CƏMİYYƏT
Elnur Səfərli: Milli Observatoriyanı regionda aparıcı beyin mərkəzlərindən birinə çevirməyi hədəfləmişik
![Elnur Səfərli: Milli Observatoriyanı regionda aparıcı beyin mərkəzlərindən birinə çevirməyi hədəfləmişik](/files/2023/2/1200x630/16885448343364935754_1200x630.jpg)
Bakı, 5 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təlim bazası qismində də iştirak edən Milli Observatoriya ötən müddət ərzində nazirlik Aparatı və nazirliyə tabeli qurumların əməkdaşları üçün 61 mövzu üzrə təlimlər keçirib, təlim və təlimçi reyestri formalaşıb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli qurumun 4 illik fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında bildirib.
İdarə Heyətinin sədri qeyd edib ki, əməkdaşların fasiləsiz peşəkar inkişafı üçün 2023-2025-ci illər üzrə Təlim Strategiyası hazırlanaraq təqdim edilib, sosial jurnalistika təlimləri də təşkil olunub.
“Observatoriyanın müvafiq mərkəzlərlə, ali təhsil müəssisələri ilə əməkdaşlıq və təcrübə mübadilələrini, Milli Observatoriyanın institusional potensialının gücləndirilməsi istiqamətində addımlar atılıb. Təhlil tədqiqat mərkəzi olaraq qurumun regionda aparıcı beyin mərkəzlərindən birinə çevirməyi hədəfləmişik”, - deyə Elnur Səfərli vurğulayıb.