Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib layihə rəhbərləri ilə görüş keçirilmişdir

Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 12-də “Hilton Baku” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib layihə rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fondun icraçı direktoru Elçin Babayev ölkəmizdə elmin inkişafı üzrə dövlət siyasətindən, gənc alimlərə göstərilən diqqət və qayğıdan danışmışdır. Ölkə tarixində ilk dəfə keçirilən gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsinin əhəmiyyətini qeyd edən E.Babayev bildirmişdir ki, bu cür müsabiqələr bundan sonra müntəzəm və geniş formatda keçiriləcəkdir.

Qeyd olunmuşdur ki, ilk qrant müsabiqəsi çərçivəsində 26 layihə qalib gəlmişdir. Bu layihələr üzrə müxtəlif qurumlardan 84 gənc alim və mütəxəssis müvəqqəti yaradıcı kollektivlər şəklində elmi tədqiqatlarla məşğul olacaq, bir sıra elmi proqramlar reallaşdırılacaqlar.

E.Babayev qrant layihələrin idarə olunmasının hüquqi və maliyyə aspektləri barədə geniş məlumat vermiş, qalibləri təbrik etmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov tədbirdə çıxış edərək, EİF-in fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, bu qurum gənc alimlərin fəaliyyətini dəstəkləməklə Azərbaycan gəncliyini stimullaşdırır. Gənclərin inkişafında təhsilin əhəmiyyətini qeyd edən F.Məmmədov ölkəmizdə gənc alimlər nəslinin yetişməsinin, Azərbaycan elminin dünya elminə inteqrasiyasının və beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunmasının vacibliyini vurğulamışdır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, son illər Prezident İlham Əliyev elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən, elmi kadrların hazırlığı ilə bağlı onlarla sərəncam və dövlət proqramları imzalamışdır. Dövlətimizin başçısının 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bununla bağlı Tədbirlər Planının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə digər qurumlarla yanaşı, EİF-in də xüsusi töhfə verdiyini diqqətə çatdıran İ.Babayev Tədbirlər Planına müvafiq olaraq keçirilən qrant müsabiqəsinin əhəmiyyətini qeyd etmişdir.

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva son illər ölkəmizdə elmin inkişafına, gənc alimlərə göstərilən xüsusi diqqət və qayğıdan danışmışdır. G.Baxşəliyeva demişdir ki, elmimizin gələcəyi gənc alimlərlə bağlıdır, xalqın gələcəyi elmin inkişafından asılıdır. Millətlərin, xalqların gələcəyini onun elmi müəyyənləşdirəcəkdir. Elmin gəncləşməsi, gənc alimlərə hərtərəfli qayğı göstərilməsi əsas məsələlərdəndir. G.Baxşəliyeva gənclərin elmə, biliklərin əldə olunmasına maraqlarının artırılmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd etmişdir.

Tədbirdə əvvəlki müsabiqələr üzrə layihələrlə bağlı hesabat və təqdimat da keçirilmişdir.

Bildirilmişdir ki, humanitar və ictimai elmlər sahəsinin Vətən tarixi istiqaməti üzrə “Azərbaycan tarixi (3 cilddə) (elmi konsepsiya)” layihəsi EİF-in 2010-cu il üçün 2-ci qrant müsabiqəsinin qalibi olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, layihənin rəhbəri Yaqub Mahmudovun və digər tanınmış tarixçi alimlərin birgə səyi nəticəsində uğurla yerinə yetirilmiş və elmi konsepsiya hazırlanmışdır. Elmi konsepsiya müzakirə olunaraq müvafiq rəylər alındıqdan və EİF-in Himayədarlar Şurasının qərarı verildikdən sonra Himayədarlar Şurasının sədri, akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə yeni üçcildlik “Azərbaycan tarixi” nəşr olunacaqdır.

Y.Mahmudov EİF-in qrantı əsasında yerinə yetirilmiş “Azərbaycan tarixi (3 cilddə) (elmi konsepsiya)” layihəsi üzrə hesabat məruzəsi ilə çıxış etmişdir.

Bildirilmişdir ki, Azərbaycan tarixinin yeni konsepsiyası ən qədim zamanlardan bu günədək olan dövrü əhatə edir. Bu konsepsiya hazırlanarkən ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin tədqiqinə dair göstəriş və tövsiyələri əsas götürülmüşdür. Konsepsiyada Azərbaycan tarixinin dövrləşdirilməsi probleminə yeni baxış öz əksini tapmışdır.

Alim qeyd etmişdir ki, birinci cild Azərbaycan tarixinin ən qədim zamanlarından başlayaraq XVIII əsrin 30-cu illərinədək olan dövrünü əhatə edir. Burada həmin dövrün siyasi-iqtisadi, mədəniyyət problemlərinin bütün genişliyi ilə xalqımızın milli mənafeyinə uyğun şəkildə tədqiqi məsələsi əksini tapmışdır.

İkinci cild isə Azərbaycanın yeni dövr tarixi məsələlərini, ilk növbədə, XVIII əsrin ortalarında Azərbaycanda müstəqil dövlətlərin -xanlıqların yaranması, qonşu dövlətlərlə münasibətlər, rus imperiyası tərəfindən Şimali Azərbaycanın işğalı və ölkə ərazisinin iki yerə parçalanması, işğal olunmuş Şimali Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülməsi, bu ərazilərdə aparılan inzibati-ərazi dəyişiklikləri və nəticədə Azərbaycanın tarixi sərhədlərinin məqsədli şəkildə dəyişdirilməsi və digər çox mühüm problemlərin tədqiqini nəzərdə tutur.

Y.Mahmudov demişdir ki, konsepsiyanın üçüncü cildində Azərbaycanın müasir dövr tarixinin ən aktual problemlərinin tədqiqi əksini tapmışdır. Burada əsas diqqət 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri, Şimali Azərbaycanda milli dövlətçiliyin bərpası, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti və süqutu, XX əsrin 50-60-cı illərində ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı və digər vacib məsələlərin dərindən araşdırılmasına yönəldilmişdir.

Bundan əlavə, konsepsiya gələcək müstəqilliyin siyasi, iqtisadi və ideoloji əsaslarının yaradılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, sovet imperiyasının süqutu və Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, iqtisadi inkişaf strategiyasının, vətəndaş cəmiyyəti quruculuğunun, həyata keçirilməsi, Azərbaycan Respublikasının iqtisadi və hərbi qüdrətinin, beynəlxalq mövqeyinin güclənməsi, ölkədə elm, təhsil, idman və mədəniyyətin inkişaf etdirilməsi və digər məsələlərin tədqiqini nəzərdə tutur.

Tədbirdə cari ilin noyabrında Azərbaycanda elm festivalının keçirilməsi təklif edilmiş, uğurla başa çatmış bir sıra layihələrin rəhbərlərinə sertifikatlar təqdim olunmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sahib Ələkbərov: Tullantılara resurs kimi baxmaqla, davamlılığa və dairəvi iqtisadiyyata keçidi təmin edə bilərik

Moskva Quberniya Teatrı Bakıda maraqlı tamaşa təqdim edib

Vəkillər Kollegiyasının üzvləri 234 məhkuma pulsuz hüquqi yardım göstəriblər

May ayında kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 6259 milyon manat olub

Rüstəm Qasımov: Milli Məclisin seçkiləri daha əvvəl keçirmək barədə qərarı əsaslıdır

Mikayıl Cabbarov: Startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Rövşən Nəcəf: Sartap ekosistemində insan kapitalı çox önəmlidir

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib, rayon mərkəzi ilə əlaqə kəsilib

BŞTİ-də sertifikatlaşdırmanın nəticələri ilə bağlı 93 vətəndaş qəbul edilib

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNƏCƏK

Komitə sədri: Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir

Bakı Slavyan Universiteti Türk Universitetlər Birliyinin üzvü oldu

Fransada seçkilər: İfrat sağçılar öndədir

Nazirlər Kabinetinin şöbə müdiri: Tullantıların istehsalı ilə bağlı dayanıqlı həllərə olan ehtiyac artır

Mustafa Çətinkaya: Azərbaycan-Türkiyə dostluğu dövlət başçılarımızın siyasi iradəsi ilə daha da möhkəmlənir

“Culfa” tankerinin təmiri başa çatıb

Avro-2024: Türkiyə millisinin oyununda vərəqə rekordu, Ronaldo və Kvaratsxeliyadan tarixi göstərici

BMT narkomaniya və narkobizneslə mübarizəyə dair yeni hesabatını dərc edib

Fərid Hacıyev: Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək

“ASAN xidmət” BMT Forumunda xüsusi tədbir reallaşdırıb

Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı işə başlayıb

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Kukla Teatrının beynəlxalq əlaqələri genişlənir

İşğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması üçün infrastruktur qurulur

Azərbaycan millisinin üzvü Rumıniya klubuna keçib

Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə

İyunun 30-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Moskvada Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub

İdman səfiri Orxan Səfərov Sabirabad rayonunda uşaqlarla görüşüb

Forumun sonunda “Sıfır tullantı” Bakı təşəbbüsünün qəbul olunması nəzərdə tutulub

İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatıb

Bəxtiyar Əliyev: Ermənistan regionda sülhə təhdid yaratmamalıdır

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxır YENİLƏNİB VİDEO

“Sabah”ın kapitanı: Çempionlar Liqasında hədəfimiz müntəzəm mərhələyə yüksəlməkdir

Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu işə başlayıb

Gələn həftə MİQ üzrə müsabiqənin test imtahanları başlanır

Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür

Hərbi qulluqçular arasında voleybol üzrə birincilik keçirilib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib YENİLƏNƏCƏK

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb

Amerika Kuboku: Venesuela 1/4 finala vəsiqə qazanıb

Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb

Dünya birjalarında neft ucuzlaşıb

® “AccessBank” QSC tender elan edir

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi davam edir

FHN: İntensiv yağış səbəbindən 12 nəfər təxliyə edilib, avtomobildə qalan 4 nəfərə köməklik göstərilib VİDEO

Şəkidə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs saxlanılıb

DİN Bakıda törədilən qətllə bağlı sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirib

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Saatlıda narkokuryerlər saxlanılıb

Laçında yabanı halda bitən 1 tondan artıq çətənə bitkisi məhv edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilən sürət həddi bərpa edilib

® “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında anlaşma memorandumu imzalanıb

Gəncədə narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb VİDEO

Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb

“Reuters”: Ukrayna Avropa yolundan kənar çıxarsa, Aİ-nin yardımını itirəcək

Boliviyada hərbi çevrilişə cəhd olub

Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-4

Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb VİDEO

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir