CƏMİYYƏT
Gənclər arasında “2 Cahan” intellektual bilik yarışının qalib və mükafatçıları müəyyənləşib
![](/files/galleryphoto/2019/3/1200x630/15722664502252136567_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722664505993316507_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722664503305337859_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722664505521228898_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1572266450542414595_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/157226645020477716_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722664506297062894_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1572266450955758069_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
“Nəsimi ili” ilə əlaqədar Dövlət Miqrasiya Xidməti (DMX), “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə miqrasiya könüllüləri arasında “2 Cahan” adlı intellektual bilik yarışı keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, yarışda intellektinə güvənən gənclərdən ibarət 15 komanda iştirak edib. Gənclərin dünyagörüşü, bilik və qabiliyyətlərinin praktiki cəhətdən inkişaf etdirilməsinə kömək göstərən “Xəmsə” formatlı “2 Cahan” yarışına iştirakçılar beş nəfərlik komandalar şəklində qatılıblar.
Turnir üç turdan ibarət olub. Əyləncəli və gərgin mübarizə şəraitində keçirilən yarışda ən yüksək nəticə göstərən “Zodiac” komandası turnirin baş mükafatını və fəxri kuboku qazanıb. “Troya” komandası ikinci, “Diamonds are Forever” kollektivi isə üçüncü olub.
Qalib və mükafatçılar diplomlar, medal və hədiyyələrlə təltif ediliblər.