SİYASƏT
Estoniya Prezidenti Moskvada mühacirlərə qarşı iğtişaşlar barədə “Twitterdə” öz fikrini bildirmişdir
Tallinn, 17 oktyabr (AZƏRTAC). “Postimees” qəzeti yazır: “Estoniya Prezidenti Toomas Hendrik İlves bu günlərdə Moskvada mühacirlərə qarşı kütləvi iğtişaşlar barədə “Twitter”də öz fikrini bildirmişdir. İlves demişdir: “ATƏT-in milli azlıqlar üzrə Ali Komissarı Biryulovo hadisələrinə bir qədər maraq göstərə bilərdi”.
Prezident Dəftərxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Piret Pert bu sözləri şərh etmək istəməmiş və bildirmişdir ki, Prezident bir cümlə ilə hər şeyi ifadə etmişdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn