MƏDƏNİYYƏT
Festival çərçivəsində növbəti kamera musiqisi axşamı
Qəbələ, 26 iyul (AZƏRTAC. Anar Rzayev). Heydər Əliyev Fondunun daha bir möhtəşəm mədəniyyət layihəsi - VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 26-da Qəbələ şəhərindəki “Qafqaz Resort” otelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Kamera musiqisi axşamında müxtəlif nüfuzlu festivalların iştirakçısı, beynəlxalq müsabiqələr laureatı gənc pianoçu Müşfiq Quliyev və vokalçı Azər Rzazadə Moris Ravel, Françesko Paolo Tosti, eləcə də Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fərhad Bədəlbəyli və digər bəstəkarların əsərlərini təqdim ediblər.
Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər çıxış edəcəklər.