Ərəb Dövlətləri Liqası Sudanda əldə olunmuş razılaşmanı alqışlayır
Qahirə, 18 iyul, AZƏRTAC
Ərəb Dövlətləri Liqası (ƏDL) Sudanda keçid Hərbi Şurası və “Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” birliyi arasında imzalanmış sazişi alqışlayır.
AZƏRTAC xəbər verir ki, Ərəb Dövlətləri Liqasının bununla bağlı bəyanatında bu razılaşmanın hakimiyyət orqanlarının formalaşmasına yol açan sənəd kimi dəstəkləndiyi vurğulanır. Milli barışığın Sudan xalqının gələcəyi naminə atılmış müsbət addım olduğu qeyd edilir.
Bəyanatda, həmçinin qeyd olunur ki, ƏDL-ı Sudana hakimiyyət orqanlarının formalaşması məsələsində və ölkədə təhlükəsizliyin, sabitliyin və milli birliyin qorunub saxlanılmasında dəstəyini davam etdirəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]