Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və əhalinin sosial müdafiə naziri yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbçilərlə görüşüb

Bakı, 28 oktyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərlə təmin olunmuş, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüşüb. Görüşdə nazirliyin müxtəlif strukturlarında işlə təmin olunmuş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) keçmiş hərbçiləri də iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsindən sonra icra olunan genişmiqyaslı sosial dəstək paketi şəhid ailələri, müharibə iştirakçılarından ibarət olmaqla 119 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 243 min xidmət göstərilib. O cümlədən, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev təqdim edilib. Vətən müharibəsindən sonra 284 avtomobil, ümumilikdə ötən dövrdə 7500 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

Həmin dövrdə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 15,5 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 8,8 min şəxs özünüməşğulluq proqramına cəlb edilib. 11 min nəfər isə sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub, həmçinin digər istiqamətlərdə dəstək işləri görülüb.

Qeyd olunub ki, postmüharibə dövründə nazirliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2600-ə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib, həmin kateqoriyadan olan 1654 şəxsə isə 26260 reabilitasiya vasitəsi verilib.

Prezidentin tapşırığına əsasən, başlıca dəstək istiqamətlərindən biri də Zəfərimiz naminə şərəfli döyüş yolu keçərkən yaralanıb əzalarını itirmiş igid hərbçilərimizin son nəsil yüksək texnologiyalı protezlərlə təminatı olub. 2020-ci ildən bu proqrama başlanılıb və artıq yekunlaşdırılıb. Eyni zamanda, həmin proqram paralel olaraq Birinci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsləri də əhatə edib.

Ümumilikdə müharibə ilə əlaqədar əlilliyi olan 353 şəxs 368 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.

2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib və nəticədə reabilitasiya xidmətləri göstərilməsi üçün potensial 3,6 dəfə artıb.

Müasir tələblərə uyğun qurulmuş həmin reabilitasiya infrastrukturu müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təmin edilməsi baxımından da mühüm önəm kəsb edir.

Son nəsil protezlə təmin olunmuş hərbçilərdən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər Ziya Kazımov, Mobil Əhmədzadə, Bəşir Məmişov, nazirliyin müxtəlif strukturlarında işlə təmin olunmuş XTQ hərbçiləri Turab Allahverdiyev, İlham Əliyev müharibə iştirakçılarının rifahı, eyni zamanda əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası, müasir reabilitasiya vasitələri ilə təmin edilməsi, yenidən aktiv həyata dönüşü üçün aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

S.Babayev və müasir protezlə təmin olunmuş hərbçilər, XTQ hərbçiləri yüksək texnologiyalı protezlərin istehsalı sexi ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi ekspert: Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalanacağı mühüm imkanlar irəli sürür

Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Nazir: Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı bütün ölkələrə göstərdikləri dəstəyə görə minnətdarıq

Əsirlikdəki şəxslərin azad olunması Prezidentin Azərbaycan vətəndaşlarına, hərbçilərinə verdiyi dəyərin bariz nümunəsidir - RƏY

“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib

Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir RƏY

“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb

Növbədənkənar prezident seçkiləri zərurətdən yaranan reallıqdır - RƏY

Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində

“Xırdalan”ın baş məşqçisi: Hər bir komanda ilə başabaş mübarizə aparacaq gücə sahibik

İyirmi illik liderliyin Zəfər zirvəsi - ədalətin və bütövlüyümüzün qələbəsi - RƏY

Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib

Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb

Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub

Komitə sədri: Əsl ehsan yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaqdır

Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb

Qış mövsümündə faydalı və zərərli qidalar

Naxçıvanda təhsil müəssisələrində vakant vəzifələr üzrə ilk dəfə müsabiqə keçirilir

Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? - RƏYLƏR

Ölkənin ən böyük intellektual turnirin qalibi Qubada müəyyənləşir

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə keçirilən təlim-metodiki toplantı başa çatıb

Qadın futbolçulardan ibarət millinin üzvləri ilə görüş

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb

FIFA-nın baş katibi Azərbaycan millisinə liderlik mövzusunda seminar keçib

Yığmanın kapitanı: Düşünürəm ki, başabaş mübarizə aparıb qrupdan çıxa bilərik

Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib

Sorğu: Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır

İsveçdə 1-9-cu sinif şagirdlərinə mobil cihazlardan istifadə qadağan ediləcək

Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Azərbaycan millisində iki əcnəbi basketbolçu - EKSKLÜZİV

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışlarda iki medal qazanıb

Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək

Bakıda FIA-nın mükafatlandırma mərasimi çərçivəsində mətbuat konfransı keçirilib

Milli Qəhrəman Şikar Şikarovun xatirəsi anılıb

“Kardiologiyada yeni çağırışlar–2023” mövzusunda beynəlxalq elmi konqres keçirilib

Professor Ziyafət Həbibova: Ulu Öndər zamanın fövqündə dayanır

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə tədbiri keçirilib

Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılıb VİDEO

MDU-nun Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə işə qəbul elan edir

XƏBƏRDARLIQ: Bakıda və Abşeron yarımadasında küləkli hava gözlənilir

Azərbaycan-Ermənistan siyasi razılaşması birbaşa dialoqun nəticəsidir ŞƏRH

Sabah növbəti GRE imtahanı təşkil ediləcək

Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb

Ana bətnində aparılan müalicə və əməliyyatlar uşaq ölümlərinin qarşısının alınmasına müsbət təsir edir

Haaqa azərbaycanlıları humanitar minatəmizləmənin BMT-nin hədəfi kimi tanınmasını tələb edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar vəzifəsinə işə qəbul elan edir

Türkiyədə daha bir cinayətkar qruplaşma zərərsizləşdirilib

Brüssel Azərbaycan Evi tərəfindən beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

Ölkə ərazisində yağıntılı hava gözlənilir

Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb

Professor: Ölkəmizin bütün ərazisində suverenliyin bərqərar edilməsi Heydər Əliyev strategiyasının düzgünlüyünü göstərdi

Hər bir yaş qrupunda ürək-damar xəstəliklərindən ölüm halları azalır

Aİ süni intellekt barədə dünyanın ilk qanunu qəbul edilə bilər

İtaliyada xəstəxanada yanğın: 4 nəfər ölüb, 134 xəstə təxliyə edilib

Bakıdakı FIA Prize-Giving 2023 möhtəşəmliyi ilə yadda qaldı VİDEO

Müdafiə naziri: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb

Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir

Emin Əmrullayev: Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik

Komitə sədri: İndiyədək məscidlərə 272 nəfər din xadimi təyin edilib

Moskvada AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb VİDEO

Hava şəraiti ilə bağlı DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Mütəxəssis: Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətə müraciət edib

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib

Vaşinqtonda azərbaycanlı xanım rəssamların rəsm əsərlərindən ibarət sərgi açılıb

Növbədənkənar prezident seçkilərinin keçirilməsini yeni şərait və reallıqlar şərtləndirir RƏY

İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

Ağcabədi və bir sıra kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İcma: Ermənistanı Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq

Azərbaycan Tbilisidə keçirilən ənənəvi “Qış xeyriyyə yarmarkası”nda təmsil olunub

Zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb

FAO dünya bazarlarında ərzaq məhsullarının son qiymətlərini açıqlayıb

Nazir: Azərbaycanın ərazi bütövlüyünün tam bərpası xalqımızın tarixində şanlı səhifə kimi qalacaq

Azərbaycanın qeyri-neft sektoruna Türkiyədən birbaşa investisiya 3,5 milyard dollardır

Tələbələr arasında "Dəmir yumruq" intellektual müsabiqəsi keçirilir

Tovuzda şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

Növbədənkənar prezident seçkiləri ilə ölkəmizin növbəti inkişaf mərhələsinin əsası qoyulacaq – Siyasi şərhçi

UNESCO Qeyri-Maddi Mədəni İrs Konvensiyasının 20 illiyini qeyd edib

Moskva Dövlət Universitetinin Bakı filialı redaktor-korrektor vəzifəsinə işə qəbul elan edir

Ü.V.Baxşəliyevin Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mustafa Abbasbəyli: Yerli istehsalın inkişafı məşğulluğun artırılmasına gətirib çıxaracaq

Q.D.Osmanovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qarabağa investisiya yatırmaq üçün müraciət edən Türkiyə şirkətlərinin sayı açıqlanıb

Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

H.N.Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.A.Əliyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sabah 400-dən çox iddiaçı xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcək

M.A.Əliyevin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.A.Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Binəqədidə beş tapança və bir avtomat könüllü polisə təhvil verilib VİDEO

Ü.V.Baxşəliyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cənubi Koreya, ABŞ və Yaponiya KXDR-in təhdidlərinə qarşı əməkdaşlığı gücləndirəcək

Ağdam Sənaye Parkında qazobeton zavodunun inşası yekunlaşıb VİDEO

Nicat Abasov: Vüqar Həşimov Memorialının bütün iştirakçıları qalib olmağa layiqdirlər

Premyer Liqa: “Kəpəz” Qəbələ səfərində, “Zirə” “Araz-Naxçıvan”ı qəbul edir