İQTİSADİYYAT
Gəmiçilikdə dezinfeksiya işləri davam etdirilir
![](/files/galleryphoto/2020/3/1200x630/1608535299461414104_1200x630.jpg)
![](/files/galleryphoto/2020/3/1200x630/16085352995034156549_1200x630.jpg)
![](/files/galleryphoto/2020/3/1200x630/16085352995602036547_1200x630.jpg)
Bakı, 21 dekabr, AZƏRTAC
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasının təmin olunması məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Topçubaşov”, “Ağdam”, “Professor Gül”, “Atlet-2”, “Mikayıl Əliyev”, “Abşeronskaya-6”, “Vasif Hüseynov”, “Xəzər-1”, “SOCAR-1”, “Şirvan-2”, “Məmməd Süleymanov”, “Hövsan-2”, “Neftqaz-64”, “MPK-455”, “Mikayıl Müşfiq”, “Xocavənd”, “Qarabağ”, “Məcik-1”, “Bulaq-2”, “Usuqçay”, “Abşeron-22”, “Abşeron-20”, “Abşeron-19”, “Abşeron-21”, “Abşeron-18”, “PSK-33” gəmilərində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə otaqlarında, yeməkxanasında, eləcə də Xəzər Dəniz Neft Donanmasının inzibati binasında, anbarlarında, yeməkxanasında, giriş-çıxış yerlərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.