ELM VƏ TƏHSİL
“Facebook”da yeni xidmət istifadəyə verilib
Bakı, 22 aprel, AZƏRTAC
“Facebook” sosial şəbəkəsində virtual reallıq sistemi tətbiq olunub .Yeni sistemə əsasən, eyni zamanda, bir nəfərdən çox dostla ünsiyyət qurmaq və əylənməyə imkan yaradan “Spaces” xidməti istifadəyə verilib.
AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, bu xidmət hələ ki, beta-versiyada və yalnız “Oculus Rift” şlemi və “Oculus Touch” kontrolleri istifadə olunduqda işləyir. Bu xidmət hər bir istifadəçiyə məzəli cizgi film personajı şəklində öz 3D-avataranı yaratmağa imkan verir. Burada istifadəçilər dostları ilə ünsiyyət qura, “Facebook Messenger” vasitəsilə tanışlarına zəng edə, musiqi dinləyə, müxtəlif obyektlərin rəsmini çəkə, panoram filmlərinə baxa, hətta virtual selfi-çubuğun köməyi ilə şəkillər çəkə bilərlər.
“Spaces” yaradıcıları bildiriblər ki, hazırda xidmətdə planlaşdırılmış imkanların yalnız bir faizi reallaşdırılıb.