İDMAN
Formula 1-də çıxış edən daha iki komanda yeni mövsüm üçün bolidlərini ictimaiyyətə təqdim edib
Bakı, 17 fevral, AZƏRTAC
Formula 1-də çıxış edən daha iki komanda yeni mövsüm üçün bolidlərini ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Alfa Romeo” komandası Barselonadakı test yarışlarınadək bolidini trasa çıxarmaq istəməsə də, İsveçrə təmsilçisi Formula 1 həvəskarlarını yarış maşınının şəkilləri ilə tanış edib. “C42” bolidinin sükanı arxasına isə komandanın “Mercedes”dən transfer etdiyi Valtteri Bottas əyləşib.
“Uilyams” komandası da eyni tərzdə yeni yarış avtomobilini ictimaiyyət önünə çıxarıb. “FW44” adını daşıyacaq yeni bolidi isə Barselonadakı test yarışlarında canlı izləmək olacaq. Yeni yarış maşınının görüntüsündə bəzi dəyişikliklər edilib. Bundan sonra “Uilyams” bolidlərində 1994-cü ildə faciəvi şəkildə həlak olan komandanın sabiq pilotu Ayrton Sennanın xatirəsinə həsr olunan loqotip əks olunmayacaq. Amma komanda yeni sponsoru olan “Duracell” firmasının adını yarış avtomobilinə həkk etdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.01.2024 [12:32]
Məhəmməd Ben Sulayem: Formula 1-in CAR-a qayıtması mühüm hadisəyə çevriləcək
- 03.08.2023 [03:26]
Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
- 29.07.2023 [21:03]
Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
- 24.07.2023 [14:41]
“Red Bull” komandası yeni rekorda imza atıb
- 24.07.2023 [12:52]
Maks Ferstappen Macarıstan Qran-Prisinin qalibi olub
- 19.07.2023 [19:45]
Formula 1 komandaları pelotonun genişləndirilməsinə qarşı çıxıblar
- 19.07.2023 [17:57]
Formula 1-in üç komandası xərclərin məhdudlaşdırılması qaydasını pozub
- 19.07.2023 [16:42]
Formula 1-in Macarıstanda təsnifatı yeni formatda keçiriləcək
- 14.07.2023 [16:53]