Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Firuzə Əliyeva: Hazırda incəsənətlə texnologiyanın sintezi mövzusunda araşdırma aparıram

Bakı, 24 dekabr, AZƏRTAC

ADA Universiteti Fondunun sponsorluq layihələri şöbəsinin direktoru Firuzə Əliyeva AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Həm təhsil, həm incəsənət sahəsində fəaliyyət göstərirsiniz və hər iki sahədə peşəkarlığınızla seçilirsiniz, bunun sirri nədədir?

-Peşəkarlıq illər ərzində qazanılan, iş mühitində əldə edilən dəyərdir. Bunun ən vacib komponenti əlbəttə ki, əzm, öyrənmə istəyi və daimi inkişafı qarşıya hədəf qoymaqdır. Hədəflərimə gedən yolda əldə etdiklərim peşəkar dəyərlərimdir. Belə demək mümkünsə, hər gün özümlə rəqabət aparıram. Bu səbəbdən də hər gün durmadan inkişaf etməyə, yeniliklər öyrənməyə can atıram.

Qeyd etmək istərdim ki, 2019-cu ildə keçirilən Dünya İqtisadi Forumunun “Gələcəyin bacarıqları, gələcək təhsil” konfransında peşəkar mühitdə yeni bilik və bacarıqların tətbiqinə ehtiyacın olduğu, biznes mühitinin yeni bir dövrə keçdiyi vurğulandı. Bu səbəbdən də öz bilik və bacarıqlarımı inkişaf etdirmək üçün “həyatboyu öyrənmə”ni həyat fəlsəfəmə və gündəlik iş prinsipimə çevirmişəm.

Düşünürəm ki, hər bir peşəkar insanın həyatında onu hərəkətə gətirən arzuları, məqsədləri mövcuddur. Həmin arzu və məqsədlərim hər gün hərəkətə keçməyimə, durmadan inkişaf etməyimə və faydalı olmağıma stimul verir. Çalışdığım təhsil ocağını sevməyim, gənc və dinamik insanların ətrafında olmağım, işimdə məhsuldar olmağıma gətirib çıxarır.

-Növbəti il üçün peşəkar hədəfləriniz hansılardır?

-İlk olaraq, müxtəlif çalarlı məzmuna malik layihələrimin sayını çoxaltmağı, cəmiyyətə fayda verəcək işlərə imza atmağı hədəfləyirəm. Hazırda incəsənətlə texnologiyanın sintezi mövzunda araşdırma aparıram. Bu, insanın intellektual bacarığının incəsənətə tətbiqidir. Bu sintezi şəkillərdə, qrafik görüntülərdə, hətta “Apple” şirkətinin dizaynlarında görmək mümkündür. Bu sahə ilə bağlı araşdırmalarımı davam etdirəcəm.

Hədəflərimdən digəri ötən ildən etibarən ekran səyahətinə başlayan “Persona” verilişinin məzmununu daha da zənginləşdirmək, izləyiciləri öz sahəsinin ən uğurlu simaları ilə televiziya vasitəsilə bir araya gətirməkdir. Yerli izləyici kütləsinin marağını nəzərə alaraq, həmin kütləni öz marağı ilə üst-üstə düşən dünya səviyyəli personajlarla görüşdürmək bu hədəfimin icrasıdır. Mən bu hədəfi, həmçinin özümün vətəndaş olaraq şəxsi sosial məsuliyyətlik layihəm kimi də görürəm. Çünki hər bir layihəyə və ya təşəbbüsə başlamazdan öncə peşəkar maraqlarımla yanaşı, onun cəmiyyətə qazandıracağı dəyər barədə də düşünürəm. Bu baxımdan “Persona” verilişinin növbəti mərhələsi mənim vətəndaş mövqeyimdən irəli gələn məsuliyyətimi əks etdirir.

Vətəndaş mövqeyindən bəhs etmişkən, ötən il səhnələşdirdiyimiz “Vicdan” əsərini xüsusilə qeyd etmək istərdim. Bu əsər pandemiya dövründə özü ilə baş-başa qalan insanın xarakterini ortaya qoymaq, nəticədə onu özünə doğru bir addım atmağa cürətləndirmək üçün fürsət idi. Məhz bu fürsət "Vicdan" filmini ərsəyə gətirdi.

-Cəmiyyətə faydalı olmaqdan bəhs etdiniz. Sizin layihələriniz cəmiyyətə hansı faydanı verir?

- Bəhs etdiyiniz layihələrim ilk növbədə insanları maarifləndirir. İncəsənətin incə ruhunu ekranda əks etdirməklə onun mədəniyyətlər arasında körpü rolu oynadığını izləyicilərə vizual olaraq çatdırır. İncəsənətin əsas mahiyyətini tamaşaçılara sevdikləri, tanınmış simaların dili ötürür. Efirdə görünən tanınmış, öz sahəsinin peşəkarına çevrilən qonaqlar sanki tamaşaçılarla virtual olaraq ünsiyyət qurur, onları faydalı işlər görməyə, öz fərqini ortaya qoymağa səsləyir. Növbəti il “Persona” verilişində 5 fərqli xarici qonağımız olacaq. Onlar dünyanın müxtəlif yerlərində yaşayan, öz uğurları ilə geniş kütlənin sevimlisinə çevrilən peşəkarlardır. Həmin şəxslər elm, təhsil, incəsənət sahələrində fəaliyyət göstərənlərdir.

-Bilirik ki, bu yaxınlarda “Vicdan” əsərinin təqdimatı baş tutacaq. Niyə məhz indi?

-Geridə qoymağa hazırlaşdığımız bu il bir çox əlamətdar hadisələrlə yadda qaldı. Xüsusilə pandemiya psixoloji ruh halımıza müxtəlif formada təsir etdi. Bir çoxları bu dövr ərzində özünü daha yaxından tanımağa nail oldu, belə demək mümkünsə, öz daxili dünyasını kəşf etdi. Bəziləri sosial mühitini, digərləri isə hətta iş sferasını dəyişməyə başladı. Gördüyünüz kimi, pandemiya müəyyən mənada bizə özümüz barədə düşünməyə vaxt qazandırdı. “Vicdan” əsərinin də məhz elə bu dövrdə ərsəyə gəlməsi və səhnələşdirilməsi bundan qaynaqlanır. Biz çalışdıq ki, bu qeyri-müəyyənlik dövründə onları öz vicdanının səsini dinləməyə təşviq edək.

- Bu əsəri geniş izləyici kütləsi qarşısında canlı olaraq təqdim etməyi düşünürsünüzmü?

-Maraqlısı budur ki, “Vicdan” əsəri mənim aktrisalıq fəaliyyətimin başlanğıc nöqtəsinə çevrilib, yəni bu əsəri səhnələşdirərkən və ya film halına salarkən mən əslində, öz bacarıqlarımı nümayiş etdirmişəm. Yəqin ki, “Vicdan”ın mənə qazandırdığı ən böyük nailiyyət məhz elə budur. Bu əsər vasitəsilə Rus Dram Teatrında Zaur İsgəndərovla tərəf müqabili oldum. Hər kəsin özünə qapanmağa meyilli olduğu həmin dövrdə biz, qısametrajlı, psixoloji film çəkdik.

Film artıq yayımlanmağa tam hazırdır və 2022-ci il yanvarın 15-də onlayn platformalar üzərindən nümayiş etdiriləcək. Əli Zamansoyun rejissoru olduğu bu film əvvəlcə yutubda nümayiş olunacaq. Filmlə bağlı digər yaddaqalan məqamlardan da biri odur ki, filmdə İsfar Sarabskinin musiqi əsərindən istifadə olunub.

Hər kəsi filmi izləməyə və “Vicdan” vasitəsilə öz daxili aləminə yenidən səyahət etməyə dəvət edirəm. Eyni zamanda, oxucularınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, onlara öz dəyərlərini nümayiş etdirə biləcək faydalı layihələrə imza atmalarını arzu edirəm.

-Maraqlı müsahibə üçün təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb