Antoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı olub
Bakı, 1 iyun, AZƏRTAC
ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər yaxın həftələrdə Kiyev üçün təhlükəsizlik zəmanəti ilə bağlı uzunmüddətli danışıqları başa çatdırmaq barədə razılığa gəliblər.
“Hər iki tərəf uzunmüddətli təhlükəsizlik tədbirləri üzrə ikitərəfli danışıqları yaxın həftələrdə yekunlaşdırmaq barədə razılığa gəliblər”, - deyə bildirilib.
Cümə günü “Wall Street Journal”ın Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar Kiyevə Xarkov vilayətinə bitişik Rusiya ərazisinə hücumlar üçün HIMARS MLRS və GMLRS raket sistemləri və artilleriyadan istifadə etməyə icazə verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]