CƏMİYYƏT
FHN: Ötən sutka 49 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka 44 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri biri azyaşlı olmaqla beş nəfəri xilas ediblər. Həmçinin paytaxtın Səbail rayonundakı Dənizkənarı Milli Parkın ərazisində dənizdə aşkarlanan 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.