Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan təzminat müqabilində ərazisini Azərbaycanın yurisdiksiyasına verə bilər ŞƏRH

Ermənistan təzminat müqabilində ərazisini Azərbaycanın yurisdiksiyasına verə bilər  ŞƏRH

Bakı, 28 sentyabr, AZƏRTAC

Ermənistanın cinayətləri, qanunazidd davranışları ilə bağlı Azərbaycanın haqlı olaraq irəli sürəcəyi təzminat tələbi bir çox parametrlərə görə olduqca vacib addımdır. Beynəlxalq hüququn tələblərindən irəli gələrək belə tələbin irəli sürülməsi, həm də ədalətin bərqərar olması baxımından olduqca əhəmiyyətlidir. Ən azından ona görə ki, Ermənistan işğal dövründə Azərbaycana qarşı iqtisadi və digər cinayətlər törədib. Nəticə etibarilə Azərbaycanın iqtisadiyyatına, mədəniyyətinə, ümumilikdə bütün infrastruktur və digər sahələrinə çox böyük həcmdə zərər vurulub, insanların kütləvi qətlləri ilə müşayiət edilən cinayətlər törədilib.

Beynəlxalq hüquqda yer almış müddəalar onu tələb edir ki, işğala yol vermiş aqressor dövlət buna görə məsuliyyət daşımalıdır. Bu məsuliyyət, sadəcə, hansısa kapitulyasiya aktının imzalanması ilə və ya üzr istəməklə yekunlaşmalı deyil. Çünki birmənalı olaraq Azərbaycan dövlətinə maddi ziyan dəyib, insanlar kütləvi şəkildə qətlə yetirilib, əhali yaşadığı ərazilərdən məcburi formada çıxarılıb, onların var-dövləti qarət olunub, ölkənin kənd təsərrüfatına, enerji infrastrukturuna, flora və faunasına zərər vurulub, buna görə də Ermənistan tərəfi məsuliyyət daşımalıdır. Bundan əlavə, Ermənistanın Azərbaycana qarşı ekosid, urbisid və genosid törətməsi, hətta müharibədən sonrakı müddətdə ərazilərimizdə mina terrorunun həyata keçirilməsi və xəritələrin verilməməsi bu dövlətin mənfur xislətinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.

O bildirib ki, hərbi əməliyyatlarda iştirak etməyən mülki şəxslərin qəsdən qətlə yetirilməsi və onlara qarşı hücum müstəvisində kobud pozuntular, mülki obyektlərə atəş zərbələrinin endirilməsi, maddi-mədəni dəyərlərin kütləvi məhvi, mənimsənilməsi, dini və xeyriyyə təyinatlı məkanların, həmçinin təhsil, incəsənət və elm ocaqlarının uçurulması və onlara qəsdən zərərin vurulması müharibə cinayətləridir. Ona görə də beynəlxalq hüquqda aydın şəkildə yer almış sənədlərə istinadən Azərbaycan təzminat iddiası ilə çıxış edə bilər.

“Azərbaycanda Ermənistan tərəfindən vurulan bütün zərərlərin müəyyənləşdirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilib, faktoloji materiallar toplanılıb. Onun qiymətləndirilməsi aparılır və kifayət qədər çoxşaxəli və genişmiqyaslı fəaliyyət olduğunu tam əminliklə söyləmək olar. İlkin hesablamalara görə, Ermənistan təcavüzkar dövlət kimi ərazilərimizi işğal etməklə Azərbaycana vurduğu zərərin ilkin məbləği təqribən 800 milyard ABŞ dolları civarında qiymətləndirilir ki, bu da kifayət qədər böyük məbləğdir. Hesab edirəm ki, beynəlxalq hüquq prinsiplərinin bərqərar olması, ədalətin zəfər çalması üçün Ermənistan məsuliyyətə cəlb edilməlidir.

Təzminat ödənilməsinin bir neçə yolu da var. Əgər Ermənistan bu məbləği özü ödəyə bilmirsə, onun yerinə bunu havadarları edə bilər. Məsələn, ayrıca fond yaradıla bilər ki, Ermənistana dəstək olan dövlətlər həmin fondda vəsaiti akkumulyasiya edib, Azərbaycana ödəsinlər. Bundan əlavə, Ermənistan təzminatın müqabilində ərazisini Azərbaycanın yurisdiksiyasına verə bilər. Yəni, bunun da dəyərləndirilməsi müvafiq qaydada aparılmalıdır.

Eyni zamanda, burada müxtəlif üsullar tətbiq edilə bilər ki, bu məsələ beynəlxalq hüquqda geniş şəkildə əksini tapır. Qədim dövrlərdəki münaqişələri misal olaraq qeyd edə bilərik ki, törətdiyi işğal hadisələrinə görə Karfagen uduzduqdan sonra Romaya həm də İspaniyanı güzəştə getmişdi. Siciliya adası da Karfagen tərəfindən Romaya verildi. Bununla yanaşı, Birinci Pun müharibəsindən sonra Karfagen Romaya 3200 talant gümüş ödəməli oldu. Sonra isə Roma və Karfagen yüz illər boyu müttəfiq və tərəfdaş oldular. Hətta oxşar çoxsaylı faktlar da mövcuddur.

Birinci və İkinci Dünya müharibələrinin nəticələrinə görə, uduzan tərəf olan Almaniyaya qarşı təzminat siyasəti yürüdüldükdən sonra SSRİ-yə zavodların, fabriklərin və bunu əvəz edəcək hansısa pulla ölçülə bilən, amma pul qismində yox, maddi infrastruktur təsisatlarının və onu təşkil edən nemətlərin verilməsini də misal göstərə bilərik.

Həmçinin İraq-Küveyt müharibəsini də qeyd etmək olar. İraq 1990-1991-ci illərdə Küveytin işğalına görə 50 milyard dollardan çox təzminatın ödənişini başa çatdırıb. Təzminat komissiyası İraqın hərbi müdaxiləsi və Küveytin işğalı nəticəsində vətəndaşlara, kompaniyalara, hökumətlərə və beynəlxalq təşkilatlara dəyən birbaşa zərərin ödənilməsi üçün 1991-ci ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təsis olunub. Ona görə də hələ ki BMT-nin Azərbaycanın 20 faiz ərazisini 30 ilə yaxın işğal altında saxlamış, Qarabağda yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etmiş Ermənistana qarşı belə bir təzminat qərarı çıxarmaması təəssüf doğurur. Təzminatın məbləği hesablanan zaman konkret olaraq maddi cəhətdən dəymiş zərər nəzərə alınır, proqnozlaşdırıla bilən gəlir həcmləri müəyyənləşdirilir. Bu da olduqca vacib məsələdir. Çünki əgər Azərbaycanın beşdəbir hissəsi, yəni, 20 faiz torpaqlarımız işğal altında idisə, təbii ki, bu, ölkə iqtisadiyyatına və həyata keçirilən bir sıra fəaliyyətə də çox böyük zərər vurub. Çünki bu, faktiki olaraq vahid bazarın tənəzzül etməsi deməkdir.

Misal üçün, Azərbaycanın Dövlət Taxıl Fondu vaxtilə işğal altında olan ərazilər hesabına böyük gəlirlər əldə edirdi. İşğal dövründə isə flora və faunanın, xüsusilə də oradakı çayların və müxtəlif enerji resurslarını hasil etmək potensialının tamamilə məhv edilməsi Azərbaycana maddi cəhətdən ağır zərbə vurdu”, - deyə deputat vurğulayıb.

A.Allahverənov əlavə edib ki, insanların qətlə yetirilməsi, yurd-yuvalarından didərgin salınması isə ümumiyyətlə, heç bir vəsaitlə ölçülə bilən məsələ deyil. Bunun mənəvi tərəfi kifayət qədər böyükdür. Amma istənilən halda qiymətləndirmə aparılan zaman bu kimi məsələlər nəzərə alınmalıdır. Bütün qeyd olunanları nəzərə alaraq, Ermənistana qarşı təzminat iddiası irəli sürülməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib