SİYASƏT
Ermənilər cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar
Bakı, 18 oktyabr (AZƏRTAC). Ermənistan ordusunun bölmələri oktyabrın 17-də və 18-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı və Tovuz rayonunun Koxanəbi kəndlərində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Qızıloba və Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.