MƏDƏNİYYƏT
Gəncləri Gününə həsr olunmuş daha bir bayram konserti təqdim olunub
Bakı, 1 fevral, AZƏRTAC
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 28 nömrəli uşaq musiqi məktəbində konsert proqramı təqdim edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə məktəbin skripka ixtisası üzrə təhsil alan şagirdləri iştirak ediblər. Konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.
Daha sonra iştirakçılara tədbirin əhəmiyyəti bağlı məlumat verilərək vurğulanıb ki, 2 fevral gününün Azərbaycan Gəncləri Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də məhz Ulu Öndərin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən isə Prezidentin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb.
Bu gün Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğını dərin ehtiram hissi ilə xatırlayır.