REGİONLAR
“Gəncə üsyanı – azadlığın bayraqdarı” mövzusunda respublika elmi konfransı keçiriləcək
![“Gəncə üsyanı – azadlığın bayraqdarı” mövzusunda respublika elmi konfransı keçiriləcək](/files/2022/1/1200x630/1650870273246709381_1200x630.jpg)
Gəncə, 25 aprel, Elcan Məmmədov, AZƏRTAC
Mayın 27-də AMEA-nın Gəncə bölməsində “Gəncə üsyanı - azadlığın bayraqdarı” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bölmədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konfransın proqramında Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam Ordusu, Gəncə üsyanı və nəticələri, İstiqlal fədailərinin mühacirət həyatı mövzularında şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.
Materiallar konfransın mövzularına uyğun olaraq tərtib edilməli, həcmi 3-7 səhifə olmalıdır. İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir. Məruzələr 2 nüsxədə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) və elektron variantda təqdim edilməli, məktub ilə birlikdə elektron nüsxədə AMEA Gəncə bölməsinin ünvanına göndərilməlidir.
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.
Qeyd edək ki, tezislər mayın 20-dək göndərilməlidir.