ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ ATƏŞKƏS REJİMİNİ POZMUŞDUR
NƏTİCƏDƏ BİR AZƏRBAYCAN ƏSGƏRİ HƏLAK OLMUŞDUR İyunun 28-də saat 22.45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğal olunmuş simal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşlar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, atışma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1984-cü il təvəllüdlü, 2002-ci il iyulun 1-də Hacıqabul Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Namiq Tofiq oğlu Mustafayev həlak olmuşdur. Nazirliyin rəhbərliyi Vətən qarşısında xidməti vəzifəsini şərəflə yerinə yetirərkən həlak olmuş əsgər Namiq Mustafayevin ailəsinə dərin hüznlə başsağlığı verir və ona Allahdan rəhmət diləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]
Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub
- 06.08.2026 [23:38]
Tramp müdafiə nazirindən razılıq edib
- 06.08.2026 [23:23]
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
- 06.08.2026 [23:00]
Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır
- 06.08.2026 [22:51]