“Florens” qasırğası qurbanlarının sayı 43 nəfərə çatıb VİDEO
Bakı, 22 sentyabr, AZƏRTAC
ABŞ-da “Florens” qasırğası qurbanlarının sayı 43 nəfərə çatıb. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölənlərin 32 nəfəri Şimali Karolinadandır.
“Moody's Analytics” agentliyinin “The Wall Street Journal” nəşrində dərc etdiyi məlumata görə, “Florens” qasırğasının iqtisadi zərəri 50 milyardadək təşkil edir. Sığorta şirkətlərinin “Florens” zərəri üçün nağd ödənişinin 5 milyardadək olacağı gözlənilir.
Atlantik okeanında qasırğa mövsümü adətən iyunun 1-dən noyabrın 30-dək olur. Küləyin sürəti saniyədə 17,5 metrə çatırsa, bu atmosfer hadisəsi tropik fırtına kimi, saniyədə 33 metr və daha çox olursa, qasırğa kimi təsnif edilir və hər iki halda ona xüsusi ad verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]