

Axır çərşənbə gününün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Müqəddəs Qurani-Kərimdən surələr oxunar, dua edilər.

Azərbaycan türklərində bir adət də budur ki, həmin çərşənbə axşamında od üstündən yeddi dəfə o yan - bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.

İlaxır çərşənbə ilə bağlı fallar:

Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

“Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. “Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər”, - deyərlər.

“Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır”,- deyərlər.

“Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən” - deyərlər.

“Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan”, - deyərlər.

“Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər”, - deyərlər.

“Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər”,- deyərlər.

Beləliklə, çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərən hadisələrdir. Onun miladdan əvvəl başlanan qədim tarixi vardır. Yaradılışla bağlı dörd sakral ünsür haqqındakı qədim təsəvvürlərdən, xalq inanclarından, arxaik ayindən, altı günlük təqvim mifindən və yazla bağlı mövsüm mərasimlərindən qaynaqlanır. Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı bir ay əvvəldən xalqı böyük bayrama - Novruza hazırlayır, cəmiyyətdə nikbin ehtiyatları səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb