Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistan itkin düşmüş şəxslərin taleyi ilə bağlı səmərəli araşdırma aparmaqla bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmir

Bakı, 30 avqust, AZƏRTAC

Bu gün Beynəlxalq İtkin Düşmüşlər Günüdür. İtkin düşmə, Azərbaycanda təxminən otuz ildir ki, minlərlə insanın qarşılaşdığı problemdir.

Azərbaycanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycandan 3890 nəfər (3171 hərbçi, 719 mülki şəxs) hələ də itkin düşmüş hesab olunur. Ermənistan 1990-cı illərin əvvəllərindən etibarən azərbaycanlıların girov götürülməsi, uzun illər girovluqda saxlanılması, onlarla pis rəftar və qətlə yetirilməsi təcrübəsini həyata keçirib. Girov götürülmənin beynəlxalq humanitar hüquqda açıq şəkildə qadağan edilməsinə baxmayaraq, 267 azərbaycanlı mülki şəxs (o cümlədən 29 uşaq, 98 qadın, 112 qoca) Ermənistan tərəfindən girov götürülüb və indiyədək azad edilməyib. Bundan əlavə, 1102 azərbaycanlı (o cümlədən 224 uşaq, 357 qadın, 225 qoca) erməni girovluğundan azad olunub. Ötən il baş vermiş müharibə nəticəsində 7 Azərbaycan hərbçisi hələ də itkindir.

Bu qanunsuz hərəkətlərlə Ermənistan 1949-cu il Cenevrə konvensiyalarının və onların birinci əlavə protokolunun müharibə əsirlərinə və müharibə zamanı mülki şəxslərə münasibətə dair müvafiq müddəalarını ciddi şəkildə pozub. Beynəlxalq humanitar hüququn müvafiq normaları ilə yanaşı, itkin düşmüş şəxslərlə bağlı məsələlər beynəlxalq səviyyədə qorunan insan hüquqları, xüsusən də özbaşına həbsdən qorunma hüququ, bütün məhkəmə zəmanətləri olan ədalətli mühakimə hüququ, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi, məcburi yoxaçıxmanın qadağan edilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqları və s. kontekstində nəzərdən keçirilir. Azərbaycan əhalisi arasında itkin düşənlərin aqibəti, Ermənistan silahlı qüvvələrinin münaqişə zamanı geniş şəkildə həyata keçirdikləri vəhşilikləri nəzərə alaraq, ciddi narahatlıq doğurur. Digər beynəlxalq humanitar hüquq pozuntuları ilə yanaşı, girov və əsirlərin qanunsuz olaraq həbs edilməsi, onlara işgəncə verilməsi və ləyaqətinin təhqir edilməsi, azərbaycanlılara qarşı sistemli şəkildə həyata keçirilən cəzalandırma və ayrı-seçkilik siyasətinin bir hissəsi olub.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müəyyən edib ki, beynəlxalq humanitar hüquq normalarının əksinə olaraq azərbaycanlı girovlar dözülməz şəraitdə əsirlərlə birlikdə saxlanılıb, həm Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində, mütəmadi olaraq həm də Ermənistan ərazisində bir həbs yerindən digərinə köçürülüb. 1990-cı illərdə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əsir və girov götürülmüş şəxslərin kütləvi şəkildə məhv edilməsi həyata keçirilib. Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla bir çox girovlar qəddarcasına öldürülüb, bəziləri daha sonra işgəncə, dözülməz şərait və xəstəliklər nəticəsində ölüb. Ölənlərin qalıqları Azərbaycana təhvil verilmədiyindən bu şəxslər hələ də itkin düşmüş hesab olunur.

Dövlət Komissiyasının dəfələrlə müraciət etməsinə baxmayaraq, yalnız bir neçə il əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən qeydiyyata alınmış və müxtəlif vaxtlarda BQXK nümayəndələri tərəfindən ziyarət edilmiş 6-sı qadın olmaqla, 54 azərbaycanlı əsir və girov haqqında məlumat əldə etmək mümkün olub.

25 ildən artıqdır ki, Ermənistan itkin düşmüş şəxslərin taleyi ilə bağlı səmərəli araşdırma aparmaqla bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmir. Bunun əvəzinə, Ermənistan törətdiyi təcavüzə və insanlara verdiyi saysız əzablara görə məsuliyyətini inkar edir, hərbi cinayətkarları və terrorçuları qəhrəmanlaşdırır, nifrət və Azərbaycanafobiyanı təbliğ edir. Azərbaycan bu ağır cinayətləri törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün məhkəmə işlərinə başlayıb. Cavabdehlik və zərərin ödənilməsi qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etməklə yanaşı, effektiv qabaqlayıcı vasitə və həqiqi sülh yolunda vacib şərtlərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ