SİYASƏT
Erməni silahlı birləşmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edirlər
Bakı, 17 oktyabr (AZƏRTAC). Ermənistan ordusunun bölmələri oktyabrın 16-da və 17-də gecə Ermənistanın İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər Azərbaycan Respublikasının Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.