Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Eurovision” kimi nüfuzlu mədəniyyət layihəsindən siyasi məqsədlər naminə istifadə etmək cəhdləri heç bir əxlaq normasına sığmır

Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Eurovision-2012”: Azərbaycan həqiqətləri yerli və xarici mediada” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 100-ə yaxın aparıcı kütləvi informasiya vasitələri rəhbərləri və məsul əməkdaşlarının iştirak etdikləri tədbirdə bu ilin mayında Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinə hazırlığın gedişi, bu möhtəşəm mədəniyyət bayramı ilə əlaqədar görülmüş işlərin və qarşıda duran vəzifələrin yerli və xarici ölkə KİV-lərində işıqlandırılması məsələləri ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.

Bildirilmişdir ki, son illər bir sıra beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək sahəsində zəngin təcrübə toplamış ölkəmizdə 57-ci “Eurovision” mahnı müsabiqəsinin də əsl mədəniyyət bayramının təntənəsinə çevrilməsi üçün genişmiqyaslı hazırlıq işləri aparılır. Müsabiqənin təşkilatçıları olan beynəlxalq və Avropa qurumlarının, o cümlədən Avropa Yayımları Birliyi (EBU) rəhbərlərinin də dönə-dönə qeyd etdikləri kimi, Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq sahəsində indiyədək görülmüş işlər qarşıdakı şounun möhtəşəmliyi və ecazkarlığı ilə özündən əvvəlkilərdən qat-qat üstün olacağı qənaətinə gəlməyə tam əsas verir verir.

Çıxış edənlər, həmçinin Azərbaycanın ötən ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçirilmiş 56-cı “Eurovision” mahnı müsabiqəsində parlaq qələbə qazanaraq növbəti yarışmaya ev sahibliyi etmək hüququ qazanmasından sonra xarici KİV-lərdə ölkəmizə marağın xeyli artdığını diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, məhz bu marağın məntiqi nəticəsi olaraq son bir ildə xarici KİV-lərdə ölkəmiz haqqında çoxsaylı materiallar dərc olunur. Qəzet, jurnal səhifələrində, televiziya ekranlarında, radio dalğalarında, internet resurslarında geniş yer alan bu yazıların əhəmiyyətli qisminin pozitiv ruhlu olduğunu diqqətə çatdıran ”dəyirmi masa” iştirakçıları, bununla belə Avropanın bir sıra yazılı və elektron KİV-lərində bəzi hallarda Azərbaycanla bağlı gedən materiallarda obyektiv mövqenin nümayiş etdirilmədiyini təəssüf hissi ilə vurğulamışlar.

“Dəyirmi masa”da Azərbaycanın 70-dən çox KİV-lərinin, o cümlədən nüfuzlu qəzetlərin, jurnalların, informasiya agentliklərinin, telekanalların, radioların, internet xəbər portallarının rəhbərləri və məsul əməkdaşlarının imzaları ilə “Eurovision-2012 ” mahnı müsabiqəsinin iştirakçıları olan ölkələrin KİV-lərinə müraciət qəbul olunmuşdur.

Müraciətdə bildirilir ki, Şərqdə ilk demokratiya nümunəsi olan Azərbaycan Respublikası ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra demokratik, plüralist medianın formalaşdırılması qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. 1998-ci ildə Azərbaycanda senzuranın, 2000-ci ildə isə mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra azad media mühitinin formalaşdırılması sürətlə inkişaf edən prosesə çevrilmişdir. Nəticədə kütləvi informasiya vasitələrinin təsis edilməsi sadələşdirilmiş, hər bir vətəndaşa özünün qəzetini, jurnalını və ya informasiya agentliyini yaratmaq imkanı verilmişdir. Təsadüfi deyildir ki, ərazisi 86,6 min kvadratkilometr təşkil edən və 9 milyon əhalisi olan Azərbaycanda hazırda 4700-dən artıq KİV müvafiq dövlət orqanında uçota götürülmüş və ya qeydiyyatdan keçmişdir. Ölkədə 300-ə yaxın qəzet, 100-ə qədər jurnal, 30-dan çox informasiya agentliyi, 50-yə yaxın elektron KİV-lər fəaliyyət göstərir.

Müraciətdə avropalı jurnalistlərin diqqətinə belə bir vacib məlumat çatdırılır ki, postsovet məkanında ilk dəfə olaraq 2003-cü ildə Azərbaycanda medianın özünütənzimləmə orqanı olan Mətbuat Şurası yaradılmışdır. Şura bu müddət ərzində media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin qurulması və inkişafında bir sıra uğurlara imza atmışdır. Hazırda Azərbaycanda medianın kifayət qədər liberal qanunvericilik bazası mövcuddur. KİV sahəsindəki hüquqi-normativ aktlar beynəlxalq standartlara tam cavab verir.

Qeyd olunur ki, KİV-lərə dövlət dəstəyi Azərbaycanın media ilə bağlı qanunvericiliyinin spesifik cəhətlərindən birini təşkil edir. 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” adlı sənədin təsdiqlənməsindən sonra KİV-lərin inkişafına dövlət dəstəyinin mexanizmləri formalaşdırılmışdır. Konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun əsas məqsədi medianın iqtisadi müstəqilliyini gücləndirmək, çoxsaylı KİV-lərin müasir bazar münasibətlərinə uyğunlaşmasını dəstəkləməkdir.

Sənəddə göstərilir ki, bu gün xarici KİV-lərdə Azərbaycan haqqında çoxsaylı materiallar dərc edilir. Onların bir qismi pozitiv ruhludur. Lakin təəssüf ki, dünyanın bir sıra KİV-lərində Azərbaycanla bağlı gedən materiallarda obyektiv mövqe nümayiş etdirilmir, jurnalistikanın təməl prinsipləri olan tərəfsizliyə və qərəzsizliyə etinasız yanaşılır.

Müraciəti imzalayanlar bildirirlər ki, biz Azərbaycan həqiqətlərinin, ölkədəki real vəziyyətin müəyyən daxili və xarici maraqlı dairələrin süzgəcindən keçərək deyil, obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıyıq. İstərdik ki, dünyanın aparıcı KİV-ləri Azərbaycan haqqında materiallar verərkən təkcə neqativ halları qabardaraq birtərəfli mövqe tutmasınlar, həm də görülən işlər barədə danışsınlar. Materiallarda söz və mətbuat azadlığı mühitinin daha da dərinləşməsi, demokratik medianın formalaşması üçün siyasi iradə və cəmiyyətin istəyinin olması, bu məqsədlə əməli tədbirlərin həyata keçirilməsi başlıca meyar kimi götürülsün.

Müraciətdə diqqətə çatdırılır ki, bu il Azərbaycan 20 illik müstəqillik tarixində ilk dəfə Avropanın ən nüfuzlu mədəni hadisələrindən olan “Eurovision-2012” mahnı müsabiqəsini keçirməyə hazırlaşır. Hazırda bütün Azərbaycan cəmiyyəti kimi, onun mediası da qarşıda duran vəzifənin məsuliyyətini dərk edir və cidd-cəhdlə dünya ictimaiyyətinə ölkəmiz haqqında obyektiv və hərtərəfli məlumat verməyə çalışır. Biz fürsətdən istifadə edərək vahid Avropa ailəsini milli dəyərlərimiz, qədim keçmişimiz, adət-ənənələrimiz və müasir həyatımız haqqında məlumatlandırmaq istəyirik.

Lakin onu da təəssüflə qeyd etməliyik ki, bəzi dairələr Avropanın bu mühüm mədəni tədbirini siyasiləşdirməyə, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Hesab edirik ki, bu mədəni hadisədən çirkin siyasi məqsədlər üçün yararlanmaq cəhdləri Avropa Yayım Birliyi kimi nüfuzlu təşkilata, “Eurovision” müsabiqəsində iştirak etmək hüququ qazanmış şəxslərə, ölkəmizə gələcək on minlərlə xarici vətəndaşa, milyonlarla avropalıya qarşı hörmətsizlikdir. “Eurovision” yarışmasının tarixinə nəzər saldıqda, aydın görünür ki, bu mədəni hadisə heç vaxt siyasiləşdirilməmiş və ondan heç bir dövlətə və xalqa qarşı təzyiq vasitəsi kimi istifadə edilməmişdir. Buna görə də biz haqlı olaraq soruşuruq: 2011-ci ildə Düsseldorfda gərgin mübarizə şəraitində halallıqla qələbə qazanmış Azərbaycana qarşı bu əsassız təzyiqlərin məqsədi nədir? Nəyə görə Bakıda bir neçə ildir davam edən, ölkəmizin “Eurovision”da qalib gəlməsindən xeyli əvvəl başlamış və bu yarışma bitdikdən sonra da davam edəcək genişmiqyaslı quruculuq və abadlıq işləri mahiyyəti üzrə deyil, insan haqlarının pozulmasına səbəb olan tədbir kimi qiymətləndirilir, üstəlik “Eurovision” ilə də əlaqələndirilir? Buna görə də biz sizləri Avropada süni şəkildə Azərbaycan haqqında yanlış rəy formalaşdırmaq cəhdlərində iştirak etməməyə, bütün məsələləri obyektiv dəyərləndirməyə çağırırıq.

Müraciətin sonunda Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçiləri ölkəmiz haqqında yanlış məlumatlarla dolu yazı hazırlayan avropalı həmkarlarını paytaxtımız Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə dəvət edirlər. Əmin olduqlarını bildirilər ki, Azərbaycanı görmək və ölkəmizin reallıqları ilə əyani şəkildə tanış olmaq onların məlumatlılığını genişləndirəcək və yanlış təsəvvürlərinin dəyişməsinə səbəb olacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

May ayında kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 6259 milyon manat olub

Rüstəm Qasımov: Milli Məclisin seçkiləri daha əvvəl keçirmək barədə qərarı əsaslıdır

Mikayıl Cabbarov: Startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Rövşən Nəcəf: Sartap ekosistemində insan kapitalı çox önəmlidir

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib, rayon mərkəzi ilə əlaqə kəsilib

BŞTİ-də sertifikatlaşdırmanın nəticələri ilə bağlı 93 vətəndaş qəbul edilib

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNƏCƏK

Komitə sədri: Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir

Bakı Slavyan Universiteti Türk Universitetlər Birliyinin üzvü oldu

Fransada seçkilər: İfrat sağçılar öndədir

Nazirlər Kabinetinin şöbə müdiri: Tullantıların istehsalı ilə bağlı dayanıqlı həllərə olan ehtiyac artır

Mustafa Çətinkaya: Azərbaycan-Türkiyə dostluğu dövlət başçılarımızın siyasi iradəsi ilə daha da möhkəmlənir

“Culfa” tankerinin təmiri başa çatıb

Avro-2024: Türkiyə millisinin oyununda vərəqə rekordu, Ronaldo və Kvaratsxeliyadan tarixi göstərici

BMT narkomaniya və narkobizneslə mübarizəyə dair yeni hesabatını dərc edib

Fərid Hacıyev: Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək

“ASAN xidmət” BMT Forumunda xüsusi tədbir reallaşdırıb

Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı işə başlayıb

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Kukla Teatrının beynəlxalq əlaqələri genişlənir

İşğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması üçün infrastruktur qurulur

Azərbaycan millisinin üzvü Rumıniya klubuna keçib

Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə

İyunun 30-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Moskvada Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub

İdman səfiri Orxan Səfərov Sabirabad rayonunda uşaqlarla görüşüb

Forumun sonunda “Sıfır tullantı” Bakı təşəbbüsünün qəbul olunması nəzərdə tutulub

İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatıb

Bəxtiyar Əliyev: Ermənistan regionda sülhə təhdid yaratmamalıdır

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxır YENİLƏNİB VİDEO

“Sabah”ın kapitanı: Çempionlar Liqasında hədəfimiz müntəzəm mərhələyə yüksəlməkdir

Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu işə başlayıb

Gələn həftə MİQ üzrə müsabiqənin test imtahanları başlanır

Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür

Hərbi qulluqçular arasında voleybol üzrə birincilik keçirilib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib YENİLƏNƏCƏK

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb

Amerika Kuboku: Venesuela 1/4 finala vəsiqə qazanıb

Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb

Dünya birjalarında neft ucuzlaşıb

® “AccessBank” QSC tender elan edir

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi davam edir

FHN: İntensiv yağış səbəbindən 12 nəfər təxliyə edilib, avtomobildə qalan 4 nəfərə köməklik göstərilib VİDEO

Şəkidə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs saxlanılıb

DİN Bakıda törədilən qətllə bağlı sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirib

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Saatlıda narkokuryerlər saxlanılıb

Laçında yabanı halda bitən 1 tondan artıq çətənə bitkisi məhv edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilən sürət həddi bərpa edilib

® “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında anlaşma memorandumu imzalanıb

Gəncədə narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb VİDEO

Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb

“Reuters”: Ukrayna Avropa yolundan kənar çıxarsa, Aİ-nin yardımını itirəcək

Boliviyada hərbi çevrilişə cəhd olub

Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-4

Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb VİDEO

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Varşavada qeyd olunub

Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb