GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ UKRAYNADA OLMUŞDUR
Azərbaycan gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna Dövlət Ailə və Gənclər İşləri Komitəsinin dəvəti ilə bu ölkədə olmuşdur.
Səfərdən məqsəd gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin şərtlərinin yerinə yetirilməsini yoxlamaq idi. Səfər zamanı keçirilmiş çoxsaylı görüşlərdə iki nazirlik arasında gələcək əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir. 2002-2003-cü illərdə təşkil olunacaq birgə tədbirlər planı nəzərdən keçirilmiş və təsdiqlənmişdir. İki idarənin elmi tədqiqat mərkəzləri arasında, habelə Gənclər, İdman və Turizm Nazirliyinin Gəncə şəhər Baş idarəsi ilə Çerniqov vilayətinin Gənclər və turizm işləri idarəsi arasında əməkdaşlıq haqqında saziş də bağlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]